Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə136/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   132   133   134   135   136   137   138   139   ...   164

Bu  da  həmin  fəlsəfə  üçün  xarakterik  olan  subyektivizm  ilə 

əlaqədardır. Müasir fəlsəfə üçün subyekt hər şeydən əvvəl elə 

konkret cismani fərddir ki, məkan və zamanda yaşayır, müəyyən 

mədəniyyətə daxildir, özünün tərcümeyi-halı var, başqa insanlar 

ilə müxtəlif əlaqələrdə olur. 

İnsan  haqqında  bəzi  elmlərdə  həm  də  kollektiv  subyekt 

anlayışı var. Belə subyekt müəyyən fəaliyyət, idrak və kollektiv 

şüur normalarının daşıyıcısı, onlara daxil olan fərdlər arasındakı 

qarşılıqlı əlaqə sistemi kimi başa düşülür. 

Cəmiyyətə  münasibətdə  insanın  rolunu  mütləqləşdirmək 



hiperindividualizm  adlanır.  İnkişaf  etmiş  Qərb  ölkələrində 

indiki  zamanda  sinif  və  yaxud  hər  hansı  sosial  təbəqə  deyil, 

məhz  fərd  (individ)  diqqət  mərkəzində  durur.  Qərb 

cəmiyyətində  bir  fərdin  tələbatının  onun  qabiliyyətinə  uyğun 

şəkildə  ödənilməsi  müşahidə  edilir.  Bir  neçə  şəxsiyyətin  bir 

mənəvi  bütöv  halında  birləşməsi  hiperşəxsiyyət  adlanır.  Bu 

halda  şəxsiyyətin  siması  onun  şəxsiyyətlərarası  münasibətlər 

sistemi ilə əlaqəsindən asılı olur. 

İlk  növbədə  fiziki-bioloji  şəxsiyyət  və  yaxud  Mən  adlanan 

insan anlayışı irəli sürülür. Bu insanın bədəni və yaxud cismani 

cəhətdən  təşkil  olunması,  şəxsiyyətin  ən  dayanıqlı  cismani 

xassələrə və özünü hiss etməyə əsaslanan komponentdir. 



Sosial  şəxsiyyət  cəmiyyətdə  başqaları  ilə  ünsiyyətdə 

formalaşan  insandır.  Peşə  sahəsində,  ictimai  fəaliyyətdə, 

dostluqda,  sevgidə,  rəqabətdə  və  s.  özünütəsdiqləmənin  bütün 

formaları şəxsiyyətin sosial strukturunu formalaşdırır. 



Mənəvi  şəxsiyyət  insan  mənliyinin  üzərində  hər  şeyin 

dayandığı  görünməz  təməli,  nüvəsidir.  Bu  müəyyən  mənəvi 

dəyərlərə  və  ideallara  canatmanı  əks  etdirən  daxili  mənəvi 

vəziyyətdir. 

Fiziki, sosial və mənəvi şəxsiyyətləri ayırmaq kifayət qədər 

şərti xarakter daşıyır. Şəxsiyyətin bütün bu tərəfləri sistem təşkil 

edir  və  bu  sistemin  hər  bir  elementi  insan  həyatının  müxtəlif 

mərhələlərində müəyyənedici əhəmiyyət qazana bilər. 

Mövcud  dünya  dinləri  şəxsiyyətin  normativ  idealını 

yaradıblar.  Məsələn,  şəxsiyyətin  xristian  idealının  əsasında 

Allaha  məhəbbət  və  öz  yaxınına  məhəbbət  prinsipi  dayanır. 

İnsanın 


411 


şəxsiyyətində  iki  təbiətin  -  Allah  və  insanın  birləşməsi  sirri 

insan şəxsiyyətinin xristian anlayışının əsasını təşkil edir. 

Şəxsiyyətin  islam  modelində  əsas  cəhət  Allah  iradəsinin 

ciddi  və  qüsursuz  olaraq  həyata  keçirilməsidir.  Müsəlman 

mütləq təkallahlılığa və Məhəmməd peyğəmbərə sözsüz olaraq 

inanır.  İslam  mənasız  qantökməyin  əleyhinə  olaraq  yalnız 

hücum  edənə  cavab verməyə çağırır. Şəriət  şəxsiyyətin fiziki, 

əqli və mənəvi inkişafına təhlükəli olan bütün şeyləri yasaq edir. 

Məsələn, spirtli içkilər, narkotik maddələr, təmiz olmayan ət və 

s.  yasaqdır.  Özünəqəsd,  ailəyə  xəyanət,  oğurluq,  dələduzluq, 

istismar,  qumar  və  s.  qəti  qadağandır.  Xristianlıqdan  fərqli 

olaraq islam  bu dünyadakı  həyata  yüksək qiymət verir.  Lakin 

bununla yanaşı Son gündə hər şey məhv ediləcək, ölənlər Allah 

qarşısında cavab vermək üçün diriləcək. Axirət həyatına inam 

burada zəruri hesab edilir, çünki belə halda insan öz həyat və 

davranışlarını  şəxsi  maraq  mövqeyindən  deyil,  əbədi  gələcək 

mənasında qiymətləndirir. 

F.Engels  yazırdı:  «Materialist  anlayışa  görə,  son  nəticədə 

bilavasitə həyatın istehsalı və təkrar istehsalı tarixdə müəyyə- 

nedici momentdir. Lakin bunun özü də iki cür olur. Bir tərəfdən 

- yaşama vasitələrinin: yeyinti məhsullannm, paltarın, mənzilin 

və  bu  iş  üçün  zəruri  olan  alətlərin  istehsalı;  başqa  tərəfdən  - 

insanın  özünün  istehsalı,  nəslin  davamı».^*  İdeoloji  tərəfi 

nəzərə  almadan  qeyd  etmək  lazımdır  ki,  məsələnin  belə 

qoyuluşu doğrudur. 

Şəxsiyyət  haqqında  daha  iki  konsepsiya  mövcuddur: 

şəxsiyyət insanın funksional xarakteristikası kimi və şəxsiyyət 

insanın  mahiyyət  xarakteristikası  kimi.  Birinci  konsepsiya 

şəxsiyyətin yalnız xarici davramşlanm nəzərdə tutur. İkinci isə 

şəxsiyyətin  mahiyyətini,  onun  daxili  aləmini  açır.  İnsanın 

şəxsiyyət  keyfiyyəti  onun  sosial  həyat  tərzindən  və  mənlik 

şüurundan ayrılmazdır. 

İnsan müxtəlif əlaqələr və münasibətlər sistemində, müxtəlif 

insanlar və qruplar ilə ünsiyyət şəraitində  yaşayır və fəaliyyət 

göstərir; 0 müxtəlif sosial qurumlann - cəmiyyətin, sinfin, peşə 

K.MapKC 



O.ƏwreJibc. Co'umcHiw, 

T.21. c.25-26.

 

412 



qruplannın və s. üzvü kimi çıxış edir və öz fəaliyyətində daim 

onların  təsirini  hiss  edir.  Lakin  heç  bir  xarici  şərait  (nə  qədər 

münasib,  yararlı  olsa  da)  Öz-özlüyündə  insanın  qabiliyyətinin 

həyata keçirilməsini tam təmin edə bilməz. Bunun üçün həm də 

şəxsi səy, iradə, mənəvi azadlıq lazımdır. 

Şəxsiyyət  insandır.  Lakin  «insan»  anlayışı  bütün  insanlar 

üçün  ümumi  olan  nəsil,  soy  mənasını  verir  və  onları 

heyvanlardan fərqləndirən əlamətdir. Şəxsiyyət isə özünün fərdi 

xüsusiyyətləri ilə birlikdə konkret insandır. Onun yalnız özünə 

məxsus olan xarakteri, temperamenti, psixikası, yaddaşı, xarici 

mühiti qavramaq və ona münasibət xüsusiyyətləri var. Şəxsiyyət 

bütün mənəvi xassələri - zəkası, öz əməllərinə cavabdehlik hissi, 

fərdiliyi, ləyaqəti, azadlığı və s. ilə birgə götürülmüş insandır; o 

elə insandır ki, müstəqil və işgüzar fəaliyyət subyekti olur. 

Qədim dövrdən başlayaraq fəlsəfə tarixində insanın başqaları 

ilə  münasibətdə  zorakılığa  anadangəlmə  meyl  göstərməsi 

haqqında çoxlu fikirlər olmuşdur. 

Heyvanlann  davranışını  öyrənən  yeni  elm  -  etologiya  XX 

əsrin ortalannda meydana gəlib. Bu elmin  yaradıcısı K.Lorens 

müharibə, təcavüz kimi sosial hadisələri insan və heyvan üçün 

ümumi olan təcavüz instinkti ilə izah edir. Lakin heyvanlarda bu 

instinktin təzahürü tormoz qurğuları ilə saxlanılır, insanda isə bu 

qurğular  bağlanır,  xarab  olur;  odur  ki,  bizim  əksəriyyətimiz 

sözün əsl mənasında insan deyilik, heyvan ilə əsl insan arasında 

aralıq  bir  dəstəyik.  Bizim  silaha,  zorakılığa  anadangəlmə 

meylimizin qarşısını heç nə ala bilməz. 

Postindustrial və informasion cəmiyyət şəraitində insana alət 

hazırlayan məxluq (Homo faber) kimi tərif vermək sivilizasiya 

konsepsiyalarında o qədər geniş yayılıbdır ki, həyatın məqsədi 

həyat  vasitələri  ilə  əvəz  olunmağa  başlayır.  Reallığı 

dəyişdirməyi öyrənən insan, öz ətrafını da dəyişir. Mexanizm və 

texnologiya  ona  öz  qanunlarını  diktə  edir  və  o  da  süni 

strukturlara  doğru  can  atır.  İnsan  özünə  üzvi  həyatdan 

uzaqlaşan, texnikalaşmış fərd kompleksini yetişdirir. «Mənasız 

qəddarlıq, daxili inamsızlıq, intuisiya və hissiyyatın distrofiyası 

(pozul- 


413 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə