idealı kimi məsələlər tədqiq edilir. Belə ki, fəlsəfi kateqoriya
kimi məhz «insan» çıxış edir. Bu elə anlayışdır ki, ağıllı varlığı
başqa təbii hadisələrdən fərqləndirir. Lakin insan həm də onu
şəxsiyyət kimi müəyyənləşdirən keyfiyyət və xassələrin
daşıyıcısıdır.
İnsan haqqında müxtəlif konsepsiyalar olubdur. Antik fəlsəfi
fikirdə insana əsasən Kosmosun bir hissəsi kimi baxılırdı,
özünün insani təzahürlərində ali başlanğıc olan taleyə tabe
edilirdi. Sokratın fikrincə fəlsəfənin başlıca məqsədi insanın
mahiyyətini dərk etməkdir, nə qədər ki, insan öz mahiyyətini
dərk etməyib, o yerdə qalan dünyanı da dərk edə bilməz.
Dini dünyagörüşü sistemində insan əzəli olaraq özünün iki
tərəfinin - ruh və bədənin birliyindən ibarətdir, Allah tərəfindən
yaradılıb və idarə edilir. İnsanın yaşadığı bu dünya fani,
keçicidir. Əbədi həyat bədənin cismani ölümündən sonra
başlayır. Bədən maddi olduğu üçün fani, ruh əbədidir.
Xristianlıq təliminə görə Allah insanı özünə oxşar və uyğun
şəkildə yaradıbdır. Lakin ilk insan - Adəm cənnətdə elə günah
işlətdi ki, oradan qovuldu. Lakin Allah ona və bütün insanlara
günahını yumaq üçün şərait yaratdı.
İslamın insan haqqında görüşləri başqadır. Allah insanı
özünə oxşar yaratmayıb və insan Adəmin ilk günahına görə
məsuliyyət daşımır. Əlbəttə, insan Qurana görə bütün
yaradılanlardan yüksək olsa da, təbiətən zəifdir, lakin əzəli
şikəst deyil. Ona görə də insan öz həyatında günah iş görməmək
üçün Allahın köməyinə möhtacdır. Düzgün yolu Allah
peyğəmbər və müqəddəs kitab - Quran vasitəsilə göstərir.
Quranda insan haqqında deyilir: «Yaradılanlarımızın çoxundan
üstün tutmuşuq onları» (17:70); «Çox gözəl görkəmdə yaratdıq
biz insanı» (95:4) və s.
Əsasən idealist mövqedə duran yeni dövr Avropa fəlsəfəsi
insanda ilk növbədə mənəvi mahiyyət görürdü.
Əgər antik Avropada insan obrazı kosmosentrik idisə, orta
əsr insan obrazı teosentrik. Yeni dövr insan obrazı
antroposentrik idi.
J.P.Sartr yazırdı ki, insanın özü öz varlığını yaradır, ona görə
də öz həyatı üçün özü cavabdehdir; o nəyi seçməyinə görə
402
özü cavab verməlidir; lakin özünü seçməklə insan başqalannı da
seçir.
XIX əsr - XX əsrin əvvəllərindəki idealist fəlsəfə insanda
yalnız mənəvi başlanğıcı həlledici hesab edirdi, bəzi hallarda
onun mahiyyətini rasional başlanğıca, başqa hallarda, əksinə,
irrasional başlanğıca müncər edirdi. F.Dostoyevski təsdiq edirdi
ki, insan sirli varlıqdır, onu açmaq lazımdır.
Marksizmdən başlayaraq insan haqqında dialektik
materializm konsepsiyasının əsas prinsipləri yaranır. Bu
konsepsiyaya görə insanın təşəkkül tapmasında müəyyənedici
şərt - əməkdir. Əmək fəallığının inkişafı insanın əcdadının təbii
mahiyyətini qlobal olaraq dəyişdirdi. İnsanın mahiyyəti
mücərrəd (ab- strakt) deyil, konkretdir və tarixidir, yəni onun
məzmunu prinsip etibari ilə sosial olaraq qalır, bu və ya digər
tarixi dövrün konkret məzmunundan asılı olaraq dəyişir.
K.Marks yazmışdı: «...İnsanın mahiyyəti ayrı fərdə xas olan
mücərrədlik deyil. Öz gerçəkliyində o bütün ictimai
münasibətlərin məcmusuduD>.^^
İnsan Kainatın nadir məxluqudur, o axıra qədər izah
olunmazdır, anlaşılmazdır, sirlidir. İnsan haqqında hər cəhətdən
yetkin, bütöv fəlsəfi təlim yaratmaq prinsip etibarilə insanın
özünü dərk etməsi yolunda bitməmiş prosesdir, çünki insan
mahiyyətinin təzahürü hədsiz dərəcədə müxtəlifdir. Nə müasir
elm, nə fəlsəfə insan varlığının sirrini axıra qədər aça bilməz.
İnsan bioloji və sosial tərəflərin birliyindən ibarətdir, o
təbiətin bütün qüvvələrinin qarşılıqlı təsir sistemində
mövcuddur, əməyin, ictimai münasibətlərin və ünsiyyətin
subyektidir.
Fəlsəfə ədəbiyyatında bunun əksinə olan fikir də mövcuddur.
Müasir sosiobioloqlar, məsələn, M.Ryuz, M.Midqli, E.Uil- son
göstərirlər ki, insan ilə vəhşi heyvan arasında heç bir sədd
yoxdur. İnsan bioloji cəhətdən tükənməkdə olan məxluqdur.
İnsan öz təkamülündə üç mərhələdən keçib: Homo epektus
(düz yeriyən), Homo habilis (iş bacaran), Homo sapiens (ağıllı).
Yer üzündə yaşayan bütün insanlar ən azı 50 min ilə qədər-
dir ki, eyni bioloji növə aiddir - Homo sapiens. Lakin insanların
davranışları arasında dərin fərqlər var.
K.MapKC H (P.ƏHrejibc.
C
OMHHCHMH
,
T.42,
C
.265.
403
insan nəslinin sonsuz müxtəlifliyini, beləliklə də insanlann
malik olduqları qabiliyyət və istedadın da sonsuz müxtəlifliyini
etiraf etmək humanizmin əsas prinsiplərindən biridir.
İnsanı bütün bioloji növlərdən ayıran materialist fikrə görə
Homo sapiens təbiət ilə qarşılıqlı təsir prosesindəki əmək
fəaliyyəti nəticəsində meydana gələn, işləyən və inkişaf edən
ağıllı varlıqların sosial birliyidir. İnsanın təkamülü ümumiyyətlə
həyatın inkişafında ən ali və ən mürəkkəb bir mərhələdir və
həyatın bütün əvvəlki təkamülünü özündə ehtiva edir. İnsan
bioloji növdür, o biosfera sistemində fəaliyyət göstərir və inkişaf
edir. Bütün Yer kürəsi onun ekoloji mühiti, evi olub. İnsanın
fəaliyyəti biosfera ilə əhatə olunub və onun təsiri altında dəyişir.
Bir sözlə, insan və bəşəriyyət biosfera hadisələridir. Öz
inkişafının müəyyən mərhələsin^ə-bİQ^era, məlumdur ki, yeni
vəziyyətə - noosferaya keçirrlHQOsfer^üçün ağılın olması
xarakterikdir, o biosferadan ayrılmazdır və onun inkişafının
davamıdır.
Tarix heç vaxt təkrar olunmayıb, fəqət insan təbiəti fransız
maarifçilərinin fikrincə daim dəyişməz olaraq qalıb. Bu fikrin
tərəfdarlan insan təbiətinin tarixi konsepsiyasını yaratmaq
imkanını özləri üçün bağlayırlar. Həqiqət ondan ibarətdir ki,
insan ruhu özünü daha yaxşı dərk etməyə nail olursa, bu hal onun
qarşısında sonrakı fəaliyyət üçün yeni və müxtəlif yollar açır.
J.J.Russonun fikrincə iki ftındamental keyfiyyət insanı
heyvandan fərqləndirir. Birincisi, insanın hətta özünün ziyanına
və başqalarının yamanlığına imkan yaradan azadlığı; ikincisi,
heyvanlarda özünü təkmilləşdirmə qabiliyyətinin olmaması. Bu
keyfiyyət insanı təbii vəziyyətdən çıxarır, onun bütün
çatışmazlıqlarının və xeyirxahlıqlarının əsası olur. Sonradan
insanda baş verən bütün hadisələri - istər yaxşı, istərsə pis olsun -
onun özü yaradır.
Göründüyü kimi Russo, insanın mahiyyətini əsasən təbii
amillər və ağıl sayəsində özünü mənəvi cəhətdən təkmilləşdirmə
qabiliyyəti ilə izah etməyə çalışırdı.
XX əsrin ortalarında isə Yaspers hesab edirdi ki, təkamül
qanununa tabe olan təbiətin tarixi yoxdur; insan da təbii varlıq
kimi deyil, mənəvi varlıq kimi tarixə malikdir.
404
Dostları ilə paylaş: |