Cəmiyyət həyatı üçün zəruri olan keyfiyyətcə başqa təbii
mühit, bütün canlılann yaşadığı sfera - biosfera adlanır. Biosfe-
ra bitki və heyvanlardan başqa həm də insanı əhatə edir.
Biosfera mürəkkəb struktura malik olan Yerin canlı
örtüyüdür. Biosferanın maddiliyi özünün fıziki-kimyəvi tərkibinə
görə müxtəlifdir: 1) canlı cisim - canlı orqanizmlərin
məcmusudur; 2) biogen cisim - atomların canlı cisimlərdən
biosferanın kosmik cisimlərinə fasiləsiz biogen axınıdır; 3)
ətalətli, durğunluq vəziyyətində olan cisimlər (atmosfer, qazlar,
dağ süxurları və b.); 4) bioloji ətalətdə olan cisimlər, məsələn
torpaq, lil, üzdə olan su, biosferanın özü; yəni mürəkkəb,
sükunətli canlı strukturlar; 5) radiaktiv cisimlər; 6) parçalanmış
atomlar; 7) kosmik mənşəli cisimlər.
İnsan cəmiyyətinin yaranması ilə əlaqədar biosferanın
keyfiyyətcə yeni vəziyyətinə - ttoosferaya^^ keçid reallaşır.
Noo- sfera canlı və şüurlu varlığın yaşadığı mühitə deyilir.
«...Noos- fera elə qapalı sistemə çevrilmək istəyir ki, orada hər
bir element ayrılıqda görür, hiss edir, başqalan kimi onlarla birgə
əzab çəkir».
Fransız alimləri - filosof E.Lerua (1870-1954) və paleonto-
loq, filosof P,Teyyar de Şarden (1881-1955) «noosfera»
anlayışını elmi dövriyyəyə daxil etmişlər. Onlar hesab edirdilər
ki. Yer üzərində ali canlı varlıqlara nüfuz edən çox güclü psixi
örtük mövcuddur. Bu ideyanın mahiyyəti aşağıdakından
ibarətdir: insanın meydana gəlməsi ilə fiziki (bioloji) təkamül
praktiki olaraq tükənir, ona görə də biosferanın arxasınca
noosfera gəlir; yəni sonrakı təkamül cəmiyyət, sənaye, dil, ağıl və
b. mənəvi vasitələrlə həyata keçirilə bilər. Təmiz şüurun azad
olması baş verir və mənəviyyat elə təkmilləşmə dərəcəsinə çatır
ki, noosfera tədricən biosferadan aynlmağa can atır. P.Teyyar
yazırdı: «Bir dəfə, yalnız bir dəfə Yer planet kimi özünün
mövcudluq yolunda həyat pərdəsi ilə örtülə bildi: Bu-
Noosfera yun. «noos» - ağıl, tofokkür sözündun yaranıb.
П.Т.де Шарден. Феномен человека. M.. «Наука». 1987, с. 199.
368
nun kimi bir dəfə, yalnız bir dəfə həyat təfəkkür səviyyəsinə
yüksəlmək qabiliyyətində olub».^^
XX əsrin 30-cu illərinin ortalannda rus alimi K/. Vernadski
(1863-1945) noosfera ideyasım təbliğ edirdi. Onun fikrincə
noosferanın yaranması yalnız təbiətin yenidən dəyişdirilməsinə
aid edilə bilməz. İnsan sivilizasiyasının kökləri Yeri əhatə edən
həmin psixi örtükdən başlayaraq özü də dəyişir. İnsan tarixinin
bütün şəraiti dəyişir. Ona görə də noosfera eyni zamanda insan
həyatının yeni formalarının yaranması deməkdir.
Canlı və cansızları bir-birindən ayırmadan insanın özünün ən
zəruri həyati tələbatlarını ödəməyə yönəldilmiş praktiki fəaliyyəti
mümkün deyil. İnsan özünü hər şeydən əvvəl canlı varlıq hesab
edir və bütün canlılarla bir mühitdə yaşayır.
Hər bir fərdi həyatın sonu olur. Burada dərin məna var. Çünki
bu fərdi həyat başqa həyatın başlanğıcı olur və tədricən öz yerini
ona verir.
Canlı təbiətin ən əsas xüsusiyyətlərindən biri də, adətən, orada
mövcud olan saysız-hesabsız formaların varlığı hesab edilir.
İndiki zamanda insan həyatının saxlanması insanlann
özlərinin qarşısında duran məqsəd, onlann həll edəcəyi zəruri
məsələ kimi çıxış edir.
” Ycno orada, s.217.
369
3.2. Cəmiyyət
Cəmiyyət geniş mənada bütün bəşəriyyət, ardıcıl olaraq
bir-birini əvəz edən, tarixən əlaqədə olan və keyfiyyətcə müxtəlif
olan sosial orqanizmdir.
Geniş mənada «sosial» sözü «cəmiyyət» sözü ilə
eyniləşdirilir. Belə yanaşmada sosial münasibətlər ictimai
münasibətlərin bütün cəmi kimi qəbul edilir. Dar mənada isə
sosial münasibətlər ümumiyyətlə cəmiyyət ilə deyil, ictimai
həyatın qalan sosial sferası ilə müqayisə edilməlidir. Başqa
ictimai münasibətlər ilə müqayisədə belə münasibətlər iqtisadi,
siyasi, hüquqi, əxlaqi və başqa ictimai münasibətlərin müəyyən
tərəflərini özündə birləşdirir, yəni təcrid olunmuş halda deyil,
başqaları ilə birlikdə mövcud olurlar.
Canlı fəaliyyətdə olan sosial orqanizm kimi cəmiyyət insanlar
arasındakı əlaqələr, münasibətlər sistemi ilə xarakterizə edilir.
K.Marks yazırdı: «Cəmiyyət fərdlərdən ibarət deyil, əlaqə və
münasibətlərin elə cəmidir ki, orada insanlar bir-birinə qarşı
dururlar»Onun fikrincə istehsal münasibətləri bütün başqa
münasibətləri müəyyən edən əsas, başlanğıc münasibətləridir;
onlar insanların iradəsindən və şüurundan asılı olmayaraq
formalaşır.
Bir
çox
filosoflar
insanın
tamamilə
istehsal
münasibətlərindən asılı olması haqqında marksist fikri inkar
edirlər. Çünki, onların fikrincə, təbii qanunların fəaliyyət
göstərdiyi təbiətdən fərqli olaraq^əmiyyət, onun münasibətləri
insanların məqsədəuyğun, şüurlu fəaliyyəti nəticəsində
formalaşır.
Bir sıra alimlər isə göstərirlər ki, sosial sistemlərin sayı
çoxdur, cəmiyyət onların ən mürəkkəbi və əhəmiyyətlisidir.
Məsələn, T.Parsons yazırdı: «Biz cəmiyyətə sosial sistemin elə
tipi kimi tərif veririk ki, o başqa sosial sistemləri də birləşdirən öz
mühitinə nisbətən ən yüksək dərəcədə öz-özünə kifayət edir.
Lakin tamamilə öz-özünə kifayət etmək cəmiyyətin fəaliyyət
sisteminin yarım sistemi olması ilə bir araya sığışa bilməz. Hər
bir cəmiyyət sistem kimi özünü saxlamaq üçün ətraf sistemlər ilə
qarşılıqlı mübadilə vaxtı nə almasından ası-
K.Маркс и Ф.Энгельс. Сочинения. Т.46. Ч.1, с.214.
370
Dostları ilə paylaş: |