etmişdir. Gənc imperator öldürüldükdən sonra Plotin 244-cü
ildə Mesopotamiyam tərk edir və Romaya gəlir və ömrünün
axınna qədər orada fəlsəfəni tədris edir. Platonun ideyalar
haqqındakı fəlsəfi təlimi neoplatonizmdə maddi dünyanın ilk
mənəvi başlanğıcdan mistik emanasiyası (lat. «emanatio» -
şüalanma, axma) haqqında təlim formasını alır.
Plotin göstərirdi ki, dünya prosesi ağlasığmayan, dərk
edilməyən, sözlə deyilə bilməyən tək və ilkin ilahi başlanğıcdan
qaynaqlanır - əvvəlcə dünya şüuru kimi, sonra dünya ruhu kimi,
daha sonra ayrı-ayrı tək ruhlar kimi qeyri-varlığa, yəni
materiyaya qədər davam edir. Həyatın məqsədi insan ruhunun
əzəli və vahid Allaha qədər yüksəlməsindən ibarətdir, yəni ruh
Allaha qovuşmalıdır. Yalnız ən yüksək mərhələdə, ekstaz
vəziyyətində (vəcdə gəlmə, cuşa gəlmə) ruh Allahla birləşir.
Plotinin fikrincə ruh hissələrə parçalanmır və bölünməz tam
kimi yaşayır, o xüsusi məna daşıyan substansiyadır. Ruhu psixi
vəziyyətin çoxluğu kimi təsəvvür etmək olmaz. Heç bir fərdi ruh
bütün başqa ruhlardan ayrı müstəqil mövcud ola bilməz. Bütün
fərdi ruhlar «Dünya ruhu»nda birləşirlər. Aristoteli tənqid edən
Plotin deyirdi ki, ruh nəyinsə forması olduğu üçün deyil,
bilavasitə varlıqdır və öz varlığını hansısa bədəndə olduğu üçün
qazanmır. Ruh hələ bədənə daxil olmadan mövcuddur.
Neoplatonizmi panteizm ilə eyniləşdirənləri haqlı olaraq
tənqid edən B.Rassel demişdir: «Allahı ətraf dünya ilə
eyniləşdirən stoiklərdən fərqli olaraq Plotinin təlimi panteizmi
inkar edİD>.^'
Dostları ilə paylaş: