Bu da həmin fəlsəfə üçün xarakterik olan subyektivizm ilə
əlaqədardır. Müasir fəlsəfə üçün subyekt hər şeydən əvvəl elə
konkret cismani fərddir ki, məkan və zamanda yaşayır, müəyyən
mədəniyyətə daxildir, özünün tərcümeyi-halı var, başqa insanlar
ilə müxtəlif əlaqələrdə olur.
İnsan haqqında bəzi elmlərdə həm də kollektiv subyekt
anlayışı var. Belə subyekt müəyyən fəaliyyət, idrak və kollektiv
şüur normalarının daşıyıcısı, onlara daxil olan fərdlər arasındakı
qarşılıqlı əlaqə sistemi kimi başa düşülür.
Cəmiyyətə münasibətdə insanın rolunu mütləqləşdirmək
hiperindividualizm adlanır. İnkişaf etmiş Qərb ölkələrində
indiki zamanda sinif və yaxud hər hansı sosial təbəqə deyil,
məhz fərd (individ) diqqət mərkəzində durur. Qərb
cəmiyyətində bir fərdin tələbatının onun qabiliyyətinə uyğun
şəkildə ödənilməsi müşahidə edilir. Bir neçə şəxsiyyətin bir
mənəvi bütöv halında birləşməsi hiperşəxsiyyət adlanır. Bu
halda şəxsiyyətin siması onun şəxsiyyətlərarası münasibətlər
sistemi ilə əlaqəsindən asılı olur.
İlk növbədə fiziki-bioloji şəxsiyyət və yaxud Mən adlanan
insan anlayışı irəli sürülür. Bu insanın bədəni və yaxud cismani
cəhətdən təşkil olunması, şəxsiyyətin ən dayanıqlı cismani
xassələrə və özünü hiss etməyə əsaslanan komponentdir.
Sosial şəxsiyyət cəmiyyətdə başqaları ilə ünsiyyətdə
formalaşan insandır. Peşə sahəsində, ictimai fəaliyyətdə,
dostluqda, sevgidə, rəqabətdə və s. özünütəsdiqləmənin bütün
formaları şəxsiyyətin sosial strukturunu formalaşdırır.
Mənəvi şəxsiyyət insan mənliyinin üzərində hər şeyin
dayandığı görünməz təməli, nüvəsidir. Bu müəyyən mənəvi
dəyərlərə və ideallara canatmanı əks etdirən daxili mənəvi
vəziyyətdir.
Fiziki, sosial və mənəvi şəxsiyyətləri ayırmaq kifayət qədər
şərti xarakter daşıyır. Şəxsiyyətin bütün bu tərəfləri sistem təşkil
edir və bu sistemin hər bir elementi insan həyatının müxtəlif
mərhələlərində müəyyənedici əhəmiyyət qazana bilər.
Mövcud dünya dinləri şəxsiyyətin normativ idealını
yaradıblar. Məsələn, şəxsiyyətin xristian idealının əsasında
Allaha məhəbbət və öz yaxınına məhəbbət prinsipi dayanır.
İnsanın
411
şəxsiyyətində iki təbiətin - Allah və insanın birləşməsi sirri
insan şəxsiyyətinin xristian anlayışının əsasını təşkil edir.
Şəxsiyyətin islam modelində əsas cəhət Allah iradəsinin
ciddi və qüsursuz olaraq həyata keçirilməsidir. Müsəlman
mütləq təkallahlılığa və Məhəmməd peyğəmbərə sözsüz olaraq
inanır. İslam mənasız qantökməyin əleyhinə olaraq yalnız
hücum edənə cavab verməyə çağırır. Şəriət şəxsiyyətin fiziki,
əqli və mənəvi inkişafına təhlükəli olan bütün şeyləri yasaq edir.
Məsələn, spirtli içkilər, narkotik maddələr, təmiz olmayan ət və
s. yasaqdır. Özünəqəsd, ailəyə xəyanət, oğurluq, dələduzluq,
istismar, qumar və s. qəti qadağandır. Xristianlıqdan fərqli
olaraq islam bu dünyadakı həyata yüksək qiymət verir. Lakin
bununla yanaşı Son gündə hər şey məhv ediləcək, ölənlər Allah
qarşısında cavab vermək üçün diriləcək. Axirət həyatına inam
burada zəruri hesab edilir, çünki belə halda insan öz həyat və
davranışlarını şəxsi maraq mövqeyindən deyil, əbədi gələcək
mənasında qiymətləndirir.
F.Engels yazırdı: «Materialist anlayışa görə, son nəticədə
bilavasitə həyatın istehsalı və təkrar istehsalı tarixdə müəyyə-
nedici momentdir. Lakin bunun özü də iki cür olur. Bir tərəfdən
- yaşama vasitələrinin: yeyinti məhsullannm, paltarın, mənzilin
və bu iş üçün zəruri olan alətlərin istehsalı; başqa tərəfdən -
insanın özünün istehsalı, nəslin davamı».^* İdeoloji tərəfi
nəzərə almadan qeyd etmək lazımdır ki, məsələnin belə
qoyuluşu doğrudur.
Şəxsiyyət haqqında daha iki konsepsiya mövcuddur:
şəxsiyyət insanın funksional xarakteristikası kimi və şəxsiyyət
insanın mahiyyət xarakteristikası kimi. Birinci konsepsiya
şəxsiyyətin yalnız xarici davramşlanm nəzərdə tutur. İkinci isə
şəxsiyyətin mahiyyətini, onun daxili aləmini açır. İnsanın
şəxsiyyət keyfiyyəti onun sosial həyat tərzindən və mənlik
şüurundan ayrılmazdır.
İnsan müxtəlif əlaqələr və münasibətlər sistemində, müxtəlif
insanlar və qruplar ilə ünsiyyət şəraitində yaşayır və fəaliyyət
göstərir; 0 müxtəlif sosial qurumlann - cəmiyyətin, sinfin, peşə
K.MapKC
H
O.ƏwreJibc. Co'umcHiw,
T.21. c.25-26.
412
qruplannın və s. üzvü kimi çıxış edir və öz fəaliyyətində daim
onların təsirini hiss edir. Lakin heç bir xarici şərait (nə qədər
münasib, yararlı olsa da) Öz-özlüyündə insanın qabiliyyətinin
həyata keçirilməsini tam təmin edə bilməz. Bunun üçün həm də
şəxsi səy, iradə, mənəvi azadlıq lazımdır.
Şəxsiyyət insandır. Lakin «insan» anlayışı bütün insanlar
üçün ümumi olan nəsil, soy mənasını verir və onları
heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi
xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə
məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici
mühiti qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət
bütün mənəvi xassələri - zəkası, öz əməllərinə cavabdehlik hissi,
fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır; o
elə insandır ki, müstəqil və işgüzar fəaliyyət subyekti olur.
Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları
ilə münasibətdə zorakılığa anadangəlmə meyl göstərməsi
haqqında çoxlu fikirlər olmuşdur.
Heyvanlann davranışını öyrənən yeni elm - etologiya XX
əsrin ortalannda meydana gəlib. Bu elmin yaradıcısı K.Lorens
müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün
ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu
instinktin təzahürü tormoz qurğuları ilə saxlanılır, insanda isə bu
qurğular bağlanır, xarab olur; odur ki, bizim əksəriyyətimiz
sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında
aralıq bir dəstəyik. Bizim silaha, zorakılığa anadangəlmə
meylimizin qarşısını heç nə ala bilməz.
Postindustrial və informasion cəmiyyət şəraitində insana alət
hazırlayan məxluq (Homo faber) kimi tərif vermək sivilizasiya
konsepsiyalarında o qədər geniş yayılıbdır ki, həyatın məqsədi
həyat vasitələri ilə əvəz olunmağa başlayır. Reallığı
dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və
texnologiya ona öz qanunlarını diktə edir və o da süni
strukturlara doğru can atır. İnsan özünə üzvi həyatdan
uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. «Mənasız
qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası
(pozul-
413
Dostları ilə paylaş: |