üsullarını müəyyənləşdirən şəraitin cəmi ilə məşğul olur.
Məsələn, kapitalizmdə ümumi ictimai münasibət kimi çıxış
edən əmtəə forması insanları cəmiyyətdə birləşdirən əsas
formadır.
İqtisadiyyatın fəlsəfəsi üçün «qeyri-istehsal sferası», qeyri
məhsuldar əmək növü yoxdur. Məsələn, istehlak istehsalın ay-
nlmaz üzvü hissəsidir. İstehlak olmadan istehsal baş tutmaz.
İqtisadiyyat isə fərdlərin və insan birliklərinin şüurlu fəaliyyəti
ilə təbiət və insan arasında həyata keçirilən maddələr mübadiləsi
deməkdir.
İstehsal prosesində təbiətə təsir edərək və istehsal etməklə öz
tələbatlarını ödəyərək insan eyni zamanda özünü, öz əmək
təcrübəsini, qabiliyyətini və istehsal vərdişlərini də inkişaf
etdirir.
İstehsal deyəndə insanların müxtəlif tələbatlarının
ödənilməsi üçün lazım olan sərvəti yaradan daimi fəali)^ətin
xüsusi sahəsi nəzərdə tutulur. Sərvət - insanın malik olduğu
maddi və mənəvi nemətlərin cəmini özündə birləşdirir.
İstehsal etmək üçün insanlar yalnız təbiət ilə münasibətə
girmirlər, həm də eyni zamanda öz aralannda müəyyən əlaqə və
münasibətlər yaradırlar. Beləliklə, istehsal təkcə maddi
nemətlərin və məhsuldar qüvvələrin istehsalı deyil, həm də
insanlar arasındakı ictimai münasibətlərin inkişafıdır.
Öz əməyini və bilik qabiliyyətini təbiətin verdikləri ilə
birləşdirən, təbii sərvətdən istifadə edən insan özünün yaratdığı
texnologiya vasitəsilə təbiətdə olmayan şeylər istehsal edir. Bu
prosesdə maddi nemətlər yaradılır. Elə bu prosesə də istehsal
prosesi deyilir.
Daha geniş mənada istehsal - cəmiyyətin həyat fəaliyyətidir,
burada maddi tərəf əhəmiyyətli rol oynayır. İstehsal ictimai
həyatın əsasıdır, maddi istehsalın məzmununu isə insanın fiziki
və zehni fəaliyyəti təşkil edir. İstehsal üsulunun dəyişməsi bütün
ictimai həyatın dəyişməsinə səbəb olur (məsələn, bazar
iqtisadiyyatına keçid).
Cəmiyyətin iqtisadi sferası mürəkkəb və çoxplanlı hadisədir.
Onun öz strukturu var. Burada sənaye və kənd təsərrüfatı
istehsalının, yerdən çıxarma və emaletmə sənayesinin başqa
417
bir tərəfi kimi müəyyən ərazilərdə yerləşdirilən bir çox
müəssisə və onların kompleksinin ərazi-istehsal əlaqələri çıxış
edir. Onun başqa xarakter cəhətləri də var ki, onlar istehsalın,
bölgünün, tədavülün və istehsalın fəaliyyət göstərməsi və
inkişafı ilə şərtlənir. Çoxkeyfıyyətli və mürəkkəb olduğu üçün
iqtisadi sfera bir çox elmlər tərəfindən öyrənilir: iqtisad elmləri,
iqtisadi coğrafiya, konkret sahələri öyrənən sosiologiya və b.
Fəlsəfəni isə birinci növbədə onun inkişafının ümumi
qanunauyğunluqları, bütövlükdə tarixi proses maraqlandırır.
1.2.
Məhsuldar qüvvələr və istehsal
münasibətləri anlayışları
K.Marks istehsal üsulunun iki tərəfi olduğunu sübut edir:
məhsuldar qüvvələr və istehsal münasibətləri.
İstehsal prosesini həyata keçirən insanlar əməyin subyekti
kimi çıxış edirlər. Onlar məhsuldar qüvvələrin əsas və həlledici
elementləridirlər. Lakin bundan başqa istehsal prosesi üçün
başlanğıc materialın, yaxud emal edilməyə məruz qalan əmək
predmetinin olması zəruridir. Torpaq, faydalı qazıntılar, metal
və s. əmək predmeti ola bilər. Lakin əmək predmetinə təsir
edərək onu zəruri məhsula çevirmək üçün əmək alətlərini tətbiq
etmək lazımdır. Əmək aləti xarici aləmə təsir etmək və onu öz
mənafeyi üçün dəyişdirmək məqsədilə insan tərəfindən
yaradılan əşyalara deyilir. İstehsal üçün həmçinin müvafiq
binaların, ambarlann, nəqliyyatın və s. olması də zəruridir. Bu
axırıncılar əmək alətləri ilə birlikdə əmək vasitələrini təşkil
edirlər. Əmək vasitələrinin də qaynağı təbiətdir. Əmək predmeti
ilə əmək vasitələrinin cəmi isə istehsal vasitəsi adlanır.
Təbii sərvətlər və təbii qüvvələr o vaxt məhsuldar qüvvə
olurlar ki, onlar insan əməyi sayəsində istehsalın elementlərinə
çevrilirlər. Cəmiyyətin məhsuldar qüvvələrinin səviyyəsinin
göstəricisi əmək məhsuldarlığıdır.
Müasir istehsalın mürəkkəbliyi o dərəcədədir ki, onun elmi
təşkili zəruridir. Elm məhsuldar qüvvələrin strukturuna daha
çox daxil olmağa başlayır.
418
istehsalın inkişafı hər şeydən əvvəl məhsuldar qüvvələr
sistemində baş verir, çünki onlar maddi istehsalda ən çevik
elementlərdir. Məhsuldar qüvvələrin strukturunda baş verən
dəyişikliklər öz arxasınca istehsal prosesində insan
münasibətlərinin də dəyişməsinə səbəb olur. Məsələn, sosialist
istehsalından bazar iqtisadiyyatına keçid.
İstehsal prosesində insanlar arasında yaranan əlaqələrə
istehsal münasibətləri deyilir. Onlar həm istehsal vasitələrini,
yəni mülkiyyət formasını (istehsal münasibətlərinin əsasını),
həm yaradılan nemətlərin mübadiləsi, bölgüsü və istehlakı
prosesində insanlar arasındakı əlaqəni, həm insanlann istehsalda
ixtisaslaşması ilə şərtlənən, yəni əmək bölgüsünü ifadə edən
münasibətlərini,
həm
də
əməkdaşlıq
və
tabeçilik
münasibətlərini, yəni idarəçilik münasibətlərini və s. əhatə edir.
İstehsal münasibətlərinin əsas elementlərinin birincisi
iqtisadi münasibətlərdir ki, onların da əsasını istehsal
vasitələrinə münasibət (mülkiyyət forması) təşkil edir.
K.Marksm fikrincə əgər istehsal münasibətləri məhsuldar
qüvvələrin inkişaf xarakterinə və səviyyəsinə uyğun gəlirsə
onların inkişaf prosesini sürətləndirir, əks halda isə mane olur.
Beləliklə, istehsal münasibətlərinin məhsuldar qüvvələrin
inkişaf xarakterinə və səviyyəsinə uyğun gəlməsi maddi
istehsalın əsas inkişaf prinsipidir.
Marksist təlimə görə, yeni məhsuldar qüvvələr ilə köhnə
istehsal münasibətləri arasındakı münaqişə sosial inqilabın
iqtisadi əsasını təşkil edir. Uyğunluq qanununun fəaliyyəti ən
ibtidai mərhələdən başlayaraq bütün insan tarixində özünü
göstərir. Bu qanunu bilmək bir formasiyadan digərinə keçməyin
səbəbini üzə çıxarmaq və izah etməyin zəruri metodoloji
açarıdır. İstehsal münasibətləri insanların şüurundan və
iradəsindən asılı olmayaraq, yəni obyektiv olaraq yaranır.
Uyğunluq qanununu K.Marks ətraflı təhlil etmişdir.
F.Engels həyatının sonlarında etiraf etmişdir: «Tarixin
materialist anlayışına görə tarixi prosesdə son olaraq gerçək
həyatın istehsalı və təkrar istehsalı həlledici momentdir. Nə
mən, nə Marks bundan artıq heç vaxt heç nəyi isbat etməmişik.
419
Dostları ilə paylaş: |