Roma klubunun məruzəsində (1997) deyilir ki, son otuz ildə
hər bir insana düşən ölçü hesabına görə istifadə üçün yararlı olan
torpaq iki dəfə azalıb, atmosferdə karbon qazının miqdarı 20 faiz
artıb, istehsal edilən elektrik enerjisinin yalnız 10 faizi bizim
lampaları yandınr, 90 faizi isə Yerdə qlobal istiliyin artmasına
kömək edir.
Yaşıl bitkilərin bioloji məhsuldarlığının artması olduqca
əhəmiyyətli problemdir. Yaşıl bitkilər Yer üzərində üzvi
maddənin yaranmasının yeganə qaynağıdır. Günəş enerjisindən
istifadə edərək onlar qeyri-üzvi maddələrdən heyvan və insanlar
üçün zəruri olan üzvi maddələr yaradırlar. Lakin bu problem
hələlik çox ləng yerinə yetirilir.
Biosfera ekologiyasının başqa problemi bizim planetdəki su
problemidir. Yaxın vaxtlarda içməli suyun kəmiyyət və
keyfiyyətcə tükənməsi təhlükəsi Yer kürəsinin ekoloji cəhətdən
inkişaf etmiş geniş bölgəsi üçün realdır. Yerdə kifayət qədər çox
su ehtiyatı var, lakin onun əsas kütləsi Dünya okeanında yerləşir.
İnsanın həyatı və fəaliyyəti üçün isə içməli su lazımdır. Quruda
içməli suyun ümumi ehtiyatı - çaylarda, göllərdə, yeraltı və
qarbuz ehtiyatlarında - Yerdə olan suyun ümumi miqdarının cəmi
2,5 faizini təşkil edir. Onlardan 70 faizi Ark- tikanın.
Antarktidanın, Qrenlandiyanın buzluqlannda və qar örtüyündə,
29 faizi yerin altındadır. Beləliklə, içməli suyun əlçatan ehtiyatı
onun ümumi miqdarının cəmi 0,26 faizini təşkil edir.
Başqa bir biosfera problemi Yerin iqliminin dəyişməsi
qorxusu və onun idarə edilməsi problemidir. Bu problem son
illərdə meydana gəlib. Alimlərin fikrincə iqlimin əhəmiyyətli
təbii dəyişikliyi yaxın gələcəkdə bəşəriyyət üçün təhlükəli
olmayacaq. Lakin bizim yaşadığımız iqlim sabit deyil və yaxın
50-100 ildə üç faktorun təsiri altında onun dəyişməsi imkanı var:
enerji istehsalının artması, atmosferdə karbon qazının artması və
atmosfer aerozolunun dövr etməsinin dəyişməsi.
Son 80 ildə havanın çirklənməsi 100000 dəfə artıb. Həmin
müddətdə bəşəriyyət 500 milyard ton üst qatda olan torpaq
itiribdir ki, bu da Hindistanın bütün becərilən torpağına
bərabərdir. Bir santimetr dərinliyi olan torpaq qatının yaranması
380
üçün 1000 il lazımdır. Çayların təbii axını sənaye və təsərrüfat
tullantılarını kifayət qədər durulaşdıra bilmir və suyun dövr
etməsini əvvəlki normal vəziyyətə gətirmək imkanı yox olur.
Meşələr məhv edilir, torpaq sahələrinin səhralaşması prosesi
davam edir. Məsələn, Saxara səhrası ildə 1,5 km sürətlə cənuba
doğru hərəkət edir. Belə faktlar olduqca çoxdur.^*
Rus alimi N.N.Moiseyev deyir: «...Biosferaya antropogen
təzyiq sürətlə artır və ehtimal ki, böhran vəziyyətinə yaxındır.
İnsan elə bir vəziyyətə çatıbdır ki, heç bir halda onu keçmək
olmaz. Bir ehtiyatsız addım kifayətdir ki, bəşəriyyət uçuruma
düşsün. Bir düşünülməmiş hərəkət bioloji növ Homo sapiens Yer
üzərində yox olmasına səbəb ola bilər. Qlobal ekoloji fəlakət
görünmədən gizli, tamamilə gözlənilmədən və eyni dərəcədə
qəflətən baş verə bilər ki, insanlar artıq heç nəyi dəyişdirə
bilməz».^’ Öz inkişafında insan təbiətə təkcə rasional və yaxud
praktiki deyil, həm də dərin emosional, əxlaqi-estetik münasibət
bəsləyir.
Müxtəlif xalqların mədəniyyətinin yüksək inkişafı çox
hallarda məhz təbiətə əxlaqi-estetik münasibətin inkişaf dərəcəsi
ilə müəyyən edilir. Bəşəriyyət təbiətə münasibətində özünü bütöv
tam kimi başa düşməlidir.
Gələcək haqqında danışarkən, indiki zamanı yaddan çıxarmaq
olmaz. Sabah deyil, elə bu gün təbiətin dağıdılmasına son
qoymaq, təbii sərvətlərə qayğılı, insani münasibəti əxlaq və
ədalətin ən sadə normalarına çevirmək lazımdır. İnsan və təbiətin
əsl vəhdəti hər şeydən əvvəl bəşəriyyətin özünün birliyini tələb
edir.
3.5.
Demoqrafiya: sosial-fəlsəfi problemlər
Demoqrafiya (yun. «demos» - xalq və «grafo» - yazıram)
əhalinin artımını, sayını, sıxlığını və strukturunu, dinamikasını,
miqrasiyasını (yer dəyişməsini və s.) öyrənir. Bu termin XIX
əsrin ortalarında dövlətlərin əhalinin strukturu və yerləşməsi
Bax: Журн. «Вопросы философии». № 9, 2000, с. 17.
Yenə orada, s.5.
381
haqqında rəsmi statistik qeyd apardığı vaxt meydana gəlibdir.
Demoqrafiyanın vəzifəsi əhalinin ölçüsünü müəyyənləşdirmək,
onun artmasını və ya azalmasını izah etməkdir. Əhalinin
strukturu üç amil ilə müəyyən edilir: doğum, ölüm və köçmə
prosesi.
Demoqrafik faktorlar cəmiyyətin həyatında mühüm rol
oynayır; onlar cəmiyyətin iqtisadi və sosial tərəqqisini ləngidə və
yaxud sürətləndirə bilər. Lakin əhalinin sayı, onun çox və yaxud
az sıxlığı ölkə və xalqlann inkişaf səviyyəsini müəyyənləşdirmir.
Məsələn, Rusiyada, Azərbaycanda, Norveçdə, Mozambikdə
əhalinin sıxlığı təxminən eynidir (1 km^-ə 10-12 nəfər), lakin
onların inkişaf səviyyəsi müxtəlifdir.
İnsanın doğulması və ölməsi bioloji qanunlara uyğun baş
versə də əhali hər şeydən əvvəl sosial bir hadisədir, onun artımı
da təbiətin deyil, əsasən cəmiyyətin inkişaf qanunlan ilə
tənzimlənir.
Bununla yanaşı müəyyən minumum sayda əhali olmasa əmək
bölgüsü, əməyin ixtisaslaşması və kooperasiyası, istehsal
fəaliyyətinin genişlənməsi, yeni torpaq sahələrinin və başqa təbii
sərvətlərin istifadə edilib mənimsənilməsi mümkün deyil.
BMT-nin hesablamalarına görə dünyanın əhalisi sürətli
templə artaraq 2030-cu ildə 8,5 mlrd., 2050-ci ildə isə 9,3 mlrd,
olacaq. Dünyanın zəngin azlığa və yoxsul çoxluğa bölünməsi
daha kəskin hiss ediləcək. 2050-ci ildə inkişaf etmiş Şimal
ölkələrində əhalinin sayı təxminən indiki səviyyədə qalacaq,
dünyanın yerdə qalan hissəsində isə 8-9 mlrd, insan yaşayacaq.
Hər il təkcə Hindistanda əhali 14 mln. artır və yaxın vaxtda onun
əhalisi 1 mlrd, olacaq. Qərb ölkələrində yaşayan 1,2 mlrd, insan
onların orqanizminin tələb etdiyindən qat-qat artıq ərzaq qəbul
edir. Yer kürəsinin yandan çoxu - 3 mlrd, adam isə ərzaq
çatışmazlığından əzab çəkirlər.
Dünyada elə vəziyyət yaranıbdır ki, zəif inkişaf etmiş
ölkələrdə uzun illər əhali artımının sürəti ərzaq istehsalının
artımından çox olmuşdur. Hələ XIX əsrin əvvəllərində ingilis
iqtisadçısı T.R.Maltus (1766-1834) sübut etməyə çalışırdı ki,
əməkçi xalqın acınacaqlı vəziyyəti (işsizlik, aclıq, dilənçilik
382
Dostları ilə paylaş: |