olmuşdur ki, alim öz tədqiqatının nəticələrindən insanlıq əleyhinə
istifadə ediləcəyi təhlükəsini əvvəlcədən görərək, bu tədqiqatı
dayandırmağa və yaxud gizlətməyə çalışmışdır.
«Adətən hesab edirlər ki, elm etikadan asılı deyil. Bir çox
alimlər əmindirlər ki, elm obyektiv və bitərəfdir. Onların fikrincə
elmi nəzəriyyələr dəyərlərdən tamamilə azaddır, ona görə də
faktları və dəyərləri dəqiq olaraq bir-birindən ayırmaq lazımdır.
Pozitivistlərə inansaq elm rasional və obyektivdir, dəyər haqqında
mühakimələr isə emosional və subyektivdir. Müstəqillik
ideyasının tərəfdarları elm ilə texnologiya arasında belə dəqiq
sərhəd çəkir və təsdiq edirlər ki, alimlər öz kəşflərinin praktikada
tətbiq edilməsi üçün cavabdeh deyil. Onların fikrincə, elmi
kəşflərin nəticələrini əvvəlcədən demək olmaz və alimlərin öz
səlahiyyətlərindən kənarda qalan işlər haqqında danışmağa haqqı
yoxdun>.’*
XX əsrin böyük fıziklərindən olan Maks Bom yazmışdır: «Biz
həmçinin onun da qayğısını çəkməliyik ki, mücərrəd elmi
təfəkkür tətbiq edilməsi lazım olmayan başqa sahələrə
yayılmasın. İnsani və əxlaqi dəyərlər tamamilə elmi təfəkkürə
əsaslana bilməz».’’
Dahi fizik Albert Eynşteynin də elmin etikası haqqında
fikirləri maraqlıdır: «Mən hesab etmirəm ki, elm insanlara əxlaq
öyrədə bilər. Mən inanmıram ki, əxlaq fəlsəfəsini ümumiyyətlə
elmi əsasda qurmaq olar».*®®
Özünü hər cür əxlaqi məsuliyyətdən azad elan edən elm -
«təmiz elm» müəyyən şəraitdə xeyirdən şərə çevrilə bilər, insan
zəkasının faydalı nailiyyəti olmaqdan daha çox insanlara ziyan
gətirən qüvvə, onların mövcudluğu üçün təhlükə, müharibələrdə,
iqtisadi fəlakətlərdə adamların kütləvi qırğın vasitəsi ola bilər.
Bəzi mütəfəkkirlər hesab edirlər ki, elmi cəhətdən
əsaslandırılan hər şey əxlaqidir, başqaları isə, əksinə, deyirlər ki,
elmi əsaslandırmağın deyil, seçməyin predmeti əxlaqi ola bilər.
и.
Барбур. Этика в век технологии.
М.,
2001, с.34.
М.Борн. Моя жизнь и взгляды. М.. 197.3, с. 128.
А.Эйнштейн. Собрание научных трудов. В 4-х гг.. T.IV. М.. 1967. с. 165.
329
Qərbin bir çox apancı alimləri göstərirlər ki, elmin sonrakı
inkişafı cəmiyyətin mədəni həyatını dağıtmaq təhlükəsi yaradır.
Sual olduqca kəskin qoyulur: biz elm üzərində nəzarəti öz əlimizə
ala bilərikmi və yaxud bizi elmin qulu olmaq taleyi gözləyirmi?
Elm yalnız insanın maddi mövcudluğu üçün deyil, həm də daha
incə planda bizim mədəni həyatımızda dərindən kök salmış ənənə
və təcrübəni dağıtmaq təhlükəsi yaradır.
Elmin indiki dövr etik normalarını aşağıdakı kimi
qruplaşdırmaq olar: 1. Vəzifə kimi başa düşülən idraka cəhd
etmək. Alimin ağılın qüdrətinə, onun bəşəriyyətə xeyir gətirməsi
qabiliyyətinə inanması. 2. İntellektual mülkiyyətə hörmət etmək
və plaqiata, yəni başqasının fikrini özününkü kimi irəli sürməyə
mənfi münasibət. Başqasının tədqiqat nəticələrindən istifadə
edərkən mənbəni mütləq göstərmək lazımdır. 3. Ba- rışmazlıq,
elmi axtarış, elmi düzgünlük tələbi. Əks halda dəyər münasibəti
elmdə mənfi rol oynaya bilər; yalançı, elmə zidd müddəaların
meydana gəlməsinə səbəb olar. 4. Elmin etik norması kimi
həqiqəti müdafiə etmək. «Platon mənim dostumdur, həqiqət isə
daha qiymətlidir» (Aristotel). 5. İndiki dövrdə alimin sosial
məsuliyyəti elmin və texnikanın dünya nizamının dərin,
fundamental fiziki, bioloji və b. qatlarına nüfuz etməsi ilə
əlaqədar ölçülməz dərəcədə artır. Bu sahələrdə hər bir ehtiyatsız
addım bəşəriyyət üçün həddən artıq təhlükəli ola bilər.
Elmin tədrisi - yalnız idrak standartlarını ötürməklə
məhdudlaşmayaraq əxlaq təhsilini də özündə birləşdirir. Müasir
inkişaf etmiş cəmiyyətdə məktəb və universitetlər insan üçün
başqa qurumlar haqqında (ailə, dost-tanışlar, dini təşkilatlar və s.)
nəyi bildiyini və kim olmaq istədiyini müəyyənləşdirmək işində
daha böyük əhəmiyyət kəsb edir. Elmin tədrisi prosesində
dəyərlərin ötürülməsi adətən müəllimlər tərəfindən açıq şəkildə
onların öyrədilməsi kimi etiraf edilmir. Nəticədə tələbələr onlara
dəyər haqqında deyil, yalnız təkzibedilməz həqiqət haqqında
məlumat verildiyini hesab edirlər.
330
IV
BOLMƏ
Cəmiyyət və insan fəlsəfəsi
1. Sosial fəlsəfə
1.1.
Sosial fəlsəfənin ümumi özəllikləri
Sosial fəlsəfə ictimai həyatın ayrı-ayrı tərəflərini və
proseslərini deyil, onu qarşılıqlı təsirdə və əlaqədə olan bütün
tərəfləri ilə birlikdə bütöv bir proses kimi öyrənir. Deməli, sosial
fəlsəfə ictimai inkişafın ümumi nəzəriyyəsi kimi çıxış edir; onun
özünün xüsusi tarixi təfəkkür təcrübəsi olmalıdır. Bununla yanaşı
o bu təcrübəni öyrənməli, onu özünün tədqiqat obyektinə
çevirməlidir.
Cəmiyyət haqqında idealist görüş fəlsəfə tarixinin bütün
mərhələlərində çox geniş yayılıb. Belə görüş təsdiq edir ki,
ictimai həyatın bütün hadisələri son nəticədə mənəvi
başlanğıcdan asılıdır. (Mütləq ideya, görkəmli şəxsiyyətlərin,
qəhrəmanların, rəhbərlərin və başqalarının iradəsi). Bir çox
böyük mütəfəkkirlərin fikrincə, insan fəaliyyəti adətən mənəvi
sahə ilə məhdudlaşır, köklü, zəruri ictimai dəyişikliklər isə -
cəmiyyətin mənəvi sferasının dəyişməsindən asılıdır.
İnsanlar üçün aşağıdakı sualların cavabını bilmək çox
vacibdir: cəmiyyətdə baş verən dəyişikliklər təsadüfıdirmi? Tarix
bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı hadisələrin baş verməsi-
dirnıi? İctimai hadisələr arasında müəyyən qarşılıqlı əlaqə
mövcuddurmu və tarixin gedişi zəruri və qanunauyğun xarakter
daşıyırmı? Bu suallara ən aydın və sadə cavabı ilk dəfə din
veribdir: hər şey Allah tərəfindən müəyyənləşib və onun
iradəsindən asılıdır. İnsan Allah tərəfindən yaradılıb və onun
taleyi də Allahdan asılıdır. İnsanların bir hissəsinin zəngin, bir
hissəsinin kasıb yaşaması da ilahi iradənin işidir.
İdealist fəlsəfə çox hallarda birbaşa Allaha müraciət etmir.
İdealist filosoflar hesab edirlər ki, cəmiyyətdə hər şey şüurdan
asılıdır, dünyanı ideyalar idarə edir. Bu şüur, ideya həm insandan
asılı olmayan, hətta onun yaranmasından əvvəl mövcud
331
Dostları ilə paylaş: |