yasının dəyişməsi və zəifləməsi, transmilli qeyri-dövlət
birləşmələrinin, o cümlədən etnik diasporanm, dini hərəkatların,
mafioz qruplarının fəaliyyətinin güclənməsi. Beləliklə,
qloballaşma eyni vaxtda həm dövlətlərarası, həm də transmilli
formalarda inkişaf edən ikili prosesdir, Elə buna görə onun
daşıyıcıları da çoxdur: dövlətlər və onların koalisiyaları,
beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları.
Mütəxəssislər indiki dövrdə dünya proseslərinə öz qərarları
və fəaliyyəti ilə ciddi təsir edən ən azı yeddi yeni subyekt
olduğunu göstərirlər: 1) beynəlxalq təşkilatlar (BMT və onun
təşkilatları, Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu və
b.); 2) regional təşkilatlar; 3) çoxmillətli korporasiyalar; 4) in-
stitusion investorlar (təşkilatlanmış kapital qoyuluşu), məsələn,
pensiya və investision fondlar, sığorta kompaniyaları və s.;
5)
qeyri-hökumət təşkilatlan («Yaşıllar hərəkatı», «Sərhədsiz
həkimlər» və b.); 6) bir sıra böyük şəhərlər (London, Nyu- York,
Tokio, Frankfurt, Paris və b.); 7) görkəmli şəxsiyyətlər (elmi
işçilər, professorlar, artistlər və başqa mədəniyyət xadimləri,
böyük fondlar yaradan şəxslər, məsələn. C.Soros).
Qlobal problemlər bütün dünyanı narahat edir. İnsanların
qlobal ümumbəşəri səviyyədə bir-biri qarşısında məsuliyyət
zərurəti zamanın, həyatın özünün, mürəkkəb müasir problemlərin
tələbidir. İndiki dünyada qlobal problemlərin meydana gəlməsi
və kəskinləşməsi - dəyərləri və ictimai inkişafın məqsədlərini
yenidən qiymətləndirməyi irəli sürür.
Qloballaşma prosesi dövlətlərarası münasibətlərə çox ciddi
təsir göstərir və problemləri həll etmək sahəsində əməkdaşlıq
etməyə məcbur edir. Əvvəllər isə onlar bu problemləri müstəqil
həll etmək istəyirdilər. XIX əsrin axırına qədər çoxları inanırdı ki,
qlobal qarşılıqlı əlaqə gələcəkdə dünya dövləti yaratmaq üçün
əsas ola bilər. Bunu təsdiq edən müəlliflər milli dövlətlərin
suverenliyini kifayət qədər dəyərləndirmirdilər. İndi isə heç kim
yaxın gələcəkdə dünya dövlətinin yaranma ehtimalına inanmır.
Lakin hamı görür ki, qloballaşma sürətlə davam edir.
359
Nüvə təhlükəsinin miqyasını praktiki olaraq hamı başa düşür.
Ekoloji təhlükənin törədə biləcəyi real təhlükəni isə insanlar
kifayət qədər qiymətləndirə bilmir. Sosioloq E.Gid- dens deyir:
«Nüvə münaqişəsinin mümkünlüyü sənaye əsasına dayanan
müharibə formasında orta ölçülü vaxt perspektivində bəşəriyyət
üçün yeganə qorxulu təhlükə deyil. Geniş miqyaslı qarşıdurma,
hətta adi silahdan istifadə edilsə də, öz nəticəsinə görə dağıdıcı
ola bilər; belə ki, elm və texnologiyanın birləşmə prosesinin
davam etməsi nüvə silahı qədər dəhşətli ola biləcək silah növünü
istənilən qədər çox istehsal edə bilər. Ekoloji fəlakət perspektivi
böyük müharibə riskinə nisbətən az ehtimal olunur, lakin öz
nəticəsinə görə eyni dərəcədə təhlükəlidİD>.‘® Biz bu
təhlükənin görünən nəticələrini hiss etmədiyimiz üçün o qədər də
narahat olmuruq.
«Qloballaşma» və «qərbləşmə» (vestemizasiya) anlayışlan
arasındakı qarşılıqlı əlaqə haqqında müxtəlif fikirlər var.
Onlardan ikisi daha geniş yayılmışdır: 1) qloballaşma - qərbləş-
məyə nisbətən daha geniş məvhumdur və daha geniş mənada
ümumiyyətlə modernləşmə ilə eyniləşdirilir; 2) qloballaşma -
əslində elə qərbləşmə deməkdir, bu ad altında Qərb dəyərləri
təbliğ edilir.
«Siyasi dünya» anlayışı milli mədəniyyət çərçivəsindən
kənara çıxır və «vahid siyasi məkan» mənası qazanır. Bununla
yanaşı sosial-mədəni fərqlər qalır və vahid informasiya
meydanında bir-biri ilə toqquşur. Böyük dünya dinləri -
xristianlıq, islam, hind-buddist, Konftisi dinləri böyük regionları
birləşdirir və hər biri öz dünyasını yaradır. Sosial-mədəni və dini
fərqlər bir çox hallarda siyasi dialoqa mane olur və münaqişəyə
səbəb olur. BMT və başqa beynəlxalq təşkilatlar isə münaqişələri
aradan qaldırmaq iqtidarında deyil. Bunu nəzərdə tutan
M.Haydegger yazırdı: «Dünya ictimaiyyəti və onun təşkilatı heç
də bəşəriyyət varlığının taleyini həll edən yer deyil».
Müasir texnoloji inqilab şəraitində qloballaşma tamamilə yeni
məzmun kəsb edir. «Bu prosesdə həlledici rolu informa-
Bax: Новая постиндустриальная волна на Западе. Антология, с.119.
М.Хайдегтер-К.Ясперс. Переписка, 1920-1963, М., «АО Margineni», 2001, с.242-243.
360
siyanm işlənib hazırlanması, yazılması və ötürülməsinin rəqəm
üsulu oynadı. Yada salaq ki, siqnalın bütün növləri: səs, təsvir,
mətn, film, rəng, sənəd - sıfır və vahidin bir-birini əvəzləməsinin
variasiyalan kimi təqdim olunur. Bu da böyük həcmdə
informasiyanı praktiki olaraq olduğu kimi kodlaşdırmaq və
istənilən məkana ötürmək imkanı verir». Bu işdə kosmik
obyektlərdən, optik-lif kabellərindən, telefon xətlərindən,
kompüterlərdən, internetdən və s. istifadə edilərək informasiyanı
Yerin istənilən nöqtəsinə çatdırmaq mümkündür. Həddən artıq
informasiya axınının nəzarətdən çıxma qorxusu yaranır. «Biz
artıq yaratmaq imkanına malik olduğumuz informasiyanı nizama
sala bilmirik».*’
Yaxın keçmişə qədər geniş bilik və informasiya xüsusi
hazırlıq görmüş azsaylı qrupun imtiyaz sahəsi idi. XX əsrin axır-
lanndan başlayaraq cəmiyyətin əhəmiyyətli bir hissəsi həmin
imkanı qazana bildi və hər bir adam başqa xalqlar və ölkələr
haqqında heç bir sərhəd tanımayan informasiya almaq vasitəsi
əldə etdi. Qloballaşmış iqtisadiyyat dünyasına yeni ölkələr daxil
oldu. Şərqi Asiyanın bir sıra ölkələri Yaponiya, Cənubi Koreya,
Tayvan, Şimali Atlantika ilə bərabərləşə bildi. Müasir texnoloji
inqilab istənilən ölkənin geniş bilik və informasiya almasını
reallaşdırır. «Qloballaşmış iqtisadiyyatın mahiyyətcə fərqi
ondadır ki, ən müasir texnologiyaya yol demokratikləşib,
asanlaşıb»}^
Ümumdünya sistemlərinin yaranması nəticəsində dövlət
özünün nizamlama və tənzimləmə səlahiyyətlərinin xeyli
hissəsini qeyri-dövlət təşkilatlarına və şirkətlərə verməyə məcbur
olur.
Tokio universitetinin professoru İ.Yokotanın dediyi kimi,
«nəqliyyat və rabitə kimi sahələrdə baş verən elmi-texniki
tərəqqi, iqtisadi fəaliyyətin artma miqyası və transmilli xarakteri,
həmçinin insanların, əmtəələrin, pulun və informasiyanın dövlət
sərhədlərini sərbəst keçməsi sayəsində, iqtisadiyyatın inkişafı,
səhiyyə və sosial-təminat, təhsil, narkobizneslə müba-
А.И.Уткин. Глобализация: процесс и осмысление. М., «Логос» . 2001. с.26. Yenə
orada, s.37.
361
Dostları ilə paylaş: |