Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə126/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   122   123   124   125   126   127   128   129   ...   164

Roma klubunun məruzəsində (1997) deyilir ki, son otuz ildə 

hər bir insana düşən ölçü hesabına görə istifadə üçün yararlı olan 

torpaq iki dəfə azalıb, atmosferdə karbon qazının miqdarı 20 faiz 

artıb,  istehsal  edilən  elektrik  enerjisinin  yalnız  10  faizi  bizim 

lampaları  yandınr,  90  faizi  isə  Yerdə  qlobal  istiliyin  artmasına 

kömək edir. 

Yaşıl  bitkilərin  bioloji  məhsuldarlığının  artması  olduqca 

əhəmiyyətli  problemdir.  Yaşıl  bitkilər  Yer  üzərində  üzvi 

maddənin  yaranmasının  yeganə  qaynağıdır.  Günəş  enerjisindən 

istifadə edərək onlar qeyri-üzvi maddələrdən heyvan və insanlar 

üçün  zəruri  olan  üzvi  maddələr  yaradırlar.  Lakin  bu  problem 

hələlik çox ləng yerinə yetirilir. 

Biosfera ekologiyasının başqa problemi bizim planetdəki su 

problemidir.  Yaxın  vaxtlarda  içməli  suyun  kəmiyyət  və 

keyfiyyətcə tükənməsi təhlükəsi Yer kürəsinin ekoloji cəhətdən 

inkişaf etmiş geniş bölgəsi üçün realdır. Yerdə kifayət qədər çox 

su ehtiyatı var, lakin onun əsas kütləsi Dünya okeanında yerləşir. 

İnsanın həyatı və fəaliyyəti üçün isə içməli su lazımdır. Quruda 

içməli  suyun  ümumi  ehtiyatı  -  çaylarda,  göllərdə,  yeraltı  və 

qarbuz ehtiyatlarında - Yerdə olan suyun ümumi miqdarının cəmi 

2,5  faizini  təşkil  edir.  Onlardan  70  faizi  Ark-  tikanın. 

Antarktidanın,  Qrenlandiyanın  buzluqlannda  və  qar  örtüyündə, 

29 faizi yerin altındadır. Beləliklə, içməli suyun əlçatan ehtiyatı 

onun ümumi miqdarının cəmi 0,26 faizini təşkil edir. 

Başqa  bir  biosfera  problemi  Yerin  iqliminin  dəyişməsi 

qorxusu  və  onun  idarə  edilməsi  problemidir.  Bu  problem  son 

illərdə  meydana  gəlib.  Alimlərin  fikrincə  iqlimin  əhəmiyyətli 

təbii  dəyişikliyi  yaxın  gələcəkdə  bəşəriyyət  üçün  təhlükəli 

olmayacaq. Lakin bizim yaşadığımız iqlim sabit deyil və  yaxın 

50-100 ildə üç faktorun təsiri altında onun dəyişməsi imkanı var: 

enerji istehsalının artması, atmosferdə karbon qazının artması və 

atmosfer aerozolunun dövr etməsinin dəyişməsi. 

Son  80  ildə  havanın  çirklənməsi  100000  dəfə  artıb.  Həmin 

müddətdə  bəşəriyyət  500  milyard  ton  üst  qatda  olan  torpaq 

itiribdir  ki,  bu  da  Hindistanın  bütün  becərilən  torpağına 

bərabərdir. Bir santimetr dərinliyi olan torpaq qatının yaranması 



380 


üçün  1000  il  lazımdır.  Çayların  təbii  axını  sənaye  və  təsərrüfat 

tullantılarını  kifayət  qədər  durulaşdıra  bilmir  və  suyun  dövr 

etməsini  əvvəlki  normal  vəziyyətə  gətirmək  imkanı  yox  olur. 

Meşələr  məhv  edilir,  torpaq  sahələrinin  səhralaşması  prosesi 

davam edir. Məsələn, Saxara səhrası ildə 1,5 km sürətlə cənuba 

doğru hərəkət edir. Belə faktlar olduqca çoxdur.^* 

Rus  alimi  N.N.Moiseyev  deyir:  «...Biosferaya  antropogen 

təzyiq  sürətlə  artır  və  ehtimal  ki,  böhran  vəziyyətinə  yaxındır. 

İnsan  elə  bir  vəziyyətə  çatıbdır  ki,  heç  bir  halda  onu  keçmək 

olmaz.  Bir  ehtiyatsız  addım  kifayətdir  ki,  bəşəriyyət  uçuruma 

düşsün. Bir düşünülməmiş hərəkət bioloji növ Homo sapiens Yer 

üzərində  yox  olmasına  səbəb  ola  bilər.  Qlobal  ekoloji  fəlakət 

görünmədən  gizli,  tamamilə  gözlənilmədən  və  eyni  dərəcədə 

qəflətən  baş  verə  bilər  ki,  insanlar  artıq  heç  nəyi  dəyişdirə 

bilməz».^’ Öz inkişafında insan təbiətə təkcə rasional və  yaxud 

praktiki deyil, həm də dərin emosional, əxlaqi-estetik münasibət 

bəsləyir. 

Müxtəlif  xalqların  mədəniyyətinin  yüksək  inkişafı  çox 

hallarda məhz təbiətə əxlaqi-estetik münasibətin inkişaf dərəcəsi 

ilə müəyyən edilir. Bəşəriyyət təbiətə münasibətində özünü bütöv 

tam kimi başa düşməlidir. 

Gələcək haqqında danışarkən, indiki zamanı yaddan çıxarmaq 

olmaz.  Sabah  deyil,  elə  bu  gün  təbiətin  dağıdılmasına  son 

qoymaq,  təbii  sərvətlərə  qayğılı,  insani  münasibəti  əxlaq  və 

ədalətin ən sadə normalarına çevirmək lazımdır. İnsan və təbiətin 

əsl  vəhdəti hər şeydən əvvəl  bəşəriyyətin özünün birliyini tələb 

edir. 

3.5.

 

Demoqrafiya: sosial-fəlsəfi problemlər 

Demoqrafiya  (yun.  «demos»  -  xalq  və  «grafo»  -  yazıram) 

əhalinin  artımını,  sayını,  sıxlığını  və  strukturunu,  dinamikasını, 

miqrasiyasını  (yer  dəyişməsini  və  s.)  öyrənir.  Bu  termin  XIX 

əsrin ortalarında dövlətlərin əhalinin strukturu və yerləşməsi 

Bax: Журн. «Вопросы философии». № 9, 2000, с. 17. 

Yenə orada, s.5. 

381 



haqqında  rəsmi  statistik  qeyd  apardığı  vaxt  meydana  gəlibdir. 

Demoqrafiyanın  vəzifəsi  əhalinin  ölçüsünü  müəyyənləşdirmək, 

onun  artmasını  və  ya  azalmasını  izah  etməkdir.  Əhalinin 

strukturu  üç  amil  ilə  müəyyən  edilir:  doğum,  ölüm  və  köçmə 

prosesi. 

Demoqrafik  faktorlar  cəmiyyətin  həyatında  mühüm  rol 

oynayır; onlar cəmiyyətin iqtisadi və sosial tərəqqisini ləngidə və 

yaxud sürətləndirə bilər. Lakin əhalinin sayı, onun çox və yaxud 

az sıxlığı ölkə və xalqlann inkişaf səviyyəsini müəyyənləşdirmir. 

Məsələn,  Rusiyada,  Azərbaycanda,  Norveçdə,  Mozambikdə 

əhalinin  sıxlığı  təxminən  eynidir  (1  km^-ə  10-12  nəfər),  lakin 

onların inkişaf səviyyəsi müxtəlifdir. 

İnsanın  doğulması  və  ölməsi  bioloji  qanunlara  uyğun  baş 

versə də əhali hər şeydən əvvəl sosial bir hadisədir, onun artımı 

da  təbiətin  deyil,  əsasən  cəmiyyətin  inkişaf  qanunlan  ilə 

tənzimlənir. 

Bununla yanaşı müəyyən minumum sayda əhali olmasa əmək 

bölgüsü,  əməyin  ixtisaslaşması  və  kooperasiyası,  istehsal 

fəaliyyətinin genişlənməsi, yeni torpaq sahələrinin və başqa təbii 

sərvətlərin istifadə edilib mənimsənilməsi mümkün deyil. 

BMT-nin  hesablamalarına  görə  dünyanın  əhalisi  sürətli 

templə artaraq 2030-cu ildə 8,5 mlrd., 2050-ci ildə isə 9,3 mlrd, 

olacaq.  Dünyanın  zəngin  azlığa  və  yoxsul  çoxluğa  bölünməsi 

daha  kəskin  hiss  ediləcək.  2050-ci  ildə  inkişaf  etmiş  Şimal 

ölkələrində  əhalinin  sayı  təxminən  indiki  səviyyədə  qalacaq, 

dünyanın yerdə qalan hissəsində isə 8-9 mlrd, insan yaşayacaq. 

Hər il təkcə Hindistanda əhali 14 mln. artır və yaxın vaxtda onun 

əhalisi 1 mlrd, olacaq. Qərb ölkələrində yaşayan 1,2 mlrd, insan 

onların  orqanizminin  tələb  etdiyindən  qat-qat  artıq  ərzaq  qəbul 

edir.  Yer  kürəsinin  yandan  çoxu  -  3  mlrd,  adam  isə  ərzaq 

çatışmazlığından əzab çəkirlər. 

Dünyada  elə  vəziyyət  yaranıbdır  ki,  zəif  inkişaf  etmiş 

ölkələrdə  uzun  illər  əhali  artımının  sürəti  ərzaq  istehsalının 

artımından  çox  olmuşdur.  Hələ  XIX  əsrin  əvvəllərində  ingilis 

iqtisadçısı  T.R.Maltus  (1766-1834)  sübut  etməyə  çalışırdı  ki, 

əməkçi xalqın acınacaqlı vəziyyəti (işsizlik, aclıq, dilənçilik 



382 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə