keçməsi D.Bell və T.Parsonsa aşağıdakı nəticəni çıxarmağa əsas
verir: siniflər haqqında ənənəvi nəzəriyyə fərdi nailiyyətlərə
əsaslanan peşə sistemi ilə əvəz olunmalıdır. Bir halda ki,
sahibkarlar muzdlu əmək adamlan tərəfindən sosial strukturdan
sıxışdırılıb çıxanlır, onda əmək və kapital arasındakı klassik
ziddiyyətlər yox olur, çünki menecerlər (idarə edənlər) və muzdlu
fəhlələr (idarə olunanlar) eyni istehsal sistemi çərçivəsində
birləşir və formal olaraq eyni sosial qrupa - muzdlu işçi sinfinə
daxil olurlar.
Müasir informasion cəmiyyət şəraitində insan qrupları
arasındakı münasibət yeni keyfiyyət qazanır. İnternet müxtəlif
dövlətlərin vətəndaşlan arasındakı sərbəst mübadilə üçün şərait
yaradır. Çox hallarda iqtisadi və siyasi planda olduqca təsirli olan
xüsusi, «maraqlara uyğun klublan> meydana gəlir. Faktiki olaraq
yeni transmilli sosial qruplar (stratlar), sosial eyniləşmə
(identifikasiya) haqqında danışmaq olar. Əgər ənənəvi
stratifıkasiyanm əsasını sosial bərabərsizlik təşkil edirdisə,
virtual mühitdə fərdlərin ideya-siyasi mövqeyi ilə əlaqədar olan
faktlar ön plana çəkilir.
4.3.
Millət, xalq, etnik qruplar və onlar
arasındakı münasibət
Etnik birliyin qəbilə, tayfa, xalq, millət kimi formaları
məlumdur. Onlar genetik əlaqələr əsasında birləşir və başlanğıcı
ailə olan zəncirvari təkamül yolu keçir.
Tayfa kollektiv əmək və ümumi mənafeyin birgə qorunması,
həmçinin dil, xasiyyət, ənənə ilə bağlı olan insanlann qan
qohumluğu əsasında yaranan birliyidir. Bir neçə qəbilənin birliyi
tayfa yaradır. Tayfa insanlann ibtidai icma quruluşu dövründə
yaratdıqlan etnik birlik və sosial təşkilatdır. Onun xarakter
cəhətləri bunlardır: ümumi ərazi; həmin tayfa üzvlərinin iqtisadi
birliyi və qarşılıqlı köməyi, məsələn, birgə ovetmə; dil
ümumiliyi; ümumi mənşə və qan qohumluğu. Deməli, qəbilə və
tayfa genetik əlaqələr əsasında yaranır.
Xalq insanların iqtisadi, dil, ərazi, mədəniyyət ümumiliyidir.
Xalq zaman etibari ilə uzun proses və məkan daxilində
390
konkret regionda formalaşır. Xalq - ümumi tarixi tale və onu əks
etdirən tarixi yaddaş, ümumi inam və ümumi ideya, ümumi
ortaq gələcək ilə xarakterizə edilən sosial bütövdür.
Millət insanların elə birliyidir ki, iqtisadi həyat, ərazi, dil,
psixologiyanın bəzi xüsusiyyətləri, məişət və mədəni ənənələrin
ümumiliyi əsasında yaranır. jCalqdan fərqli olaraq millət
insanların daha sabit birliyidir. Millət bir-biri ilə qohum olan
tayfa və xalqlardan olduğu kimi, həm də qohum olmayan tayfa,
irq və xalqlardan da yaranır. Millət haqqında başqa təriflər də
var. Bəzi alimlər millətin əsas əlamətini «milli iradə» və «milli
xarakterdə», başqaları insanların «ümumi taleyində» görürlər,
üçüncülər təsdiq edirlər ki, millət anlayışının özü şərtidir,
ümumiyyətlə fiziki aləmdə millət mövcud deyil.
Bəzi alimlər müasir millət üçün ümumi genetik kökün,
ərazinin və dilin olmasını vacib hesab etmirlər. «Millət
muxtariyyət, ərazi çərçivələri ilə məhdudlaşmayan elə siyasi
qrupdur ki, onun üzvləri ümumi dəyərlərə və təşkilatlara
məxsusdurlar. Bir millətin nümayəndələrinin artıq ümumi kökü
və mənşəyi yoxdur. Onlann ümumi dili, dini olması vacib deyil,
onlan birləşdirən millilik ümumi tarix və mədəniyyət sayəsində
formala-
45
Ş1D>.
XX əsrdə Sovet İttifaqı və başqa sosialist ölkələrində İosif
Stalinin millət haqqında tərifi daha geniş yayılmışdı: millət
insan- lann elə birliyidir ki, dil, ərazi, mədəniyyət ümumiliyi,
iqtisadi, sosial-siyasi və mənəvi maraqlar birliyi əsasında
yaranır.
Millət anlayışına üç əsas münasibət daha çox yayılıb: siyasi-
hüquqi, sosial-mədəni və bioloji münasibət.
Siyasi-hüquqi münasibətə görə millət - həmvətəndaşlıqdır,
yəni bu və ya digər dövlətin vətəndaşlarının birliyidir. İngilis
dilində «nation» sözü yalnız millət, xalq, yəni etnik birliyi ifadə
etmir; bu söz həm də ölkəni bütövlükdə, dövləti, yəni siyasi
birliyi ifadə edir. Qərb ölkələrində, xüsusən ABŞ-da çox
hallarda «millət» və «vətəndaş» anlayışları eyniləşdirilir.
ABŞ-da «...etniklik anlayışı lap əvvəldən siyasi konnotasiya'^^^
olmuş-
A.M.KpaBHCHKo. Comıonorıı«. M., «Academia». 1997, c.l89.
Konnotasiya (lat. «con» - birgo vo «nota» - qeyd cdirom) olavo, birgo demokdir.
391
Y.R.
dur. Bu anlayış başqaları ilə birgə milli dövlətçilik çərçivəsində
etnik eyniliyin (identikliyin) daim artmaqda olan reanimasiya
fenomenini izah etməyə kömək etməli idi».'*’
ABŞ-m rəhbərliyi ilə indiki dövrdə həyata keçirilən
qloballaşma prosesinə ən çox mane olan milli müstəqillik,
xüsusən milli-etnik qarşıdurmadır. Beynəlxalq birlik, ilk növbədə
bö-
3dik dövlətlər, milli-etnik separatizmi (aynimaq cəhdini)
hüquqi norma kimi qəbul etmirlər.
Siyasi-mədəni münasibətdə milləti təşkil edən bütün insan
qrupunun dil, mədəni, dini, ənənə, adət birliyi xüsusi vurğulanır.
Belə halda mədəni millət və yaxud etnomillət haqqında söhbət
gedir.
Bioloji münasibətdə milləti müəyyən edən əsas amil onu
təşkil edən insanlann qan birliyidir. Belə münasibət Yaponiya,
Almaniya kimi ölkələr üçün daha xarakterikdir. Bu ölkələrin
konstitusiyalarına görə damarlarından yapon və alman qanı axan
insanlar həmin millətdən hesab edilə bilər. İsrail milləti də qan
əlamətinə görə müəyyənləşir. Yəhudi millətinin başqa zəruri
əlaməti ümumi dinə, yəni iudaizmə mənsub olmaqdır.
İnsanın öz milli mənliyini itirib başqa millətin içərisində
əvvəlki mövcudluğunu itirməsinə assimilyasiya deyilir. Bu elə
prosesdir ki, burada bir milli-etnik qrupun üzvü özünün əvvəlki
mədəniyyətini,
adət-ənənələrini,
ümumiyyətlə
spesifik
əlamətlərini itirir və bilavasitə sıx əlaqədə olduğu milli-etnik
qrupun mədəniyyətini və adət-ənənələrini qəbul edir. Bu proses
zorakı üsullarla olduğu kimi, tədricən, öz-özünə də baş verə bilər.
«Assimilyasiya akkulturasiya prosesinin bir tipi və həmin
prosesin nəticəsi kimi nəzərdən keçirilə bilər. Bununla yanaşı
tez-tez «assimilyasiya» termini başqa mənada istifadə edilir və
apancı milli qrupun etnik azlığa münasibətdə onun ənənəvi
mədəniyyətini yox etməyə yönəlmiş siyasəti mənasında
işlədilir...».''*
Milli münasibətlərin əsasən üç tipi haqqında danışılır: a)
bərabərhüquqlu; b) hökmranlıq və tabeçilik; c) başqa millətdən
olan subyekti aradan götürmək cəhdi.
« AB iMPERiO, Казань. № 3. 2001. с.73.
■** Вах: Культурология. ХХ в. Словарь. СПб. «Университетская книга», 1997. с.55.
392
Dostları ilə paylaş: |