Siyasi rəhbərlik başda aristokratiya olmaqla dövlət idarəçiliyi
formasında çıxış edir. Bu mərhələdə bir sıra yeni təkamül
universallığı yaranır: siyasi legitimliyin xüsusi forması,
bürokratik təşkilatlar, pul tədavülü və qanunların xüsusi sistemi
onların hər birinin meydana gəlməsi, Parsonsa görə, öz tərkibinə
daha çox insan kütləsini cəlb etmək üçün cəmiyyətin gücünü
qat-qat artırır.
İndustrial cəmiyyət Parsonsun təkamül sxemində ən yüksək
mərhələni təşkil edir. Bu cəmiyyət «aralıq cəmiyyətlərə» nisbətən
daha çox differensiallaşır. Burada siyasi və iqtisadi sistemlər
bir-birindən, həmçinin qanunverici sistemdən və dindən açıq
şəkildə ayrılır. Kütləvi demokratiyanın meydana gəlməsi bütün
əhalinin siyasi prosesdə iştirak etməsi imkanını yaradır.
2.3.
ISosial tərəqqi və müasir qlobal problemlər
A. Sosial tərəqqinin mahiyyəti. Tarixin fəlsəfəsində
«tərəqqi» anlayışı yüksək ictimai inkişafı, cəmiyyətin irəliyə
hərəkətini ifadə edir. Bəşəriyyətin yeni, daha yüksək tarixi pilləyə
yüksəlməsi yolundakı ardıcıl inkişaf mövcud ictimai- iqtisadi və
siyasi quruluşun daha mütərəqqi quruluşa keçməsi vasitəsilə
həyata keçirilir. Tarixi tərəqqi pərakəndə, dolaşıq deyil, elə
prinsiplə baş verir ki, yeni cəmiyyət bütün fundamental - iqtisadi,
sosial, siyasi və mədəni göstəricilərinə görə əvvəlkindən
keyfiyyətcə üstün olmalıdır.
Beləliklə, cəmiyyətin tərəqqisi bir səviyyədən digərinə
keçərkən baş verən mürəkkəbləşmə prosesidir. Mürəkkəb
deyəndə cəmiyyətin daha yüksək səviyyəsi, daha yüksək
keyfiyyət vəziyyətinə keçid nəzərdə tutulur. Bu proses yalnız
sosial-siyasi quruluşun əvəz edilməsini deyil, eyni zamanda bir
quruluşun
daxilində
baş
verən
mütərəqqi
keyfiyyət
dəyişikliklərini də əhatə edir.
Sosial tərəqqinin əsas göstəricisi - iqtisadiyyatın yüksək
inkişafı, elm və texnikanın yüksək səviyyəsi, əhalinin rifah
halının yaxşılaşması ilə yanaşı demokratik dəyərlərin bərqərar
353
olmasıdır. Bütün bunlar cəmiyyətin inkişafını ümumi şəkildə
müəyyənləşdirir. Real tarixi proses isə çoxlu ictimai qüvvələr
arasında konkret qarşılıqlı təsir şəraitində baş verir. Başqa sözlə,
inkişafın müxtəlif mümkün variantları olur. Cəmiyyət qarşısında
duran mühüm həyati problemlərin həll olunmasını özünün
fəaliyyət proqramı hesab edən sosial-siyasi qüvvələr tarixi
tərəqqinin əsas hərəkətverici qüvvəsidir.
Bir sıra filosoflar sosial tərəqqini sırf subyektiv, daha çox
mənəvi amillərlə izah edirlər. Məsələn, Kanta görə, ağıl tarixi
prosesin əsas hərəkətverici qüvvəsidir. Hegelin fikrinə görə tarix
gələcək zamanda deyil, indiki zamanda başa çatır.
Eqoist, ifrat fərdi niyyətləri insan davranışının əsas
hərəkətverici qüvvəsi hesab edən ingilis iqtisadçısı Adam Smit
(1723-1790) sübut etməyə çalışırdı ki, insanlar şəxsi mənfəət
güdərək ən yaxşı şəkildə ümumi rifahın yaxşılaşmasına kömək
edirlər. Bu isə iqtisadi tarazlığa aparan, ədalətli bölgünü və
təsərrüfat ahəngdarlığını təmin edən bazar iqtisadiyyatı
ideyasının gerçəkləşməsi ilə mümkündür. Bu fikir bütün liberal
nəzəriyyəçilər tərəfindən qəbul edildi.
B, Dünya tarixinin vəhdəti və müxtəlifliyi Bizim arzu
etdiyimiz gələcək heç də həmişə insanlar tərəfindən əvvəlcədən
müəyyənləşmir. Tarix mürəkkəb olduğu kimi, insanın idrak
prosesi də mürəkkəbdir. Tarixin mənasını aşkarlamaq, üzə
çıxarmaq cəmiyyətin yaşadığı dövrün məzmununu təşkil edən
qanunauyğunluqları,
tendensiyaları,
ziddiyyətləri
açmaq
deməkdir. Bu isə olduqca çətin məsələdir və müxtəlif fikirlərin
yaranmasına səbəb olur.
İndiki dövrdə bəşəriyyət ümumi həyati problemləri ilə və
ümumi tarixi taleyi ilə bir tam şəklində birləşib. Yer kürəsinin
bütün xalqları bu və ya digər dərəcədə ümumi tarixi prosesə cəlb
ediliblər. Başqa sözlə, dünyada daxilən əlaqədə olan elə bir
sistem yaranıbdır ki, orada özünün sosial-iqtisadi, siyasi və
mədəni əlamətlərinə görə müxtəlif inkişaf səviyyələrində olan
cəmiyyətlər bu və ya digər şəkildə bir birinə qarşılıqlı təsir
göstərir.
354
Bir sıra Qərb alimləri ümumiyyətlə bütöv bəşəriyyət
anlayışını qəbul etmir. Məşhur kulturoloq 0,Şpenqler (1880-
1936) «Avropanın qürubu» kitabında təsdiq edirdi ki, bəşəriyyət
anlayışı boş şeydir və onu tarixi formaların problemləri
dairəsindən çıxarmaq lazımdır. Görkəmli ingilis alimi A.Toynbi
də bu ruhda düşünür. Onun izahında Bəşəriyyət yoxdur, bioloji
orqanizmlər kimi meydana gələn, təşəkkül tapan, inkişaf edən və
məhv olan bəzi müstəqil mədəni-tarixi sistemlər (sivilizasiyalar)
var. Bəşəriyyətin vahid tam kimi mövcudluğunu uydurma hesab
edən alimlər çoxdur.
Yuxarıda deyilənlərə rəğmən göstərmək lazımdır ki,
bəşəriyyət real olaraq mövcuddur, onun bütövlüyü diskretliyə
(fasi- ləliyə) üstün gəlibdir.
Bəşəriyyət tarixi çoxlu xalqların və dövlətlərin, mədəniyyət
və sivilizasiyalann tarixidir. Tarix elmi tarixin real müxtəlifliyini
təsvir edir. Lakin faktların sadə tarixi təsviri kifayət deyil, əsası
əsas olmayandan ayırmaq, ümumiləşdirmək lazımdır. Belə
funksiyanı fəlsəfə yerinə yetirə bilər.
Dünyanın tamlığı onda deyil ki, onu təşkil edən hissələrin
mexaniki olaraq ümumi kütlədə birləşməsi baş verir. Tamlıq
deyəndə insanlar, cəmiyyətlər, dövlətlər arasındakı qarşılıqlı
asılılığın real olaraq artması nəzərdə tutulur. Fərdlər, qruplar,
xalqlar arasında muxtariyyətə meyil hətta müəyyən mənada artır.
Lakin bununla yanaşı muxtar (avtonom) şəkildə mövcud olan
hissələr getdikcə daha çox bir-birindən asılı olurlar, onların hər
biri getdikcə daha artıq dərəcədə başqa hissələrlə qarşılıqlı təsir
vəziyyətində olur.
Nəzərə almaq lazımdır ki, muxtariyyətə meylin, fərqin
artması, əlbəttə, münaqişə təhlükəsi yaradır, çünki hər hansı fərq
müvafiq şəraitdə münaqişəyə çevrilə bilər. Münaqişə dünya
birliyinin həyatını təhlükə altına alır, lakin bununla yanaşı
rəqabətin hansısa formaları və münaqişənin müxtəlif növləri
sadəcə olaraq zəruridir. Əsas məsələ budur ki, bu münaqişələrin
həll edilməsinin sivil üsulları tapılsın.
Ümumdünya tarixinin indiki mərhələsində gərgin şəkildə
ictimai həyatın inteqrasiyası prosesi gedir. Hər hansı mədəni.
355
Dostları ilə paylaş: |