Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə108/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   104   105   106   107   108   109   110   111   ...   540
1027 (1)

Yenə orada, s.552. 

Yenə orada, s.561. 

Yenə orada, s.562. 

” Yenə orada, s.563. 

” İmam Qazaİi. İhyau Ulumid-Din. Cilt 3, İstanbul, 1974, s.7. 

102 


3.

 

Şərq peripatetizmi. Aristotelçilik 

Şərq  peripatetizminə  (aristotelçiliyə)  yol  açan  ilk  ərəb 

filosofu 

əl-Kindi

 (təxm. 800-870) olmuşdur. O, Ptolemeyin və 

Evklidin  əsərlərini  yaxşı  bilir,  onların  və  Aristotelin  fəlsəfi 

işlərini təhlil edərək, qeydlər yazırdı. O, Aristotelin belə bir fikri 

ilə razı idi ki, fəlsəfə «hər şey haqqında bilikdin>. Əl- Kindinin 

fikrinə  görə,  bu  bilik  insanın  öz  qabiliyyətinə  görə  şeylərin 

həqiqi  təbiəti  haqqındadır.  Bundan  başqa,  insan  ruhu  hiss  və 

ağıldan ibarət olduğu üçün fəlsəfə də iki hissəyə bölünür: ağıl 

əsasında əldə edilən bilik və hisslərsiz mümkün olmayan bilik. 

Bununla yanaşı əl-Kindi Allah kəlamını fəlsəfənin zirvəsi hesab 

edirdi.  O,  inandırırdı  ki,  heç  bir  filosof  Həzrət  Məhəmmədin 

sözlərində  olduğu  kimi  yığcam,  aydın,  sadə  və  tam  cavablar 

verə  bilməz.  İlahi  sözlər  (Quran)  hər  hansı  insan  məntiqindən 

yüksəkdir. 

Göstərmək lazımdır ki. Şərq peripatetizmi yeni platonçuluq, 

xüsusən  müsəlman  ilahiyyatçılığı  ilə  sıx  bağlıdır.  B.Rasselin 

obrazlı  şəkildə  dediyi  kimi  «...ərəblərin  Aristoteli  yeni 

platonçuluq paltarını daşıyın).^“* 

Əl-Kindidən  başqa  Şərq  peripatetizminin  ən  görkəmli  nü- 

m^əndələri əl-Fərabi, əl-Biruni, İbn Sina, İbn Rüşd olmuşlar. 

/"Böyük filosof, ensiklopedik alim, riyaziyyatçı və həkimf^/- 

Fərabi

  (870-950)  Aristotel  fəlsəfəsinin  dərin  bilicisi  olmuş, 

onun  fəlsəfi  və  elmi-təbii  əsərlərinə  geniş  təfsir  və  izahlar 

yazmışdır. Onun fikrinə görə, dünya dərkediləndir və idrakın üç 

qaynağı  var:  hiss  üzvləri,  intellekt  (zəka)  və  mühakin^  Hiss 

üzvləri və intellekt bilavasitə bilik verir, mühakimənin köməyi 

ilə  şeylərin  mahiyyəti  dərk  edilir.  «İnsanı  bütün  heyvanlardan 

fərqləndirən  xüsusiyyət  onda  olan  ruhdur  ki,  bədən  üzvləri 

vasitəsilə fəaliyyət göstərən güc ondan meydana gəlir; bundan 

başqa onda elə qüvvə var ki, bədən üzvlərindən asılı olmayaraq 

fəaliyyət göstərir; bu qüvvə ağıldır».^® 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə