əvəzinə, qəflətən gələcək hadisəyə çevrildi».^^ Beləliklə,
Z.Bjezinski «yeni dünya nizamının» qurulmasım yəqin ki,
ABŞ-ın rəhbərliyi altında olmasını istəyir.
Qərbdə qlobalizmin əsas daşıyıcılan qloballaşmanı «seçilmiş
azlığın» qlobal (planetar) ehtiyatları mənimsəməsi kimi başa
düşür və yerdə qalan bəşəriyyəti belə sərvətə malik olmağa layiq
görmürlər.
«İndiki mərhələdə qloballaşmanın xarakter
xüsusiyyəti açıq ifadə edilən sosial biçimsizlikdir. İndi
qloballaşma imkanlarının mədh edilməsi həmin imkanları artıq
əldə etmiş elitaya doğru yönəlib. Qloballaşmanın xalqlara nə verə
biləcəyi indiyə qədər sirr olaraq qalır. Bu gün qloballaşma elita
üçün çoxlu miqdarda şimikdirici şey yaradır, onların şüurunu və
davranışını həqiqətən dəyişir».^*^
Dünyanın amerikanlaşması təhlükəsi hətta Yaponiya kimi
inkişaf etmiş ölkədə də narahatlıq yaradır. Politoloq T.İnoquti
əhali arasında keçirdiyi sorğu nəticəsində müəyyən edibdir ki,
onları «amerikan fundamentalizmi» narahat edir. Belə funda-
mentalizm deyəndə aşağıdakılar nəzərdə tutulur: «Birləşmiş
Ştatlar özünün qlobal iqtisadi işlərini təkəbbürlə həyata
keçirməyə meyl göstərir ki, bu da qaçılmaz olaraq əks təsir,
neqativ reaksiya yaradır. Yaponların fikri belədir ki,
qloballaşmanı anqlosakson bazar iqtisadiyyatının prinsiplərini
müqəddəsləş- dirməyə müncər etmək və onları başqalanna
sırımaq olmaz».
Qeyd etmək lazımdır ki, amerikasayağı qloballaşma -
«kifayət qədər müasir» hesab edilməyən başqa mədəniyyətlər
tamamilə aradan qaldırılmasa - mümkün deyil. Çünki Amerika
qlobalizmi ilk növbədə maliyyə oliqarxiyasmın totalitar iqtisadi
hakimiyyətidir. Bu hakimiyyəti təmin etmək üçün vahid
beynəlxalq valyutaya dayanan vahid dünya maliyyə məkanı
lazımdır. Belə məkan yerli hakim elitaya heç bir ciddi maneəyə
rast gəlmədən özlərinin ənənəvi mallarını, yəni milli mənafeyini
sata bilmək və əvəzində adekvat pul mükafatı almaq imkanı
yaradır. «Yerlərdə nə qədər ki, məhv edilməmiş dəyərlər
25 З.Бжезинский. Великая шахматная доска. M., 1998, c.251.
2* А.С.Панарин. Искушение глобализмом. М„ «Русский национальный фонд». 2000,
с.57. Sitat götürülüb: В.Рамзее. Göstərilən məqalə, s.8.
365
yaşayır, qlobal hakimiyyət mümkün deyil. Yalnız bu dəyərlərin
dünya alğı-satqı dövriyyəsinə çıxarılması dünya maliyyəsini
əlində cəmləşdirənlərin həqiqətən dünya üzərində tam
hakimiyyətini təmin edir».^* Rus tədqiqatçısı A.S.Panarinin bu
fikri əsasən doğrudur. O, yazır: «Təcrübə artıq göstərdi ki, qlobal
dünya yeni liberalların inandırmağa çalışdığı qarşılıqlı asılılıq
vəziyyətində olan dünyadan çox, vahid mərkəzdən idarə edilən
asılı dünyadır. Eyni zamanda qlobalizm nə isə başqa məna
daşıyır: müasir dünya hegemonluğu ənənəvi hərbi üstünlükdən
daha çox iqtisadi və mədəni nailiyyətlərə əsaslanır. Söhbət nəinki
dünyanın ucqarlarını iqtisadi cəhətdən talan etməkdən, həm də
orada mənəvi hökmranlığı nəzərdə tutan qlobal ekvivalent
mübadilə praktikasından gedir..
Qərb ölkələrinin çoxunda antiqlobalizmin yayılması sol
radikal hərəkatın yenidən dirçəlməsi imkanını yaratdı. Bu hərəkat
müxtəlif, hətta mahiyyətcə bir-birinə zidd qüvvələri - anarxistləri,
kommunistləri, ekoloqları, insan haqlan müdafiəçilərini və
başqalarını - neoliberallara, korporativ kapitalizmə, amerikan
imperializminə qarşı mübarizədə birləşdirir. Anti- qlobal
strukturlar sol təmayüllü qeyri-dövlət təşkilatları simasında
müvəffəqiyyətlə inkişaf etməkdə olan ölkələrə də daxil olur. Bu
hərəkat qiyam və qarşıdurma yarada bilər.
3.
Təbiət və cəmiyyət
3.1.
Təbiət anlayışı. Canlı və cansız təbiət,
onların keyfiyyət fərqləri
Təbiət anlayışı bütün mövcudatı, bütün Kainatı, bir sözlə,
müxtəlif təzahürləri ilə birlikdə bütün dünyanı əhatə edir. Daha
dar mənada isə təbiət deyəndə üzvi və qeyri-üzvi aləm nəzərdə
tutulur. Nəhayət, bu anlayış tez-tez insan cəmiyyətinin yaşaması
üçün lazım olan təbii şəraitin cəmini ifadə etmək üçün istifadə
edilir. Təbii mühit insanın yaşaması üçün tələb olunan zəruri
şəraitdir. Təbii şərait insan üçün yalnız onun or-
A.C.Панарин. Göstərilən əsər, s.I23. ^
Yenə orada, s.181.
366
qanizminin normal fəaliyyət göstərməsinə lazım deyil, həm də
onun tarixən formalaşan tələbatlarının bütün müxtəlifliyi ilə
birlikdə normal fəaliyyət göstərməsi üçün, onun mədəni varlıq
kimi yaşaması, özünün fiziki və mənəvi həyatının mənbəyi kimi
təbiətdən hərtərəfli istifadə etmək üçün şəraitdir.
Qeyd etmək lazımdır ki, «təbiət» anlayışı fəlsəfənin tarixi
tipləri - antik, orta əsrlər, yeni dövr fəlsəfəsində öz məzmununa
görə köklü surətdə dəyişmiş, müxtəlif fəlsəfi cərəyanlar və
sistemlər daxilində fərqli izah edilmişdir. Bu anlayışın mənası bu
kontekstdə həm də onun antonimlərindən, məna oppo-
zisiyalarından asılıdır. «Təbii» anlayışı «fövqəltəbii» anlayışının
əksi hesab olunur. Təbii və yaxud ağıl vasitəsilə əldə edilən bilik
İlahi biliyə (Allah kəlamına) ziddir. «Təbii» müstəsnalıqdan
fərqli olaraq adi, normal olmaq deməkdir, anadangəlmə
keyfiyyətdir. Bir də var həyatda yeni qazanılan əlamətlər.
Fəlsəfədə «təbiət» anlayışı ənənəvi olaraq bütün mövcud olanın
(kosmosun, universumun, dünyanın) məcmusu, təbii- elmi
idrakın obyekti kimi işlədilmişdir. Bu mənada «təbiət» Dekartda
«materiya»nın sinonimi kimi tədqiq edilmişdi.
Cəmiyyət hansı mərhələdə olmasından asılı olmayaraq,
coğrafi mühitdən kənarda yaşaya və inkişaf edə bilməz. Coğrafi
mühi^^ təbiətin o hissəsinə deyilir ki, insanı bilavasitə əhatə edir
və onun tələbatını ödəyir. Coğrafi mühit (Yerin qabığı,
atmosferin alt hissəsi, su, torpaq və torpaq örtüyü, bitki və heyvan
aləmi) istehsal prosesinə cəlb edilərək, cəmiyyət həyatının zəruri
(lakin həlledici deyil) şəraitini təşkil edir; ictimai həyatın çox
sahələrinə əhəmiyyətli təsir göstərir. Zəngin xammal ehtiyatlarına
(daş kömür, neft, filiz, meşə və s.) malik olan ölkənin başqa
lazımi şərait olarsa belə ehtiyatları olmayan ölkələrə nisbətən
istehsalı inkişaf etdinnək üçün daha çox imkanı olur. Məsələn,
XX əsrin ikinci yarısında yüzillərlə yaşadıqları feodal-qəbilə
vəziyyətindən kapitalizm yoluna keçən və yüksək həyat şəraiti
yaratmaq üçün neftdən istifadə edən Səudiyyə Ərəbistanı və kiçik
ərəb əmirliklərinin keçdiyi yol səciyyəvidir.
Bu tcnnin sosial fblsofoyo fraıısı/ alimi J.H.Rcklyu (1830-1905) torollmlvin daxil edilib.
367
Dostları ilə paylaş: |