ki, yalnız ağılın tələbinə tabe olmayan «heyvani şəxs» ümumi
rifah haqqında fikirləşmir.
Ölümsüzlüyün bir neçə növünü göstərirlər. Ölümsüzlüyün
birinci növü insanlann əksəriyyətinə aid olan nəsil artırma
genləridir. İnsanlann mütləq əksəriyyəti öz sayını artırmağa
çalışır. Ölümsüzlüyün ikinci növü öləndən sonra əbədi
saxlamaq məqsədilə bədənin mumiyalaşdırılmasıdır. Hələ Misir
faraonlarmın təcrübəsi, müasir balzamlaşdırma (V.İ.Lenin, Мао
Tszedun) göstərir ki, bir çox sivilizasiyalarda bu hal qəbul
olunub. Ölümsüzlüyün üçüncü növü ölənin bədən və ruhunun
Kainatda «əriməsinə», kosmik cismə qədər yüksəlməsinə,
materiyanın əbədi hərəkətinə qovuşmasına inanmaqdır. Ölüm-
süzlÜ
5nin dördüncü yolu insanın həyati yaradıcılığı ilə
əlaqədardır. Elmi kəşf, bö}äik ədəbiyyat əsərlərinin
yaradılması, fəlsəfi əsərlər, böyük hərbi qələbələr və dövlət
müdrikliyini nümayiş etdirmək - bütün bunlar qədirbilən
insanlann yaddaşında yaşayır. Peyğəmbərlərin, qəhrəmanlann,
müqəddəslərin, memarların, ixtiraçılann xatirəsi əbədiləşdirilir.
Bir çox mütəfəkkirlər (Sokrat, L.N.Tolstoy və b.) insanın
bioloji
ölümünün
labüdlüyünü
onun mənəvi, əxlaqi
ölümsüzlüyü fikri ilə əlaqələndirirdilər. İnsan zəkasının və
humanistliyi- nin ölümsüzlüyü bəşəriyyətin ölümsüzlüyünü
təmin edir. İnsanın və bəşəriyyətin irəlicədən müəyyən edilmiş
qlobal vəzifəsi məhz bizim planetdə həyatı və zəkanı qoruyub
saxlamağa cavabdeh olmasıdır; əks halda, ağılsızlıqdan və
insansevməz- likdən (antihumanizmdən) gələn təhlükəni aradan
qaldırmaq mümkün olmaz.
İnsan özünü şəxsiyyət kimi başa düşməsə öz həyatının
mənasını da anlaya bilməz. Öz şəxsiyyətini müəyyənləşdirmək
isə özünü başqaları ilə müqayisə etmədən mümkün deyil.
Həyatın mənası haqqında məsələnin insan tərəfindən qoyulması
yalnız o zaman mümkün olur ki, insanda mənlik şüuru baş
qaldırır, ləyaqət hissi qüvvətlənir, öz həyatının əhəmiyyəti
problemi üzərində düşünməyə başlayır.
Xose Orteqa-i-Qasset demişdir: «...Yaşamaq o deməkdir ki,
onu mənim əvəzimə heç kim edə bilməz, həyat onu ötürmək
408
hüququ olmadan mövcuddur; bu mücərrəd anlayış deyil, mənim
həddən artıq fərdi varlığımdm>.*®
Beləliklə, həyatın mənasının düzgün başa düşülməsi mənlik
şüurunun yüksək inkişafı və yetkinliyi nəticəsində mümkün
olur. Bu da şəxsiyyətin həqiqi azadlıq qazanmasının
göstəricisidir. Burada idrakı (azadlığı) praktiki fəaliyyət ilə
birləşdirməyi bacaran bütöv şəxsiyyətin inkişaf səviyyəsi
nəzərdə tutulur. Həyatın mənasını düzgün başa düşmək, irəlini
görmək - hadisələrin sonrakı cərəyanını əvvəldən duymaq
qabiliyyətinin olmasını tələb edir və həyatın bütün sonrakı
gedişinə bilavasitə təsir göstərir.
İnsan öz qarşısına hansı məqsədi qoyur? Necə və hansı
şəkildə 0, buna nail olur? Bu suallara cavab insanın əxlaqi
şüurunu və onun mənəvi simasını xarakterizə edir.
6.3.
Şəxsiyyət və cəmiyyət. İnsan və bəşəriyyət
Dünyanın fəlsəfi mənzərəsi çox rəngarəngdir, fəqət bütün
bunlar dünya-insan münasibətləri ətrafında qurulur. Bu əsasda
fəlsəfi bilikdə şərti olaraq obyektivist və subyektivist
adlandırılan iki aparıcı xətt yaranmışdır.
Obyektivist konsepsiyalar materialist və yaxud idealist
olmalarından asılı olmayaraq dünyaya üstünlük verir_j:a-h«sab
edir ki, o bütün hallarda obyektiv^r, yəni öz mövcudluğunda və
keyfiyyətlərində subyektin istəyindən asılı deyil. Həqiqət hamı
üçün eynidir. Obyektivist konsepsiyanın ən parlaq misalı
Hegelin və Marksın fəlsəfəsidir. Bu təlim insan həyatında
idrakın rolunu çox yüksək qiymətləndirir, çünki hesab edir ki,
rasional bilik bizi həqiqət ilə bilavasitə birləşdirir və dünyanı
necə varsa elə də göstərir.
Subyektivizm obyektivizmin əksidir. Bütün yaşayan
subyektlər üçün ümumi olan dünya çoxlu xırda «dünyalar» ilə
əvəz edilir. Mən özüm üçün Kainatam və hədsiz dərəcədə
tənhayam, çünki heç kim həbsxanaya çevrilən fərdi dünyamı
mənimlə bölüşdürə bilməz. J.P.Sartrın fəlsəfəsi bu tip subyekti-
Х.Ортсга-и-Гассет. Что такое философия? M., «Наука», 1991, с. 162.
409
vizm üçün parlaq misal ola bilər. O, hesab edirdi ki, öz
iradəsindən asılı olmayaraq «varlığa atılmış» insan tamamilə
azaddır. Ümumi həqiqət və ümumi qaydalar yoxdur. Hər bir
insan özünəməxsus qorxu və risk ilə öz həyatını yaşayır, nə
istəyirsə onu da edir və yalnız öz qarşısında cavab verir. Ümumi
həqiqətlərə və görüşlərə tabe olmaq özünə xəyanətdir.
Yaspers üçün (Toynbinin dediyi kimi) tarix şəxsiyyət
yaradıcılığının nəticəsidir, şəxsiyyətdən kənarda heç bir tarix ola
bilməz. O, yazırdı: «Tarix ayn-ayn adamların daim və təkidlə
irəliyə doğru hərəkətidir. Onlar başqalannı da öz arxalannca
getməyə çağırır. Onları eşidənlər və başa düşənlər bu hərəkata
qoşulurlar».^® Şəxsiyyət problemini öyrənmək üçün ilk lazım
olan «fərd» anlayışıdır. Hərfi olaraq bu söz hər hansı bir bütövün
daha bölünməyən hissəciyidir, özünəməxsus «sosial atom»dur.
Ayrı bir insan nəinki insan nəslinin tək nümayəndəsidir, həm də
hər hansı sosial qrupun üzvüdür. Bu insanın ən sadə və mücərrəd
xarakteristikasıdır.
«Fərdiyyət» termini isə daha zəngin məzmun kəsb edir,
insanın bütün şəxsi keyfiyyət və xassələri ilə birlikdə unikal və
təkrarolunmaz varlıq olduğunu ifadə edir.
Fərd konkret insandır və anadangəlmə Homo sapiens
xüsusiyyətləri ilə yanaşı həm də sırf fərdi keyfiyyətlərə də
malikdir. Bu onun həm təbii qabiliyyətinə, həm psixi xassələrinə
(yaddaş, təxəy3dil, temperament, xarakter) və təfəkkür
qabiliyyətinə (mühakimə, fikir), tələb və ehtiyaclarına aiddir. Bu
mənada biz insanın fərdiliyi haqqında danışırıq. «...Fərdiliyə
həmin fərdi başqa kütlədən fərqləndirən xassə və qabiliyyətin
cəmi kimi tərif vermək olaD>.”
• Z.Freyd insan yığını deyəndə bir qrup adamın təşkilatlanmış
toplusunu, kütlə deyəndə xüsusi təşkil olunmuş insan toplusunu
nəzərdə tuturdu. Burada fərdlər arasında bəzi ümumi cəhətlər
yaranır: müəyyən situasiyada ümumi maraq, bir-birinə təsir
etmək qabiliyyəti və s. Subyektin fəaliyyət, şüur və idrak
daşıyıcısı kimi başa düşülməsi Yeni dövr fəlsəfəsindən başlayır.
^
К.Ясперс. Смысл и назначение истории. М.. 1991. с.73.
5’ С.Э.Крапивеиский. Социальная философия. М.. «Владос», 1998, с.282.
410
Dostları ilə paylaş: |