Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə145/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   141   142   143   144   145   146   147   148   ...   164

ticəsi  kimi  2)  texnologiyada  baş  verən  dəyişikliklər  ictimai 

hə)^atdakı dəyişikliklərin ən əhəmiyyətli qaynağıdır. 

İndiki  dövrdə  texniki  bilik  -  təcrübi  bilik  ilə  nəzəri  biliyi 

birləşdirən bir əlaqə vasitəsinə çevrilir. Texniki biliyin özəlliyi 

onun istehsala və quraşdırmaya doğru istiqamətlənməsindədir. 

Texniki  qurğular  insan  bədənindəki  orqanlann  davamı  və 

dəfələrlə  qüvvətləndirilməsi  vasitəsi  olmaqla,  öz  növbəsində 

insana  onlardan  necə  istifadə  etmək  yollarını  da  göstərir. 

İstehsal  prosesində  canlı  əməyin  ixtisar  edilməsi  texniki 

tərəqqinin qanunauyğun tendensiyasıdır. 

Bir  çox  alimlər  elm  ilə  texnika  arasında  ümumi  cəhətlərin 

artdığını,  fərqlərin  isə  getdikcə  azaldığını  göstərirlər.  İtalyan 

filosofu Nikolo Abbanyano yazır: «Praktiki məqsəddən məhrum 

nəzəri  idrak  kimi  elm  ilə  bu  idrakdan  həmin  məqsəd  üçün 

istifadə edən texnika arasındakı ənənəvi fərq tamamilə sıradan 

çıxmaq dərəcəsinə qədər ciddi şəkildə zəifləyib. Elmi axtan- şın 

daha  çox  dəqiq,  incə  texnikaya  ehtiyacı  var,  deməli,  texnika 

buraya onun əsas tərkib hissəsi kimi həm vasitə, həm də məqsəd 

kimi  daxil  olur.  Elektron  texniki  vasitələr  ilə  nəzəri  kəşflər 

arasındakı  qırılmaz  birliyin  parlaq  sübutudur.  Çünki  burada 

texniki cihazların kəşfi və nəzəri kəşflər eyniyyət təşkil edİD>.‘’ 

Elə  vəziyyət  yaranıbdır  ki,  elmin  inkişafını  kompü-  tersiz 

təsəvvür  etmək  mümkün  deyil.  «Kompüterlər  ona  görə  elmi 

tədqiqatın  zəruri  elementi  olur  ki,  onlar  insan  beyninin  uzun 

sürən işdən sonra çatacağı nəticəyə bir anda malikolma imkanı 

yaradın>.'® 

Qlobal  rabitə  sistemi  bütün  dünyanı  əhatə  edir;  rəqəm 

texnologiyası,  lif  optikası  və  yeni  qüvvətli  peyk  telerabitə 

sisteminin  təsiri  altında  sözün  əsl  mənasında  baş  verən  köklü 

transformasiya  prosesindədir.  Rabitə  vasitələrində  baş  verən 

belə  tarixi  dəyişikliklər  dünyanın  müxtəlif  yerlərində  olan 

insanlara  işgüzar  əlaqəyə  girmək,  informasiya  mübadiləsi 

aparmaq və müxtəlif əməliyyatlar keçirmək imkanı yaratdı. Bu 

vəziyyət 



Н.Аббаиьяно. Мудрость философии. СПб, «Алетейя», 1998, с. 144. '* Yenə 

orada, s.l45. 

438 


göstərir ki, bəşəriyyət qlobal informasion infrastruktur 

yaratmaq yolundadır. 

Yeni  yüzillikdə  elm  və  texnologiyanın  fantastik  inkişafını 

gözləmək olar. Texnologiyada dəyişiklik ağlagəlməz sürətlə baş 

verəcək.  Molekulyar  biologiya  bitki  və  heyvan  orqanizminə 

genetik müdaxilənin yeni növlərini, həmçinin tibbi müalicənin 

yeni  səmərəli  metodlarını  mümkün  edəcək.  Kompüterlər  və 

məlumatın  rəqəmlərlə  verilməsi  biznesdə,  təhsildə  və  kütləvi 

informasiya vasitələrində yeni imkanlar yaradacaq. 

EXT nəticəsində postindustrial cəmiyyət, müasir kapitalizm, 

texnotron  və  yaxud  informasion  cəmiyyət  adlanan  yeni  tip 

cəmiyyət  bir  sıra  ölkələrdə  artıq  formalaşıbdır.  Bu  yeni 

cəmiyyətdə ən mükəmməl texnologiyaya yiyələnlər maksimum 

gəlir  əldə  edirlər.  Bunun  üçün  elmi  tədqiqatları  intensiv- 

ləşdirmək, onların tətbiqini sürətləndirmək, təhsilin səviyyəsini 

qaldırmaq, geniş informasiya şəbəkəsi yaratmaq, əhalinin sosial 

müdafiəsini əhəmiyyətli dərəcədə təmin etmək zəruridir. Yeni 

şəraitdə cəmiyyətin fiziki deyil, intellektual potensialı ön plana 

çəkilir.  Kadrların  ixtisas  dərəcəsi  və  savadı  xüsusi  əhəmiyyət 

kəsb edir. Ən vacib məsələlərdən biri də istehsal prosesini idarə 

etməyin  texniki  təşkili  və  sosial  aspektlərini  öyrənən  fənnə  - 

menecmentə əsaslanmaqdır. 

Kompüterləşmə  insan  həyatının  bütün  sahələrinə  tədricən 

daxil  olur  (sənaye,  dəftərxanaçılıq,  bank  və  rabitə  xidməti, 

təhsil, məişət və s.). 

Kompüter texnologiyasının, internetin, multmedia və qlobal 

rabitə  vasitələrinin  sürətli  ekspansiyası  artıq  virtual  məkan 

anlayışlarına  və  obrazlarına  əsaslanan  insan  fəaliyyətinin 

prinsipcə  yeni  növlərinin  yaranmasına  gətirib  çıxardı:  yeni 

informasion  iqtisadiyyat,  kommunikavistika,  mass-media 

fəlsəfəsi (və yaxud imaqologiya), virtual coğrafiya və b. 

439 



3.

 

Siyasi fəlsəfə 

3.1.

 

Siyasi fəlsəfə nə deməkdir? 

«Siyasət»  (yun.  «politike»)  termini  dövləti,  cəmiyyəti  və 

insanları  idarəetmə  qaydalan  kimi  qədim  yunan  anlayışlarına 

əsaslanır:  «polis»  (şəhər dövləti),  «politikos»  (dövlət xadimi), 

«politeya» (konstitusiya). 

Ənənəvi olaraq Sokrat siyasi fəlsəfənin banisi hesab edilir. 

Lakin  Aristotel  və  Platonun  siyasi  fəlsəfəsi  bu  elmin  klassik 

formasıdır.  Sokrat  Platonun,  Platon  isə  öz  növbəsində 

Aristotelin  müəllimi  olmuşdur.  Onların  siyasətə  aid  əsərləri 

siyasi  fəlsəfənin  bizə  qədər  çatan  ən  qədim  nümunələridir. 

Aristotelə görə siyasi elm - siyasi fəlsəfənin eynidir, çünki elm 

və fəlsəfə onun fikrincə eyni anlayışlardır. Klassik siyasi fəlsəfə 

XVI-  XVII  əsrlərdə  Avropada  yeni  siyasi  fəlsəfə  yaranana 

qədər hakim mövqe tutmuşdur. 

Siyasət  -  hakimiyyət  və  cəmiyyəti  idarə  etməklə  bağlı 

siniflər və sosial qruplar arasında yaranan çoxsahəli münasibət, 

fəaliyyət,  davranış  qaydalan,  orientasiya  və  kommunikasiya 

əlaqələridir.  Siyasətin  əsas  faktorlan  kimi  hər  şeydən  əvvəl 

böyük sosial qruplar (siniflər, millətlər, xalqlar, sivilizasiyalar) 

və  onların  mənafeyini  ifadə  edən  siyasi  təşkilatlar,  institutlar, 

liderlər  çıxış  edir.  Siyasətdə  sosial  qrupların  köklü  iqtisadi 

maraqları  əks  olunduğu  üçün  bəzi  siyasətçilər  onu 

«iqtisadiyyatın  cəmlənmiş  ifadəsi»  (V.İ.Lenin)  hesab  edirlər. 

Bununla yanaşı siyasət nisbi müstəqilliyə malikdir, iqtisadiyyat 

və cəmiyyətin başqa sahələrinə ciddi (müsbət və ya mənfi) təsir 

göstərir. 

Belə  qəbul  olunubdur  ki,  siyasət  elmin  nailiyyətlərinə 

əsaslanmalı və ali əxlaq  meyarlarına uyğun  gəlməlidir. Çünki 

məhz  siyasi  fəaliyyət  sosial  fəaliyyət  növləri  arasında  daha 

məsuliyyətli sahədir. 

Siyasi  fəlsəfə  sosial  həyatın  müəyyən  sferasını  -  siyasi 

sahəni  əks  etdirir.  Bu  fəlsəfənin  diqqət  mərkəzində  konlo’et 

siyasi  situasiya,  siyasi  fəaliyyətin  konlcret  formalan  və 

təzahürləri  deyil,  siyasi  aləmin  təbiəti  -  ümumiyyətlə  siyasi 

həyat durur. 

440 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə