Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə140/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   136   137   138   139   140   141   142   143   ...   164

masiya  şəbəkəsinin  formalaşmasına  aid  edilir.  Bütün  bunlar 

doğrudan  da  təsərrüfat  həyatının  beynəlmiləlləşməsi  yolunda 

çoxəsrlik  prosesin  ən  yeni  mərhələsi  olan  qloballaşmaya  xas 

olan cəhətdir. 

İqtisadi  sistem  cəmiyyətin  nisbətən  xüsusiləşmiş  yarım 

sistemidir  və  0  bu  və  ya  digər  dərəcədə  cəmiyyət  üzvlərinin 

tələbatını  ödəyir,  bu  mənada  onların  yaşayışını  təmin  edir. 

İqtisadi  sistem  yalnız  özünün  daxili  məntiqi  ilə  (Marksda 

olduğu kimi) deyil, həm də milli, etik, dini, ideoloji amillər ilə 

(M.Veber) müəyyənləşir. Bu iki görüş bir-birini tamamlayır. 

Hələ vaxtilə A.Smit tərəfindən irəli sürülən - hər bir fərdin 

özünün şəxsi marağını təmin etməyə can atması fikri - həqiqətən 

də  bazar  iqtisadiyyatının  normal  fəaliyyəti  üçün  çox  mühüm 

olmuşdur. Çünki, bazar iqtisadiyyatı şəxsi marağı ictimai rifaha 

doğru  yönəldən  rəqabətin  əsasıdır.  İqtisadi  sistemin  işti- 

rakçılan  humanistliyə  yox,  özlərinin  şəxsi  marağına  müraciət 

edirlər.  Məhz  bu  yolla  cəmiyyət  üzvlərinin  subyektiv  azadlığı 

iqtisadi  cəhətdən  təmin  edilir.  Lakin  belə  sistemdə  təsərrüfat 

fəaliyyəti  ilə  məşğul  olan  hər  bir  iştirakçı  üçün  məcburi  olan 

formal qaydaların rolu da böyükdür. Burada söhbət ilk növbədə 

heç  bir  güzəşt  və  qayda  ilə  məhdudlaşdırılmayan  azad 

rəqabətdən,  kontraktın  məcburiliyindən  və  mülkiyyət 

hüququnun etibarlılığından gedir. 

Məlumdur  ki,  M.Veber  (1864-1920)  kapitalizmin  əxlaqi 

əsasının  vacibliyini  qeyd  edirdi,  yəni  öz  kapitalını  çoxaltmaq 

sadəcə  olaraq  praktiki  müdriklik  deyil,  həm  də  insanın 

mənəvi-əxlaqi  borcudur.  İqtisadi  fəaliyyətin  müvəffəqiyyəti 

əsas məqsəddir. Əgər kapitalizmə qədərki dövrdə «xarici əxlaq» 

hökmran idisə, kapitalizmdə vəzifə, borc intizamı daxili  amilə 

çevrilir. 

Qərb  kapitalist  ideologiyasının  vacib  cəhətlərindən  biri, 

özünü  yalnız  iqtisadiyyatda  deyil,  həm  də  fəlsəfədə, 

ədəbiyyatda,  incəsənətdə  göstərən  fərdiyyətçilikdir.  Bazar 

iqtisadiyyatına keçid dövrü bizim ölkədə də həmvətənlərimizin 

mentalitetində  fərdiyyətçilik  xüsusiyyətinin  güclənməsi  ilə 

səciyyələnir. 



423 


Başqa bir fikir də  geniş  yayılmışdır.  Bir çox alimlər hesab 

edirlər  ki,  postindustrial  cəmiyyətin  tələblərinə  Qərb  fər- 

diyyətçiliyindən daha çox kollektivçilik cavab verir. Bu fikrin 

tərəfdarları  Şərqi  Asiyanın  inkişaf  etmiş  bir  sıra  ölkələrinin 

(Yaponiya, Cənubi Koreya, Tayvan və s.) təcrübəsinə müraciət 

edirlər.  Çünki  bu  təcrübə  fərdiyyətçi  olmayan  kapitalizmin 

mümkünlüyünü sübut edir. 

Ənənəvi sənaye kapitalizminin inkişaf etmiş ölkələrdə artıq 

öz  dövrünü  keçdiyi  və  postindustrial  mərhələdə  olduğu  fikri 

demək  olar  ki,  hamı  tərəfindən  qəbul  edilibdir.  Kapitalizmin 

indiki inkişaf mərhələsi haqqında olduqca çox yazılır, müxtəlif 

fikirlər irəli sürülür. Onlardan bir neçəsini misal gətirək. 

Piter  Drakerin  «Postekonomik  cəmiyyət»  kitabı  (1993) 

ənənəvi kapitalizmi aradan qaldırma konsepsiyasına həsr edilib. 

Burada  baş  verən  irəliləyişin  əsas  əlamətləri  -  industrial 

təsərrüfatdan bilik və informasiyaya əsaslanan iqtisadi sistemə 

keçid,  kapitalist  xüsusi  mülkiyyətinin  və  Marksın  dediyi 

özgələşmənin aradan götürülməsi, müasir insanın yeni dəyərlər 

sisteminin  formalaşması  və  qlobal  iqtisadiyyat  və  qlobal 

cəmiyyətin xeyrinə milli dövlət ideyasından imtina etməkdir. 

P.Draker  «postekonomik  cəmiyyət»  və  «postkapitalist 

cəmiyyət» anlayışlannı eyniləşdirir. O, yazır: «Ümumi bilikdən 

xüsusi  biliklər  kompleksinə  keçid,  biliyi  yeni  cəmiyyət 

yaratmaq qabiliyyəti olan qüvvəyə çevirir. Lakin nəzərə almaq 

lazımdır ki, belə cəmiyyət xüsusi fənlər şəklində təşkil edilmiş 

biliyə  əsaslanmalıdır,  müxtəlif  sahələrdə  xüsusi  biliyə  malik 

olan  insanlar  bu  cəmiyyətin  üzvü  olmalıdır.  Onun  gücü  və 

səmərəliliyi məhz bundadiD).^ 

Müasir 

informasion 



texnologiyadan 

istifadə 

edən 

iqtisadiyyatı  bəzi  alimlər  virtuaP  iqtisadiyyat  adlandırırlar. 



İqtisadi  və  siyasi  həyatda  informasion  texnologiya  köklü 

dəyişikliyə  səbəb  oldu.  Amerika  alimi  R.Rozenkrans  yazır: 

«Virtual dövlət elə ölkədə olur ki, onun iqtisadiyyatı istehsalın 

mobil fak- torlanndan asılıdır... Virtual dövlət onunla fərqlənir 

ki, öz is- 

- Новая постишогстриальная волна на Западе. Антологая. М., «Academia», 1999, s.lOO. ’ 

«Virtual» ingiliscə faktiki, real, səmərəli, xəyali və s. mənalarda işlədilir. 

424 



tehsalını  kənara  çıxanr  və  başqa  ölkələrdə  yerləşdirin>.'*  * 

Sənaye kapitalizmi dövründəkindən fərqli olaraq virtual dövlət 

kənd  təsərrüfatı  istehsalından  sənayeyə  qədər  bütün  iqtisadi 

funksiyalan,  həmçinin  bölgü  funksiyasını  birləşdirmir.  Bu 

dövlət yüksək texnoloji istehsaldan daha çox dizayn, marketinq 

və  maliyyə  məsələləri  üzrə  ixtisaslaşır.  «Virtual  millətlər»  öz 

əllərində yeni informasiya texnologiyasını saxlayırlar ki, bu da 

onlann XXI əsrdə daha da irəli getmələrinə səbəb olacaq, çünki 

onların  iqtisadi  potensialına  ciddi  məhdudiyyət  yoxdur. 

Məsələn,  bu  gün  ABŞ-da  ümumi  milli  məhsulun  (ÜMM)  70 

faizini  xidmət  sahəsi  verir,  həm  də  bunun  63  faizi  yüksək 

keyfiyyət kateqoriyasıdır. Müvəffəqiyyətlə fəaliyyət göstərmək 

üçün  virtual  dövlətdə  ən  yeni  informasion  və  başqa 

texnologiyanı  mənimsəmiş  yüksək  ixtisaslı  mütəxəssislərin 

olması  zəruridir.  Ona  görə  də  Yaponiya,  Cənubi  Koreya, 

Tayvan  və  başqa  Cənubi-Şərqi  Asiya  ölkələrinin  təcrübəsi 

göstərir ki, təhsil sistemi getdikcə daha çox həlledici və zəruri 

əhəmiyyət kəsb edir.® 

Qərbdə  «virtual  iqtisadiyyat»a  çox  yaxın  olan  “kibernetik 

iqtisadiyyat”  anlayışı  da  işlədilir.  Telerabitə  və  informasion 

texnologiyadan  istifadə  edən  iqtisadiyyat  belə  adlandırılır. 

Müasir  iqtisadiyyatı  ümumiyyətlə  telerabitə  və  ən  yeni 

informasion  kompüter  texnologiyasında  baş  verən  tərəqqidən 

kənarda təsəvvür etmək mümkün deyil. «Rabitə və informasiya 

sistemində  baş  verən  irəliləyiş  ilə  əlaqədar  yeni  iqtisadi  və 

mali)^ə  texnologiyası  meydana  gəlib.  Müasir  xarici  maliyyə 

təşkilatları  kompüter  şəbəkələri  ilə  rəngarəng  xidmət  növləri 

təklif edir. Onlar pul, investisiya, ticarət, marketinq, reklam və 

başqa iqtisadi kateqoriyaların elektron analoqlan ilə əməliyyat 

aparan və formalaşmaqda olan kibemetik iqtisadiyyatın əsasını 

təşkil edir. İnternet və başqa kommersiya informasiya şəbəkəsi 

əsasında formalaşan qlobal şəbəkə məkanı maliyyə xidmətini və 

bank əməliyyatını (investisiya, hesablamanın haqqını ödəmək, 

firmalar arasında haqq-hesab və s.) transformasiya edir. 

*

 

Bax; Ю.Г.Волков, В.С.Поликарпов. Энинклопсдическнй словарь. Человек. М.. 2000, 

с.222. 

* Yenə orada. 

425 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə