Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə105/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   101   102   103   104   105   106   107   108   ...   540
1027 (1)

Müsəlman din fəlsəfəsi 

Qədərilər

  insanın  iradə  azadlığının  tərəfdarları  olmuşlar. 

«Qədər» Allahın böyüklüyü, hər şeyi öncədən müəyyənləşdir- 

məsi  deməkdir.  İslamın  ilk  illərində  insan  taleyini  öncədən 

müəyyənləşdirmək (alın yazısı) fikrinin tərəfdarlanna qədərilər 

deyirdilər.  Bir  tərəfdən  Allahın  hər  şeyə  qadir  olduğu  təsdiq 

edilir, 

0

 biri tərəfdən elan edilir ki, insan İlahi göstərişlərə əməl 

edib etməməkdə tamamilə sərbəstdir və hər kəs əməllərinə görə 

şəxsən məsuliyyət daşıyır. 

Alın  yazısı  fikrini  müdafiə  edən  və  iradə  azadlığını  rədd 

edənləri 



cəbrilər

  adlandırırdılar.  Onların  dediyinə  görə  Allah 

insanları öz imkanları və gələcək əməlləri ilə birgə yaradıb, ona 

görə də onlar öz əməllərinin sahibi deyil, insanı bu hərəkətləri 

etməyə Allah məcbur (cəbr) edir. Ona görə də bu fikir cərəyanı 

cəbrilik adlanır. 



99 


Cəbr  mahiyyətcə  görülən  işləri  insandan  uzaqlaşdırmaq  və 

onları hər şeydən uca Yaradana aid etməkdir. Cəbrilər qruplara 

bölünür:  «həqiqi cəbrilər»  insanın sərbəst  fəaliyyət  göstərmək 

qabiliyyətini  tamamilə  inkar  edənlərə  deyilir.  «Mötədil 

cəbrilər»  insanın  qabiliyyəti  olduğunu  qəbul  edir,  lakin  bu 

qabiliyyət heç nə yarada bilmir».^^ 



Mötdzildr

  (ərəbcə  -  «itazala»  -  uzaqlaşma,  kənarlaşma 

deməkdir) islam tarixində birinci olaraq ilahiyyatda rasionalist 

(ağıla  əsaslanan)  cərəyanın  yaradıcdan  hesab  edilir.  Bu 

məktəbin baniləri Vasil ibn Əta (öl. 749) və Əmir ibn Übeyd (öl. 

762) sayılırlar. 

Mötəzilər  göstərirdilər  ki,  din  məntiqi  mühakimələrin 

cəminə əsaslanır.  İlahiyyatçılar isə, əksinə, təsdiq edirdilər ki, 

belə fikir din  üçün deyil, fəlsəfə üçün məqbuldur. Din vicdan 

işidir, o elmi nəzəriyyəyə oxşamır, buna heç ehtiyac da yoxdur. 

İlahiyyatçılar  hesab  edirlər  ki,  mötəzilərin  fəlsəfəsi  təfəkkürü 

yüksəldir, ruhu isə zəiflədir. 

Mötəzilərin sufilərdən fərqi odur ki,  onlar ağılın qüdrətinə, 

sufilər isə hissiyyata və inama istinad edirlər. 

Əş-Şəhristaninin  (1075/86-1153)  yazdığına  görə,  mötəzilər 

arasında bəzi fikir ayrılıqları olubdur. Lakin «onlar bir məsələdə 

həmrəy  idilər;  insan  müstəqil  hərəkət  etməyə  qabildir,  öz 

əməllərinin - həm yaxşı, həm də pisinin yaradıcısıdır, gördüyü 

işlərə  uyğun  olaraq  axirət  dünyasında  mükafat  və  ya  cəzaya 

layiqdir».^* 



Batinilik

  (ərəbcə  «batin»  -  sirli,  bağlı,  gizli)  tərəfdarlannm 

fikrincə  Quranın  özünəməxsus  gizli  mənalan  var.  Bu  cərəyan 

zahirlik

  (ərəbcə  -  aşkar,  görünən),  yəni  hərfi  dəqiqlik 

cərəyanına qarşı qoyulurdu. 

Batinilik təliminə görə həqiqi dindarlar günahdan azaddırlar; 

şeylərin  görünən  tərəfi  əsas  deyil,  ona  görə  ki,  həqiqət 

görünməz  və  gizlidir,  hiss  üzvləri  vasitəsilə  qavranıla  bilməz; 

ağıl  biliyin  qaynağı  ola  bilməz,  çünki  məntiqi  mühakimələr 

bir-birinə  ziddir;  ağıllı  adamların  fikirləri  çox  hallarda  bir- 

birinə uyğun gəlmir. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə