Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə127/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   123   124   125   126   127   128   129   130   ...   164

və  s.)  ictimai  münasibətlərlə  deyil,  «əbədi  təbii  qanun»la 

şərtlənir.  Bu  qanunun  mahiyyəti  aşağıdakı  kimidir:  əhali  - 

həndəsi silsilə, yaşayış vasitələri isə - ədədi silsilə ilə artır. Ona 

görə  də  əhalinin  ixtisar  edilməsi  zəruridir.  Maltus  aclığı, 

yoluxucu  xəstəlikləri,  müharibəni  bəzi  hallarda  «müsbət  amil» 

adlandırırdı.  Onun  indiki  davamçıları  da  hesab  edirlər  ki.  Yer 

üzərində  əhalinin  sayı  həddən  artıqdır,  maddi  ehtiyatlar  isə 

olduqca  məhduddur.  Bu  vəziyyət  isə  cəmiyyətin  gələcəyi  üçün 

fəlakətdir. Onlar əsasən doğru deyirlər. 

Aclıq, dilənçilik, xəstəlik və savadsızlıq indiki dövrdə dünya 

əhalisinin beşdə bir hissəsinin nəsibidir. Əhalinin sayının artma 

tempi  cəmiyyətdə  yaranmış  istehsal  və  istehlakm  həcmi  və 

strukturuna böyük təsir göstərir. Lakin onların da müəyyən həddi 

var, onu aşanda təbii ehtiyatlara, suya, havaya, meşə sahələrinə, 

faydalı qazıntıya mənfi təsir göstərilir. 

Nəzarət  edilməyən  demoqrafik  proseslər  əhalinin  zəruri 

xidmətlərlə  (o  cümlədən  təhsil  və  səhiyyə  sahəsində)  təmin 

edilməsi  işində  cəmiyyətin  imkanlarını  iflic  vəziyyətə  gətirir. 

Lakin  Çində,  Hindistanda,  bir  çox  Afrika  ölkələrində  doğumu 

məhdudlaşdırmaq  sahəsindəki  tədbirlər  hələ  ki,  elə  bir 

əhəmiyyətli nəticə verməmişdir. 

Qərb  ölkələrində  demoqrafik  proseslər  yüz  illərdir  ki, 

cəmiyyət  tərəfindən  çox  ciddi  şəkildə  tənzim  edilir.  Bu  ölkələr 

üçün  son  onilliklərdə  iqtisadi  və  ekoloji  cəhətdən  əlverişli 

olmayan  ölkələrdən  gizli  olaraq  gələn  əhali  axınının  getdikcə 

çoxalması  çox  ciddi  problemlər  yaradır.  Böyük  şəhərlərə  arası 

kəsilmədən  gələn  əhali  şəhər  strukturlarına  həddən  artıq  təzyiq 

göstərir,  sanitar-gigiyena  şəraitini  pisləşdirir,  şəhərlilərin 

həyatının  rahatlıq  səviyyəsini  aşağı  salır.  Yay  aylarında  böyük 

əhali  kütləsi  əhalinin  çox  sıx  olduğu  şəhər  mərkəzindən  ətraf 

ərazilərə yığılır, oranın da ekoloji vəziyyətini mürəkkəbləşdirir. 

Keçid mərhələsində olan ölkələrdə, hətta böyük əhali artımına 

məruz qalmasalar da, qəflətən meydana çıxan iqtisadi çətinliklər

həmçinin  dərin  sosial  çaxnaşmalar,  nisbətən  çox  əhalisi  olan 

ölkələrin  həll  edəcəyi  problemlərə  oxşar  problemlərlə 

qarşılaşırlar. 



383 


Fəqət  indiki  zamanda  əhali  artımının  bir  qədər  azalması 

müşahidə  edilir.  Ölkələrin  çoxunda  əhali  artımını  tənzimləmək 

istiqamətində  bəzi  tədbirlər  görülür.  Məsələn,  yüksək  inkişaf 

etmiş ölkələrdə əhali artımı stimullaşdırılır (həvəsləndirilir), geri 

qalmış ölkələrdə isə, əksinə, onun qarşısı alınır. 

Əhalinin təkrar istehsalı sosial orqanizmin bütün tərəfləri ilə 

əlaqədədir:  insanın  maddi  təminat  dərəcəsi,  təhsilin  səviyyəsi, 

qanunvericilik, təbabətin və səhiyyənin vəziyyəti, qadının ictimai 

vəziyyəti, ailə və məişət ənənələri, din və s. 

384 



4.

 

Cəmiyyətin sosial sferası 

4.1.

 

Sosial sfera anlayışı 

Sosial  struktur  cəmiyyətin  ayrı-ayrı  təbəqə  və  qruplara  , 

bölünməsini  göstərir.  Həmin  təbəqə  və  qruplar  bir  və  ya  bir  neçə 

əlamətə  görə  birləşir,  özlərinin  ictimai  mövqelərinə  görə  fərqlənirlər. 

Bu, sosial sistemdə elementlərin sabit əlaqəsidir. Sosial münasibətlərin 

əsas  elementləri  -  sosial  birliklərdir  (millət,  sinif  və  başqa  sosial 

təbəqələr, peşəyə görə birliklər, demoqrafik və s. qruplar). 

Sosial  struktur  təklərin  sadəcə  olaraq  cəmi  deyil,  qarşılıqlı 

əlaqədə  olan  elementlərin  üzvi  birliyidir.  Bu  elementlər 

arasındakı münasibətlər müxtəlif tipli, yəni əməkdaşlıq və yaxud 

münaqişə şəklində ola bilər.^ 

Hər  bir  cəmiyyət  insanların  məlum  çoxluğundan  yaranır. 

İnsan çoxluğunda biri o birindən fərqlənən, bir-biri ilə və bütün 

cəmiyyət ilə əlaqədə olan müəyyən sosial qruplar əmələ gəlir. Bu 

planda insan cəmiyyəti müxtəlif qrupların, onlann əlaqəsinin və 

qarşılıqlı təsirinin mürəkkəb cəmidir. 

Beləliklə, müxtəlif tendensiyalann çoxplanlı, dolaşıq, qanşıq 

olmasına baxmayaraq sosial sfera tam, vahid bir sahədir. Başqa 

sözlə,  sosial  sfera  müxtəlif  sosial  birliklərin  sadəcə  çoxluğu 

deyil,  bu  birliklərin  və  onlar  arasındakı  münasibətlərin 

keyfiyyətcə  müəyyən  sistemidir.  Sosial  struktur  anlayışı  sinfi 

struktur anlayışından daha genişdir, çünki sosial struktur həm də 

demoqrafik, peşə, etnik və b. qrupları da birləşdirir. 

4.2.

 

Siniflər, sosial qruplar və 

onlar arasındakı münasibət 

İctimai  istehsal  prosesini  birlikdə  həyata  keçirən  insanların 

tarixi  inkişaf  prosesində  ictimai  əmək  bölgüsünün  xüsusi  yeri 

var. Əmək bölgüsünü o vaxt ictimai adlandırmaq olar ki, əməyin 

bu  və  ya  başqa  növləri  ilə  sosial  cəhətdən  təşkil  olunmuş 

müəyyən  insan  qrupları  məşğul  olur.  Bir  qrup  insanlar  idarə 

etmək funksiyasını öz üzərinə götürür, başqalan isə onlara tabe 

olurlar. Bu yolla siniflərə və sosial qruplara bölünmə 



385 


baş verir. İnsanların öz həyatlarını istehsal etməsi prosesində iş 

verən  sahibkarlar  və  işçilər  qrupu  yaranır,  sosial  ferqlər, 

bərabərsizlik  meydana  gəlir.  Hakimiyyət  funksiyasını  həyata 

keçirən  ixtisaslaşmış  insan  qruplan  hazırlanır.  Əmək  bölgüsü 

nəticəsində ictimai struktur formalaşır. 

İnsanlann  peşəyə  görə  bölünməsini  də  əməyin  ictimai 

bölgüsünün təzahürü adlandırmaq olar. Bir qrup insanlar maddi 

məhsullar  (məsələn,  fəhlələr),  başqaları  isə  mənəvi  istehsal 

sahəsində  çalışırlar  (məsələn,  alimlər,  ruhanilər),  bir  qrup 

insanlar  isə  sosial  varlıq  kimi  insanın  mənəvi-əxlaqi,  elmi 

cəhətdən hazırlanmasında iştirak edirlər (məsələn, müəllimlər). 

Mülkiyyət haqqında təlimin tarixi göstərir ki, bütün xalqlarda 

mif  və  utopiya  formasında  «qızıl 

ƏSD

>

 

ideyası  olmuşdur;  guya 

həmin dövrdə xüsusi mülkiyyət  olmamış, əmlak ümumi  hesab 

edilmiş, bu isə sülh, əminamanlıq, xeyirxah xasiyyət və gələcəyə 

inam yaratmışdı. Cəmiyyətin belə üsulla təşkil olunduğu şəraitdə 

«hər  bir  mülkiyyətçi  ya  oğrudur,  ya  da  oğrunun  varisidir» 

formulu doğru hesab edilir. Bu fikri XIX əsrdə Pri- don məşhur 

frazada ifadə edib: «Mülkiyyət oğurluqdun>. Platon yazırdı ki, 

həddən  artıq  dövlətli  olub  eyni  zamanda  xeyirxah  olmaq 

mümkün deyil. Varlanan hər bir kəs bunu başqasının hesabına 

edir. 

V.İ.Lenin  sinfə  aşağıdakı  marksist  tərifi  vermişdi:  «Sinif- 



ictimai istehsalın tarixən müəyyən sistemindəki yerinə, istehsal 

vasitələrinə 

münasibətinə 

(əksər 


hallarda 

qanunla 


möhkəmlənmiş və rəsmiləşdirilmiş), əməyin ictimai təşkilindəki 

roluna,  buna  görə  də  malik  olduqları  ictimai  sərvətdən  pay 

almağın  üsuluna  və  miqdarına  görə  fərqlənən  böyük  insan 

qruplarına deyilir. Siniflər elə insan qruplarıdır ki, onlardan biri 

ictimai  təsərrüfatın  müəyyən  ukladındakı  yer  fərqi  sayəsində 

başqasının əməyini mənimsəyə bilİD)."*® 

Bu  tərifdə  sinfin  aşağıdakı  sosial-iqtisadi  əlamətlərini 

ayırmaq  olar:  1)  sinfin  ictimai  istehsalın  tarixən  müəyyən 

sistemindəki  yeri; 2) sinfin istehsal vasitələrinə  münasibəti; 3) 

sinfin əməyin təşkilində rolu; 4) ictimai sərvətdən pay almağın 



•">

 

B.H.JI

CHHH

.

 

ncc. 


T.39. c.l5. 

386 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə