Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə95/540
tarix31.12.2021
ölçüsü2,86 Mb.
#81989
1   ...   91   92   93   94   95   96   97   98   ...   540
1027 (1)

11. Aristotelin fəlsəfəsi 

Fəlsəfənin inkişafında Platonun şagirdi Aristotelin də böyük 

rolu  olmuşdur.  Dahi  filosof  Aristotelin  (b.e.ə.  384-322)  maraq 

dairəsi  çox  geniş  olmuşdur:  məntiq,  psixologiya,  idrak 

nəzəriyyəsi,  varlıq  haqqında  təlim,  kosmologiya,  fizika, 

zoologiya, siyasət, etika, pedaqogika, estetika, ritorika və s. 



Платон. Сочинения. В 3-х тт., Т.З, Ч.1, М., 1971, с.263. 

Платон. Государство. Законы. Политик, с.247. 

90 


Aristotelə görə hər bir ayrı, tək şey - materiya ilə formanın 

vəhdətidir. Forma qeyri-maddidir, lakin o kənardan, o dünyadan 

materiyaya daxil olmuş bir mahiyyətdir. 

Aristotel  qədim  yunan  filosofları  içərisində  birinci  olaraq 

məntiqi görüşləri sistemləşdirib yeni bilik sahəsi yaratmışdı. O, 

məntiqi - sübutlar, həmçinin təfəkkürün formalan haqqında elm 

hesab edirdi. O, tək məntiq elminin deyil, həm də psixi fəaliyyət 

haqqında elmin də yaradıcısıdır. 

Aristotel etikanı fəlsəfənin xüsusi, həm də ən vacib problemi 

kimi  aynca  tədqiq  edirdi.  Onun  fikrinə  görə  etikanın  əsas 

anlayışı - ortalıq fikridir. Burada o, ən uyğun, düzgün hərəkət 

qaydasını seçmək üçün düzgün istiqamət götürmək qabiliyyətini 

nəzərdə tuturdu. Xeyirxahlıq israfçılıq ilə çatışmazlıq arasında 

orta mövqeni seçir. 

«Politika»  («Siyasət»)  əsərində  Aristotel  mahiyyətcə 

cəmiyyət və dövlət anlayışlanni bir-birindən fərqləndirmirdi. O, 

insanı  «siyasi  heyvan»  hesab  edirdi.  Aristotelin  əsərlərində 

dövlət insanlann təbii və zəruri yaşayış üsulu kimi çıxış edir. 

«İnsan-cəmiyyət-dövlət» sisteminin təhlilini Aristotel hər bir 

canlı  varlığın,  o  cümlədən  insanın  əsas  hissələrini 

aydınlaşdırmaqdan  başlayır.  O,  deyirdi:  «Canlı  varlıq  hər 

şeydən  əvvəl  ruh  və  bədəndən  ibarətdİD>.”  Elə  buradaca  bu 

hissələrin  funksional  xüsusiyyətlərini  göstərir:  «Onlardan  biri 

öz təbiətinə görə hakimiyyətdə olan başlanğıc, o birisi tabe olan 

başlanğıcdır».'* Onun fikrincə, tabe olmaq iki formada həyata 

keçirilir:  hökmranlıq  və  siyasi  idarəçilik.  Aristotel  yazırdı: 

«Bizim  fıkri-  mizcə,  hər  bir  canlı  varlıqda  hər  şeydən  əvvəl 

hökmdarlıq  və  siyasi  hakimiyyət  olduğunu  görmək  olar.  Ruh 

bədən  üzərində  ağa  kimi  bizim  hərəkətlərimiz  üzərində 

hökmranlıq edir».'’ 

Platon  və  Aristotel  fəlsəfədə  unikal  mövqeyə  malikdirlər. 

«...Onların  fəlsəfəni  zənginləşdirməsi  əvvəl  və  sonra  gələn 

mütəfəkkirlərdən  ola  bilsin  ki,  daha  əhəmiyyətlidir.  Elə  bir 

fəlsəfi problem tapılmaz ki, onlar bu barədə nəsə qiymətli fikir 

söyləməsinlər və bizim dövrdə də kim özünü orijinal göstərmək 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə