Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə97/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   93   94   95   96   97   98   99   100   ...   540
1027 (1)

13.

 

Neoplatonizm 

Neoplatonizm (yeni platonçuluq) Roma imperiyasının süqut 

etdiyi  dövrdə  (b.e.  III-VI  əsrlər)  geniş  yayılmış  fəlsəfi 

cərəyandır. Bu fəlsəfə Şərq və Qərb dinlərinin mövcud olduğu 

İs-  gəndərij^ədə  meydana  gəlmişdir.  Yeni  platonçuluğun 

yaradıcısı  sayılan 



Plotin

  (təxm.  204-270)  Misirdə  anadan 

olmuş,  İsgəndəriyyədə  təhsil  almış  və  243-cü  ilə  qədər  orada 

yaşamışdır. İmperator III Qordlanı İrana qarşı yürüşdə müşayiət 



Б. Рассел. Мудрость Запада, c.94-95. 

92 


etmişdir.  Gənc  imperator  öldürüldükdən  sonra  Plotin  244-cü 

ildə  Mesopotamiyam  tərk  edir  və  Romaya  gəlir  və  ömrünün 

axınna  qədər  orada  fəlsəfəni  tədris  edir.  Platonun  ideyalar 

haqqındakı  fəlsəfi  təlimi  neoplatonizmdə  maddi  dünyanın  ilk 

mənəvi  başlanğıcdan  mistik  emanasiyası  (lat.  «emanatio»  - 

şüalanma, axma) haqqında təlim formasını alır. 

Plotin  göstərirdi  ki,  dünya  prosesi  ağlasığmayan,  dərk 

edilməyən, sözlə deyilə bilməyən tək və ilkin ilahi başlanğıcdan 

qaynaqlanır - əvvəlcə dünya şüuru kimi, sonra dünya ruhu kimi, 

daha  sonra  ayrı-ayrı  tək  ruhlar  kimi  qeyri-varlığa,  yəni 

materiyaya qədər davam edir. Həyatın məqsədi insan ruhunun 

əzəli və vahid Allaha qədər yüksəlməsindən ibarətdir, yəni ruh 

Allaha  qovuşmalıdır.  Yalnız  ən  yüksək  mərhələdə,  ekstaz 

vəziyyətində (vəcdə gəlmə, cuşa gəlmə) ruh Allahla birləşir. 

Plotinin fikrincə ruh hissələrə parçalanmır və bölünməz tam 

kimi yaşayır, o xüsusi məna daşıyan substansiyadır. Ruhu psixi 

vəziyyətin çoxluğu kimi təsəvvür etmək olmaz. Heç bir fərdi ruh 

bütün başqa ruhlardan ayrı müstəqil mövcud ola bilməz. Bütün 

fərdi ruhlar «Dünya ruhu»nda birləşirlər. Aristoteli tənqid edən 

Plotin  deyirdi  ki,  ruh  nəyinsə  forması  olduğu  üçün  deyil, 

bilavasitə varlıqdır və öz varlığını hansısa bədəndə olduğu üçün 

qazanmır. Ruh hələ bədənə daxil olmadan mövcuddur. 

Neoplatonizmi  panteizm  ilə  eyniləşdirənləri  haqlı  olaraq 

tənqid  edən  B.Rassel  demişdir:  «Allahı  ətraf  dünya  ilə 

eyniləşdirən stoiklərdən fərqli olaraq Plotinin təlimi panteizmi 

inkar edİD>.^' 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə