Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə102/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   98   99   100   101   102   103   104   105   ...   540
1027 (1)

İbn Rüşdün latmiaşdınimış adıdır. 

96 


göstərir. Bir halda ki, ilahi sözdə heç bir yanlışlıq ola bilməz, 

ziddiyyətlərin aşkarlanmasından nəticə çıxır ki, din yox - ağıl, 

ilahiyyat yox - fəlsəfə yanılır. 

Akvinatm  dediyinə  görə  varlıq  beş  yolla  dərk  edilə  bilər. 



Birinci yol

 hərəkət anlayışıdır. Burada özü heç nə ilə hərəkətə 

gətirilməyən  ilk  təkana  (Allaha)  müraciət  etmək  zəruridir. 

İkinci yol

 yaradıcı səbəb anlayışıdır (Allah). 



Üçüncü yol

 imkan 


və zərurət anlayışlandır. Bu da Allahdır. 

Dördüncü yol 

şeylərdə 

özünü  göstərən  müxtəlif  mərhələlərdən  başlayır.  Şeylərin 

arasında  bu  və  ya  digər  dərəcədə  mükəmməl  olanını  və 

həqiqilərini tapmaq olar. Lakin elə mahiyyət (əsas) var ki, bütün 

başqa əsaslar üçün xoşbəxtliyin və hər cür kamilliyin səbəbidir. 

Bu  da  Allahdır. 

Beşinci  yol

  təbiətdə  baş  verənlərin  hamısını 

müəyyənləşdirən  şüurlu  varlıqdır.  Bu  da  Allahdır.  Deməli, 

T.Akvinata görə, varlığın mövcudluğunu sübut edən beş yolun 

hamısı Allah tərəfindən müəyyənləşdirilir.^^ 

T.Akvinat  «Teologiyanın  cəmi»  əsərində  yazırdı:  «...Bir 

halda  ki,  Allahda  öz  varlığından  əlavə  heç  nə  yoxdur...,  özgə 

mahiyyət  yoxdur,  deməli.  Onun  mahiyyəti  (lat.  «essentia») 

Onun varlığıdır (lat. «esse»)».^'* 

T.Akvinat  hesab  edirdi  ki,  ictimai  nizam  İlahi  nizamın 

təzahürüdür. O, hüququn ilk növü kimi 

daimi hüqüq

 anlayışını 

irəli sürür. Daimi hüquq dedikdə o, dünyanın Allah tərəfindən 

idarə  edilməsi  üsullarının  tam  cəmini  nəzərdə  tuturdu.  Daimi 

hüququn  xüsusi  təzahürü  kimi 

təbii  hüquq

  mövcuddur.  Təbii 

hüququn konkretləşmiş formasına 

insan hüququ

 deyilir. 

Sxolastikanın nümayəndələrindən biri də 

Duns  Skot

 (təxm. 


1265-1308)  olmuşdur.  Öz  sələfləri  kimi  o  da  daha  çox 

ilahiyyatın fəlsəfəyə münasibəti məsələsi ilə məşğul olmuşdur. 

O, deyirdi ki, ilahiyyatın predmeti - Allah, fəlsəfəninki (meta- 

fızikanınkı)  -  varlıqdır.  Allahı  dərk  etmək  üçün  fəlsəfənin 

imkanları məhduddur. 

Bax: Антология мировой философии. В 4-х тт.. Т. I, 4.2. М., 1969, с.828-831. Вах: Жури. 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə