Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə


Б.Рассел. История западной философии. Новосибирск. 1997, с.396. Ал-Фараби



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə109/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   105   106   107   108   109   110   111   112   ...   540
1027 (1)

Б.Рассел. История западной философии. Новосибирск. 1997, с.396. Ал-Фараби. 

Естественно-научные трактаты. Алма-Ата, 1987, с.247. 

103 


Əl-Fərabinin  varlıq  haqqında  fikirləri  əsasən  Aristotelin 

görüşlərinə uyğun gəlir: «Biz deyirik ki, varlıq iki növ olur. Bir 

növ  varlığa  elə  şeylər  aiddir  ki,  onlann  mövcudluğu  öz 

mahiyyətindən  doğmur.  Belə  növ  şeylər  «mümkün  varlıq» 

adlanır. Başqa növə isə elə şeylər aiddir ki, onların mövcudluğu 

öz mahiyyətindən doğur. Belə növ şeylər «zəruri varlıq» adla 

nır» 

36 

İctimai-siyasi həyat haqqında təlim əl-Fərabinin elmi irsində 

mühüm  yer  tutur.  Bütün  bəşəriyyəti  filosof  üç  yerə  bölür: 

böyük, orta və kiçik cəmiyyətlər. Böyük cəmiyyət Yer üzərində 

yaşayan bütün insanların, xalqlann birliyidir; orta cəmiyyət hər 

hansı ayrı xalqın birliyidir; kiçik cəmiyyət bir şəhər ilə təmsil 

olunan  cəmiyyətdir^  Əl-Fərabi  özünün  nümunəvi  cəmiyyət 

təlimini  yaradarkən  Şərqin  sosial-siyasi  ideyalanndan 

bəhrələnməklə  yanaşı  yunan fılosoflanmn, ilk növbədə Platon 

və Aristotelin siyasi və etik görüşlərinə əsaslanmışdır. 



Əl-Biruni

  (973  -  təxm.  1050)  Orta  Asiyanın  ensiklopedik 

alimi  olmuşdur.  Dini  görüşlərlə  yanaşı  apardığı  elmi-təbii 

araşdırmalar Biruni üçün təbiəti dərk etməyin əsas vasitələri idi. 

Onun  fikrincə,  elm  birinci  növbədə  təcrübə  və  müşahidəyə 

əsaslanmalıdır.  Təbiət  daim  dəyişir  və  inkişaf  edir.  Bütün 

Kainat Allahın iradəsi ilə idarə olunur. 

Orta əsr müsəlman Şərqinin ən böyük alim və filosoflarından 

biri  dahi 

İbn  Sinadır

  (lat.  Avitsena)  (təxm.  980-1037).  O 

dövrdə  elə  bir  elm  sahəsi  olmamışdır  ki,  alim  onunla  məşğul 

olmasın.  Lakin  onun  dühası  daha  çox  təbabət  və  fəlsəfə 

sahəsində  parlamışdı.  İbn  Sinanın  təbabətə  aid  əsəri  -  «Tibb 

elminin qanunu» - təbabətin əsl ensiklopediyası idi. Beş əsrdən 

çox  bir  dövrdə  bu  əsər  həm  Şərqdə,  həm  də  orta  əsr 

Avropasında həkimlərin stolüstü kitabı olmuşdur. 

İbn Sinanın fəlsəfə elmindəki xidmətləri heç də təbabət sa- 

həsindəkindən  az  olmamışdır.  Fəlsəfə,  onun  sözlərinə  görə, 

varlıq haqqında elmdir, onun predmeti varlığın bu və ya digər 

təzahürləri yox, bütövlükdə varlığın özüdür. İbn Sina fəlsəfəni 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə