Tarixən formalaşan hər bir millət özünün ən qabaqcıl
nümayəndələrinin simasında öz ümumi milli mənafeyini,
mədəni xüsusiyyətlərini, inkişaf ənənələrini və perspektivlərini
başa düşmək sayəsində yüksəlir. Bu yolla milli mənlik şüuru
formalaşır.
1970-ci illərin ortalarına qədər Avropada etnik fərqlərin mo-
demizasiya prosesində aradan qalxacağı haqqında fikir geniş
yayılmışdı. Artıq fərqlərin real mövcudluğundan, etnik
plüralizmdən söhbət gedir. Dövlətdaxili və beynəlxalq
münasibətlərdə münaqişə problemləri bir-birindən fərqlənən
mədəni qrupların bir yerdə yaşamasının nəticəsi kimi izah
edilirdi. Humboldt adına Berlin universitetinin professoru
Fransiska Bekker yazır: «Əgər etnik mənsubiyyəti
«mədəniyyət» və «eynilik» (identik- lik) kimi geniş işlədilən
mərkəzi anlayışlar ilə müəyyən etsək, belə halda onun bütün
konsepsiyası iki kəskin tərəfi olan izahe- dici modelə çevrilir.
Onda etniklik fərqləndirən davranış nümunəsini, bu və ya digər
qrupun etnik xarakteristikası kimi çıxış edən kollektiv təcrübə
və normanı ifadə edən «mədəniyyəti» nəzərdə tutur. Başqa
tərəfdən, eynilik (identiklik) kimi başa düşülən etniklik hər bir
şəxsiyyətin özünü müəyyən etnik qrupa aid etməsini, yəni
həmin qrup ilə özünü eyniləşdirməyi (identifıkasiya etməyi)
göstərir». «...Yəni etnik qruplar bazis hesab edilən mədəni və
sosial vahidlər ilə əvvəlcədən müəyyənləşİD>.‘*’ vBir çox
Avropa alimlərinin fikrincə «millilik» sözü «millət» sözündən
daha cəlbedicidir, belə ki, fransız və ingilis dillərində «millət»
(«nation») termini çox vaxt «dövlət» termini ilə eyniləşdirilir.
Romalılar özlərini «nation» deyil, «populus» adlandı- nrdılar.
XVII-XVIII əsrlərdə «millət» sözü «xalq» sözünə qarşı
qoyulurdu. «Millət» termini xalqın şüurlu və fəal hissəsinə aid
edilirdi, «xalq» termini isə siyasi və sosial baxımdan passiv, əta-
lətli kütləni ifadə edirdi. Alman dilində də «volk» (xalq) sözü
eyni mənada işlədilirdi. Millətçilik xalqı birləşdirib millətə
çevirdi, kütlələri siyasi və sosial fəallığa gətirdi. XVIII əsrdə
Qərb- dəki inqilablar xalqın inteqrasiyasını yekunlaşdırdı və
«millət» sözü bütün siyasi təşkilatlanmanı və dövləti ifadə
etməyə başla-
Bax: AB İMPERİO, c.73.
/393
dı. Belə fərqlənmə çox hallarda Mərkəzi və Şərqi Avropa
ölkələri, həmçinin Azərbaycan üçün hələlik məqbul hesab
edilmir.
Millətçilik milli ideologiya, siyasət, psixologiya, sosial
praktikadır; öz millətini, onun mənəvi dəyərlərini, spesifik
xüsusiyyətlərini təbliğ və tətbiqetmə nəzəriyyəsi və
praktikasıdır. Lakin bir milləti başqasına qarşı qoymaq öz milli
üstünlüyünü, milli qeyri-adiliyini ön plana çəkir. Belə
millətçiliyin ifrat formasına şovinizm deyilir. Şovinizm başqa
xalqlara qarşı qərəzli, çox hallarda nifrət dolu münasibət təbliğ
edir. İrqçilik də şovinizmə yaxındır.
Yuxanda da qeyd edildiyi kimi XVII-XVIII yüzilliklərdə
Avropada milli dövlətlərin qurulması və konsolidasiyası üçün
zəmin yarandı. Millətçilik Qərbi Avropada yaranan yeni şəraitdə
siyasətin ardıcıllığını və milli muxtariyyəti təmin edən vasitə
kimi istifadə edilirdi. Eyni zamanda millətçilik həm də xalqlann
öz müqəddəratını təyin etmək cəhdini əks etdirirdi.
XX əsrdə baş verən iki dünya müharibəsi və onların nəticələri
millətçiliyin yeni milli dövlətlərin yaranması işində inkaredilməz
qüvvə olduğunu bir daha sübut etdi. Məsələn, Afrikada yaranan
yeni milli dövlətlər əsasən məhz millətçilik zəminində meydana
gəlmişlər. Nəticədə dövlətlərin elə dünya sistemi meydana gəldi
ki, burada milli dövlət aparıcı siyasi forma və millətçilik isə
qüdrətli qüvvə kimi yenə də dövlətlərarası münasibətlərə ciddi
təsir göstərir.
Xüsusi qeyd etmək lazımdır ki. Sovet İttifaqının dağılmasında
və müstəqil dövlətlərin yaranmasında millətçilik hərəkatının
böyük rolu olmuşdur. Bu proses Azərbaycanda və Baltikyanı
ölkələrdə daha kəskin fonnada və sürətlə cərəyan etmişdir.
Millətçiliyin
əks
tərəfi
beynəlmiləlçilikdir.
Əgər
beynəlmiləlçilik mənəvi dəyər və əməli fəaliyyət kimi başqa
xalqlann və irqlərin suverenliyini, hüquq bərabərliyini istisna
etmirsə, yalnız onların könüllü əməkdaşlığını nəzərdə tutursa
onu
müsbət
qiymətləndirmək
lazımdır.
Belə
halda
beynəlmiləlçilik vətənpərvərliyə zidd deyil. Lakin qərəzli siyasi
məqsədlə ifadə edilən beynəlmiləlçilik milli mənafeyə ziddir.
Beynəlmiləlçi-
394
lik çox hallarda kosmopolitizmə^ gətirib çıxarır və milli mənafeyi
rədd edir.
Çoxmillətli Sovet İttifaqında nailiyyətlər mütləqləşdirilir,
milli münasibətlərdə problemin olmadığı təsdiq edilir, ayn-ayn
respublikalann, eyni zamanda millətlərin inkişaf tələbatlan
kifayət qədər nəzərə alınmırdı. Bir çox kəskin və ziddiyyətli
məsələlər həll edilmirdi, bu isə ciddi münaqişə vəziyyətinə
gətirirdi (məsələn, Dağlıq Qarabağ problemi).
Sinfiliyin millilikdən daha üstün olduğunu qəbul edən avto-
ritar-bürokratik sosializm şəraitində ictimai həyatın həddən artıq
ideologiyalaşması cəmiyyətin həyatında milli faktorun
əhəmiyyətini təhrif etməyə gətirib çıxartdı. Milli fərqləri tezliklə
aradan götürmək cəhdi və onların beynəlmiləlçilik adlanan
siyasətə qurban edilməsi dövlətin sadəcə diqqətsizliyi və yaxud
adi, ziyansız inqilabi nöqsanı deyildi. Bu siyasətin əsasında
ümumi mənafeyin xüsusi mənafedən üstün olması nəzəriyyəsi,
insanın şəxsiyyət, fərdiyyət olmasına əhəmiyyət verməmək, onu
ictimai sistemin mexanizminin xırda hissəciyi hesab etmək
dayanırdı.
5.
Cəmiyyətin mənəvi həyatı
5.1.
«Mənəvi sfera» anlayışı
Cəmiyyətin mənəvi həyatı mürəkkəb hadisə olmaqla çox
elementlərin məcmusundan ibarətdir. Bu həm də bütün
cəmiyyətin və ayrı-aynlıqda hər bir adamın tələbatını ödəmək
üçün mənəvi dəyərlərin yaranması prosesidir. Bu həmin
tələbatların ödənilməsi üçün istifadə edilən üsul və vasitələrdir.
Bu fərdi və ictimai-kütləvi (kollektiv) şüur, onun müxtəlif
formalarıdır.
Mənəvi sfera yalnız ictimai-kütləvi və ya fərdi şüurun
təzahürünə müncər edilmir və edilə də bilməz. Məsələnin
qoyuluşu başqa cürdür. Burada söhbət ixtisaslaşdırılmış mənəvi
istehsal ilə, sosial institutların (elm və təhsil təşkilatları,
mədəniyyət qurumlan: teatr, kitabxana, muzey və s. kütləvi
informasiya vasitələri və b.) fəaliyyəti ilə əlaqədə olan
cəmiyyətin
Kosmopolitizm (yun. «kosmopolites» - dünya vətəndaşı) - bütün insan nəslinin birliyi naminə
milli ənənələrdən imtina etməyə çağıran nəzəriyyədir.
395
Dostları ilə paylaş: |