siyasi və iqtisadi təcrid-olunma (izolyasionizm) indi avantürist
(macəraçı, fırıldaqçı) siyasət hesab edilir. Yeni nəqliyyat, rabitə
və informasiya vasitələrinin yaradılması sayəsində bizim planet
kiçik, hər tərəfdən müşahidə edilə bilən məkana çevrilib.
Müasir dünya böyük bir sistemdir. Buraya iqtisadi, siyasi,
beynəlxalq hüquqi, mədəni, elmi-texniki və başqa münasibətlərlə
bir-biri ilə əlaqədə olan çoxlu dövlətlər daxildir. Dünya birliyi
çərçivəsində BMT, beynəlxalq hökumət və qeyri-hökumət
təşkilatları, sosial-siyasi və iqtisadi inkişaf, mədəniyyət, tərksilah
və təhlükəsizlik məsələləri ilə məşğul olan çoxlu ixtisaslaşdırılmış
təşkilatlar fəaliyyət göstərir.
Bu gün, XXI əsrin əvvəllərində insanlar tarixlərində özlərinin
ümumdünya talelərini yaşayırlar. Tarix bütün ölkələri və xalqları
ümumi iş ilə məşğul olmaq zərurəti qarşısında qoyub: qlobal
problemlərin həll edilməsi.
F,Fukuyama (1952) ölkə və regionların müxtəlif inkişaf
səviyyələri haqqında. Amerikalı alim Frensis Fukuyama
cəmiyyətlərin özünəməxsus təsnifatını verir və əsas kimi həmin
cəmiyyətlərdə etibar-inam prinsipinin yayılma dərəcəsini götürür.
Sivilizasiyaların «Qərb» və «Asiya» modellərinə bölünməsi
əleyhinə ardıcıl olaraq çıxış edən Fukuyama, zahirən olduqca
müxtəlif olan ABŞ, Yaponiya və Almaniyanı «etibar- inam olan
ölkələr» qrupuna, yenə də bir-birindən fərqlənən Fransa və
İtaliya, Meksika və Braziliya, Çin və Tayvan, daha sonra Şərqi
Avropa və keçmiş SSRİ-dən aynlan ölkələri «aşağı səviyyəli
etibar-inam olan ölkələr» sırasına daxil edir. Birinci qrupa daxil
olan ölkələrin iqtisadi nailiyyətləri, onun fikrincə ən azı elə
şəraitdə baş verir ki, dövlətin fəaliyyəti etibar-inama əsaslanan
cəmiyyətin inkişafını yalnız tamamlayır və əlaqələndirir. Əksinə,
aşağı səviyyəli etibar-inam olan ölkələr daxili «desosializasiya»
ilə xarakterizə edilir, belə «deso- sializasiya» bəzən ilk baxışda
nəzərə çarpmır. Bu ölkələr ailə, qəbilə və ya qruplar şəklində
qapalı olduqları üçün onlann stabil və təbii inkişaf qabiliyyəti
aşağıdır.
356
F.Fukuyama bir neçə il əvvəl yazmışdı: «XXI əsrin
astanasında siyasi və iqtisadi institutlann diqqətəlayiq
konvergensiyası (lat. «convergo» - yaxınlaşıram) baş verir. Bütün
XX əsr boyu ictimai sistemlər dərin ideoloji fərqlə xarakterizə
olunub. Monarxiya, faşizm, liberal demokratiya və kommunizm
bir-biri ilə siyasi üstünlük naminə qəddarcasına vuruşmuşlar, bəzi
ölkələr isə proteksionizm və yaxud korporativizm ilə ifadə edilən
müxtəlif iqtisadi inkişaf yolu seçmiş, azad bazara, bəzən isə
mərkəzləşmiş sosialist planlaşdırılmasına üstünlük vermişlər.
Lakin bu gün praktiki olaraq bütün inkişaf etmiş ölkələr
liberal-demokratik institutları yaratmış və yaxud yaratmağa cəhd
göstərirlər, çoxları isə bazar iqtisadiyyatına keçid və kapitalist
əmək bölgüsünün qlobal sisteminə keçid istiqamətinə doğru
addımlayırlar».*^
Bazar iqtisadiyyatına əsaslanan kapitalist münasibətlərinin
inkişaf etmədiyi, sənayeləşmənin yüksək səviyyəsinə çatmayan
ölkələrdə sözün əsl mənasında siyasi demokratik rejimin
qurulmasını mümkün hesab etməyən F.Fukuyama yazır: «Sağlam
kapitalist iqtisadiyyatı stabil liberal demokratiyanı saxlayan
olduqca vacib amildir. Əlbəttə, bu avtoritar siyasi rejimdə də ola
bilər; məsələn, indiki Çində, əvvəllər isə Almaniya, Yaponiya,
Cənubi Koreya, Tayvan və İspaniyada olduğu kimi. Lakin son
nəticədə sənayeləşmə prosesinin özü əhalinin daha yüksək təhsil
səviyyəsinin və əmək bölgüsünün daha mürəkkəb sisteminin
olmasını tələb edir; bu iki hadisənin hər biri, bir qayda olaraq,
demokratik siyasi təsisatların inkişafına kömək edir. Nəticədə bu
gün praktiki olaraq elə bir zəngin kapitalist ölkəsi yoxdur ki,
orada eyni vaxtda stabil liberal demokratiya olmasın. Polşa,
Macarıstan, Rusiya, Ukrayna və başqa keçmiş kommunist
ölkələrinin əsas problemlərindən biri odur ki, onlar fəaliyyətdə
olan kapitalist iqtisadiyyatının üstünlüyünə malik olmadan
demokratik siyasi təsisatlar yaratmağa cəhd göstərdilər. Xüsusi
sahibkarlığın, bazarın və rəqabətin olma-
Ф.Фукуяма. Доверие. Социальные добродетели и созидание благосостояния. - Вах: В
кн.: Новая постиндустриальная волна на Западе. Антология. М., «Academia». 1999, с.
126-127.
357
ması yalnız yoxsulluğu artırmır, həm də demokratik təsisatla-
rın lazımı dərəcədə işləməsi üçün ictimai dayağın olduqca zə-
ruri formalannm təşəkkülünə mane
O
1
UD
>.'^
İqtisadiyyatda və sosial sahədə yalnız dövlətin aparıcı rol
oynaması vətəndaşların ümumi rifahım istənilən qədər təmin
edə bilməz və yaxud, əksinə «...sosiallaşmanın artması dövlə-
tin rolunun ixtisar olunması ilə avtomatik surətdə baş ver-
mir»
14
Bir sözlə, dünya yalnız liberal demokratiya zəminində
birləşməlidir.
C Müasir qlobal vəziyyət. Qlobal problemlarin həll edilməsi
zərurəti. «Qlobal» latın sözü olan «qlobus» (Yer kürəsi)
sözündən yaranıb. Ümumbəşəri xarakter daşıyan problemlərə
qlobal problemlər deyilir. Bu problemlər eyni zamanda bu və ya
digər şəkildə hər bir insanın, hər bir sosial qrupun mənafeyinə də
toxunur. Onlar indi yaşayan insanların, həm də gələcək nəsillərin
taleyinə təsir göstərir və mahiyyətcə gələcəkdə insanların və
bütün bəşəriyyətin həm maddi, həm də mənəvi sahəsində hələ
mövcud olacaq problemlərdir.
Ənənəvi olaraq nüvə fəlakəti təhlükəsi; ölkələrin inkişaf
səviyyəsi arasındakı kəskin fərqin aradan qaldırılması,
savadsızlığın, aclığın və dilənçiliyin ləğv edilməsi; bəşəriyyətin
iqtisadi inkişafını zəruri təbii ehtiyatlar, o cümlədən ərzaq,
xammal və enerji qaynaqları ilə təmin edilməsi; ekoloji böhran
təhlükəsi: ətraf mühitin çirklənməsi, meşələrin kəskin şəkildə
azalması, yox olmağa başlayan bioloji növlər, xlor atomlarının
təsiri altında azon qatının tükənməsi təhlükəsi; əhalinin sürətlə
artmasının qarşısını almaq; bir sıra dövlətlərdə əhalinin sürətlə
artması nəticəsində hər nəfərə düşən gəlirin azalması qlobal
problemlər hesab edilir.
Alimlərin bəziləri qloballaşma dedikdə beynəlxalq aləmdə
baş verən bir sıra mühüm sosial-siyasi və iqtisadi prosesləri
nəzərdə tuturlar: iqtisadiyyatın beynəlmiləlləşməsi, dünyada
vahid rabitə sisteminin formalaşması, milli dövlətin fiınksi-
Yenə orada, s.155. '■*
Yenə orada, s.156.
358
Dostları ilə paylaş: |