məqsədi daha çox siyasi strukturu transformasiya etmək deyil,
liderləri dəyişməkdir».’
Sosial tərəqqinin bir yolu da islahatdır. İslahat (reforma)
mövcud ictimai quruluşu təkmilləşdirmək yolunda tədricən baş
verən bir sıra ciddi dəyişikliklərə deyilir.
İnqilab - kütləvi hərəkat liderləri tərəfindən dövlət
hakimiyyətinin zorla ələ alınması və həmin hakimiyyətdən
gələcəkdə həyata keçirilməsi planlaşdırılan ciddi sosial-siyasi və
iqtisadi islahatların gerçəkləşməsi üçün istifadə üsuludur. Məhz
bu cəhət inqilabı adi çevrilişdən fərqləndirir. Çevriliş zamanı da
hakimiyyət zorla ələ keçirilir, lakin ondan siyasi strukturu və
sosial sistemi dəyişdirmək üçün istifadə edilmir. İnqilab geniş
kütlənin köməyi ilə, çevriliş isə azsaylı qruplar tərəfindən həyata
keçirilir. XX əsrdə inqilablar sənaye cəhətdən inkişaf etmiş
ölkələrdə deyil, daha çox kənd təsərrüfatının üstün olduğu
ölkələrdə baş verdi. Məsələn, Rusiyada (1917), Çində (1949),
Şimali Vyetnamda (1954) və b.
İnqilab nəzəriyyələri ilə sosial hərəkat nəzəriyyələri haradasa
mütləq kəsişirlər.
İnqilabi fəallıqdan başqa müasir cəmiyyətlərdə sosial
hərəkatların çoxlu başqa formaları da mövcuddur. Onların
bəzilərinin uzun tarixi var, başqaları isə yenicə yaranıblar.
Bütövlükdə sosial hərəkatlar çox vaxt qarşı durduqları formal
bürokratik
təşkilatlar
kimi
müasir
dünyanın
əsas
əlamətlərindəndir.
Sosial hərəkatların əksəriyyəti çoxsaylı olmur, bəzilərində isə
minlərlə, hətta milyonlarla adam iştirak edir. Bu hərəkatların bir
qismi qanun çərçivəsində baş verir, digərləri isə qeyri- leqal və ya
gizli olur. Bəzən sosial hərəkat nəticəsində qanunların hamısı və
ya bir hissəsi dəyişdirilir. Məsələn, tətillərin təşkili ilə məşğul
olan fəhlə birlikləri o vaxt qanunsuz fəaliyyət göstərirdi və hansı
ölkədə fəaliyyət göstərməsindən asılı olaraq onları müxtəlif cəza
növləri gözləyirdi. Lakin sonralar əlaqədar qanunlar dəyişdirilir
və tətillər istehsalatda baş verən münaqişələrin həll edilməsi üçün
məqbul taktika hesab edilir.
ƏTHimeHC. Comıo;ıorna. M..
«ƏaıiTOpuajı
VPCC». 1999.
c.67I.
350
iqtisadi etirazın başqa formaları, məsələn, zavodlarda və yaxud iş
yerində oturaq tətillər çox ölkələrdə qanunsuz sayılır.
Cəmiyyətin iqtisadi və siyasi böhranını ifadə edən obyektiv
şəraitlərin məcmuu hər zaman inqilaba gətirib çıxarmır. İnqilab
yalnız 0 zaman baş verir ki, obyektiv şəraitə subyektiv şərait də
birləşir. Subyektiv amil mübarizə əzmini, bu mübarizənin
məharətlə təşkil edilməsini, onun iştirakçılarının şüurlu- luğu,
mübarizənin məqsəd və vəzifələrini başa düşməyi əhatə edir. Əks
halda faciəli nəticə labüddür.
Sosial inqilabın tələblərinin həyata keçirilməsi işində siyasi
inqilabın xüsusi rolu var. Avropanın ictimai fikrində
tədqiqatçıların çox hissəsi siyasi inqilabı sosial inqilab ilə
eyniləşdirirdilər. K.Marks yazırdı: «Hər bir inqilab köhnə
cəmiyyəti dağıdır, elə buna görə də sosialdır. Hər bir inqilab
köhnə hakimiyyəti devirir, elə buna görə də o siyasi xarakter
daşıyır».’®
İnqilablar özlərinin xarakteri və hərəkətverici qüvvələrinə
görə fərqlənirlər. İnqilabın xarakteri onunla müəyyən edilir ki, 0
hansı məqsəd və vəzifəni həyata keçirmək istəyir, hansı
münasibətləri ləğv edir və hansıların inkişafı üçün geniş meydan
yaradır, orada nə qədər insan kütləsi iştirak edir. Bütün bu amillər
inqilabı daha geniş mənada başa düşməyə imkan verir. İnqilab
cəmiyyəti bir keyfiyyət vəziyyətindən başqasına aparır. Belə bir
inqilaba,
məsələn,
Avropada
cəmiyyətin
quldarlıqdan
feodalizmə, feodalizmdən kapitalizmə keçməsini aid etmək olar.
Sosial-siyasi motivlərin aparıcı rol oynadığı inqilablar - prinsipcə
tamamilə yeni tip inqilablar hesab edilir. Bu inqilablar bir
sosial-siyasi qüvvələrin başqalarını zorakılıqla aradan götümnək
yolu ilə həyata keçirilir. Bu iş adətən əvvəlcədən hazırlanmış
nəzəri və praktiki proqrama uyğun olaraq reallaşdırılır.
Marksistlərin dediyinə görə sosialist inqilabı kapitalizmdən
sosializmə keçmək vəzifəsini həyata keçirirdi. Lakin Rusiyadakı
birinci ciddi tarixi təcrübə (1917-ci il Oktyabr inqilabı)
müvəffəqiyyət qazana bilmədi.
K.MapKC H O.Ənrcjibc. CoHmıcıniH. T.I.
c.448.
351
Marks və Engels barışmaz sinfi mübarizə, proletar inqilabı və
proletariat diktaturası vasitəsilə kapitalizmdən sosializmə
keçməyin universal üsulunu göstərərkən səhv etmişdilər.
Məlumdur ki, tarixi proses başqa yolla getdi. İnqilab elə bir
ölkədə - Rusiyada - baş verdi ki, burada kiçik kəndli təsərrüfatı
üstünlük təşkil edirdi, kapitalizm orta səviyyədə inkişaf etmişdi,
davamlı demokratik ənənələr yox idi, əhalinin böyük əksəriyyəti
savadsız idi. Nəticə isə uğursuz oldu.
F.Engels ömrünün sonlarında zorakı üsulların bütün hallarda
məqbul olması fikrindən imtina etdi. O, ölümündən bir neçə ay
əvvəl - 1895-ci ildə - «hər şeyi baş-ayaq qoyan» «ümumdün- ya
tarixinin ironiyası» haqqında danışmışdır: «Tarix proletariatın
mübarizə aparacağı şəraiti tamamilə dəyişib. 1848-cı ildə tətbiq
edilən mübarizə üsulu indi bütün cəhətlərdən köhnəlibdir. .. Biz
«inqilabçılar», «devrimçiləo> leqal üsullarla daha çox şeyə nail
oluruq, nəinki qeyri-leqal üsullar və yaxud çevriliş vasitəsilə»,"
yəni zorakı inqilab yolu ilə.
Sonralar rus kommunistləri, başda V.Lenin olmaqla F.En-
gelsin bu fikrini nəzərə almadılar, inqilabın dinc üsullarla həyata
keçirilməsi imkanını rədd etdilər, təkamül yolunu inkar etdilər.
İctimai-siyasi quruluşun qəflətən, zorakılıq vasitəsilə
dəyişdirilməsini inkar edən, dinc yolla tədrici dəyişikliyi əsas
götürən təkamül (evolyusion) inkişaf nəzəriyyəçiləri əvvəllər
olduğu kimi indiki zamanda da az deyil. Burada yalnız bir misalla
kifayətlənirik.
Amerika sosioloqu T.Parsons (1902-1979) özünün işləyib
hazırladığı təkamül nəzəriyyəsində sosial təkamülü bioloji
təkamülün daha da genişləndirilməsi hesab edirdi. Başqa
müəlliflərin sivilizasiya və yaxud ənənəvi dövlət adlandırdıqlan
cəmiyyətləri (Qədim Misir, Roma, Çin və s.) Parsons «aralıq
cəmiyyətlər» termini ilə ifadə edirdi. Belə cəmiyyətlər yazı və
savadın meydana gəlməsi ilə bağlıdır. Din isə daha da
mürəkkəbləşir, sistemli teologiyanın inkişafına gətirir; artıq
siyasi, iqtisadi və ailə münasibətlərindən tamamilə ayrı çıxış edir.
“ K.MapKC M O.ƏHrejibc. C
OHHHCHHH
, T.16,
c.416.
352
Dostları ilə paylaş: |