Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə144/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   140   141   142   143   144   145   146   147   ...   164

informasiya-kompüter  inqilabı  ictimai  həyatın  bütün 

sahələrini  - maddi istehsal  və  əmək, siyasət və təhsil  sahəsini 

əhatə  edir.  Beləliklə,  cəmiyyət  həyatının  yeni  sferası  - 

«texnosfera»  meydana  gəlir.  Onu  yaratmaqla  insan  təbiəti 

sıxışdırır,  nəticədə  Yerin  biosferasına  antropogen  təsir  fəlakət 

gətirir, təbii ehtiyatların yenidən bərpa olunması prosesi kəsilir. 

Son  vaxtlar  «hipermodemizm»  və  yaxud  «texnos»  termini 

meydana  gəlib.  Hiper  (fovqəl,  həddən  artıq)  modemizmə  - 

postmodernizm  də  deyilir.  Texnikanın  fəaliyyət  vasitəsindən 

substansiyaya (əsas başlanğıca) çevrilməsi  ilə  yeni,  elə bil ki, 

mədəniyyətin  yerinə  keçən  bir  dünya  -  Texnos  yaranır.  Bu 

nəzəriyyənin  tərəfdarları  göstərirlər  ki,  Texnos  başqa  sahələr 

(məsələn,  texnosfera)  ilə  yanaşı  sadə  sfera  deyil,  məhz  hər 

sahəyə  nüfiız  edən  bir  şeydir.  Tarix  terminlərində  cəmiyyət 

vektor boyu hərəkət kimi ifadə edilir: ənənəvi - industrial-pos- 

tindustrial (texnotron) cəmiyyətlər. Bu cəmi)^ət axırda ölür və 

«Sistemə»  çevrilir.  Mədəniyyət  terminlərində  cəmiyyət  - 

realizmdən modemizmə və post (hiper) modemizmə keçiddir; 

axırda mədəniyyət ölür və texnologiyaya çevrilir. Bu nəzəriyyə 

təsdiq  edir  ki,  təkamül  bütövlükdə  min  illərlə  vəhşilik  və 

barbarlıqdan,  sonra  isə  əsrlərlə  mədəniyyət  və  sivilizasiyadan 

keçir; indi isə biz informasiya və texnika dövrünə daxil olumq. 

Hipermodemizmin  tərəfdarları  sübut  etməyə  çalışırlar  ki, 

əgər təbiət - naturalizm, mədəniyyət - modemizmdirsə, Texnos - 

hipermodemizmdir.  Təbiət  artıq  keçmiş,  baş  vermiş  Var- 

lıqdırsa,  mədəniyyət  indiki  dövrdə  baş  verən  proses  -  Yaran- 

madırsa, Texnos - gələcəkdir, layihədir, yaradıcılıqdır. 

2.3.

 

Elmi-texniki tərəqqi 

Elmi Texniki İnqilab (ETİ) - sadəcə olaraq elmdə inqilab və 

texnikada  inqilab  deyil.  Bu  tərkib  hissələri  qarşılıqlı  əlaqədə 

olan iki tərəfli vahid inqilabdır. Burada elmi nailiyyətlər tezliklə 

texnikada maddiləşir, ən yeni texnika isə elmin sonrakı inkişafı 

üçün ilkin şərtlər yaradır. 



435 


Müxtəlif  nəzəri  sistemlərdə  elmi-texniki  tərəqqi  (ETT) 

müxtəlif  cür  adlandınlır.  Marksist  terminologiyasında  onu 

«elmi-texniki» inqilab, A.Tofflerin sivilizasiya tipologiyasında 

«sosiotexniki»  inqilab,  daha  çox  «informasiya-kompüten>  və 

ya  «informasiya-ekoloji»  inqilab  adlandırılır.  Bu  inqilabın 

özəyini  elektron-kompüter  və  biotexnoloji  texnologiyanın 

yaradılması 

və 


genişləndirilməsi 

təşkil 


edir. 

İnformasiya-kompüter  inqilabı  dərin  sosial  dəyişikliklər  üçün 

zəmin hazırlayır. 

Müasir  elmi-texniki  inqilab  avtomatika,  elektronika, 

hesablama 

texnikası, 

mikroelektronika, 

cihazqayırma, 

aerokosmik 

sənaye, 


kütləvi 

kompüterləşmə, 

nüvə 

energetikasının  və  s.  coşğun  inkişafı  ilə  əlaqədədir.  ETİ, 



beləliklə,  istehsalın  fizika,  riyaziyyat,  kimya,  biologiya  və  s. 

kimi elmlərin nailiyyətləri ilə sıx əlaqəsi ilə şərtlənir. 

Əgər  keçmişdə  əl  əməyindən  maşınlı  istehsala  keçid  insan 

əzələsi  qüvvəsinin  maşınla  əvəz  olunması,  fiziki  əməyin 

yüngülləşməsi  ilə  nəticələnən  yeni  eranın  başlanmasına 

gətirdisə, indi yeni tipli maşınların köməkliyi ilə mürəkkəb və 

əziyyətli hesablama və bir sıra başqa zehni funksiyaları həyata 

keçirmək, əqli əməyi yüngülləşdirmək və onun məhsuldarlığını 

artırmaq  olar.  Elektron-hesablayıcı  qurğular  istehsalı 

avtomatlaşdırmaq  və  idarə  etmək  imkanı  yaradır.  Fəlsəfənin 

vəzifəsi ən yeni texnika ilə insanın zehni fəaliyyəti arasındakı 

qarşılıqlı  münasibəti,  o  cümlədən  «süni  intellekt»  problemini 

dərk etməkdir. 

Elm  bilavasitə  məhsuldar  qüvvə  rolunu  həqiqətən  yerinə 

yetirmək  üçün  istehsalın  inkişafım  qabaqlamalıdır.  ETİ  indi 

həm elmi, həm texnika və texnologiyam, həmçinin də əməyin 

və istehsalın idarə edilməsi sistemini əhatə edir. 

ETİ  yalnız  elm  və  texnikaya  deyil,  ictimai  həyatın  bütün 

tərəflərinə  toxunan  sosial  prosesdir.  ETİ  işçinin  şəxsiyyətinin 

inkişafı,  onun  peşə,  zehni,  əxlaqi  və  estetik  keyfiyyətlərinin 

artması  üçün  şərait  yaradır.  Çünki  müasir  cəmiyyət  ETİ-nin 

nailiyyətlərini  humanist  məqsədlərlə  birləşdirmək  işində 

maraqlıdır. 

436 



Qərb  nəzəriyyəçiləri  təsdiq  edirlər  ki,  ETİ  ilə  əlaqədə  olan 

texnoloji dəyişikliklər cəmiyyətin elə  yeniləşməsinə gətirir ki, 

sosial  inqilabın  zəruriliyi  və  imkanı  heçə  enir,  çünki  həyata 

keçirilən elmi-texniki inqilab hər hansı  sosial inqilabdan daha 

çox radikal nəticələrə gətirib çıxarır. 

Elm və texnikanın qüvvətli inkişafı və onlann ictimai həyatın 

bütün tərəflərinə, o cümlədən siyasi qrupların hazırlanması və 

qəbulu  sahəsinə  təsirinin  qüvvətlənməsi,  texnokratizm 

nəzəriyyəsinə görə sosial konfliktlərin və çaxnaşmaların aradan 

qaldırılması üçün ən yaxşı yoldur. 

Texnokratlar  postindustrial,  informasion  və  başqa 

inqilablardan danışarkən güman edirlər ki, elmi-texniki tərəqqi 

sosial 

nailiyyətlərə 



və 

dəyişikliklərə 

gətirir. 

«AntitexnokratlaD>  isə  hesab  edirlər  ki,  həmin  elmi-texniki 

tərəqqi məhdudlaşdırılmasa və nəzarət edilməsə, zəruri olaraq 

sosial fəlakətə gətirib çıxanr. 

Müasir elmi-texniki tərəqqi (ETT) ağlagəlməz dərəcədə qısa 

müddətdə baş vermişdir. İndiki dövrdə dünya hələ görünməmiş 

texnoloji  çevriliş  astanasında  dayanıbdır.  Bu  prosesin  sosial 

nəticələrini  hərtərəfli  təsəvvür  etmək  çox  çətindir.  ETT-  nin 

yeni  mərhələsi  hər  şeydən  əvvəl,  yuxanda  deyildiyi  kimi, 

mikroelektronikanın,  informatikanın  və  biotexnikanm  sürətlə 

inkişafı  sayəsində  baş  verən  yeni  keyfiyyət  dəyişiklikləri  ilə, 

istehsalın  mexanikləşməsi  və  avtomatlaşması  sahəsində  yeni 

nailiyyətlər ilə əlaqədardır. 

Texnoloji  yeniliklər  cəmiyyətin  sosial  strukturuna  böyük 

təsir göstərir. Mahiyyətcə elə yeni sivilizasion mühit yaranır ki, 

burada  prinsip  etibarilə  tamamilə  başqa  əmək,  idarəetmə, 

istirahət sferası meydana gəlir. 

Avropanın 

müasir 

ictimai 


fikrində 

«texnokratik 

determinizmə»  əsaslanan  konsepsiyalar  geniş  yayılıbdır.  Bu 

cərəyanın  tərəfdarları ETT-ni  ictimai  inkişafın aparıcı  amilinə 

çevirirlər.  «Texnokratik  determinizm»  iki  əsas  müddəaya 

söykənir:  1)  cəmiyyətin  texniki  bazası  insanın  həyat 

fəaliyyətinin  bütün  formaları  arasında  əlaqəni  təmin  edən 

təməldir və bunun nə- 



437 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə