şərti olaraq XX əsrin ortalarından başlayır. Bu dalğanın əsasını
varlığın müxtəlif sahələrində - texnologiyada, biznesdə,
mədəniyyətdə, dində, əxlaqda, mənəvi dəyərlərdə, ailə
münasibətlərində yüksək bilik təşkil edir.
Üçüncü mərhələni informasion cəmiyyət də adlandınrlar. Bu
anlayış XX əsrin 60-cı illərinin ikinci yarısında yarandı və
bəşəriyyət ilk dəfə olaraq informasiya partlayışının mövcud
olduğunu gördü. İnformasiyanın nəhəng axınına tab gətirmək
üçün onun qaydaya salınması, saxlanması və istifadə edilməsini
təmin edən vasitələr lazımdır. Bəşəriyyət tarixində yaxınlaşan
eranı yalnız informasion cəmiyyət deyil, həm də bilik cəmiyyəti,
postindustrial cəmiyyət, infosfera adlandırmağa başladılar.
Yuxarıda adı çəkilən A.Toffler üç inqilab nəzəriyyəsini işləyib
hazırladı. Bu nəzəriyyəyə görə bəşəriyyət artıq aqrar və sənaye
(industrial) inqilab dövrünü keçib, indi isə informasiya inqilabı
ərəfəsindədir.
Beləliklə, insan cəmiyyətinin stabil, harmonik həyat ümidi
texnika ilə əlaqələndirilir və texnika məlum mənada özünü aradan
götürməli, bəşəriyyəti texniki rasionallıq buxovundan azad
etməli, industrial dövrün insanından daha humanist olmalıdır.
Başqa sözlə, hər şey informasiyaya pərəstiş və onun daxilindəki
süni intellekt ilə əlaqələndirilir.
Təhsil və elmi fəaliyyətin təşkili sahəsində əhəmiyyətli
dəyişikliklər gözlənilir. Yeni informasiya texnologiyası və robo-
totexniki sistemlər sənayedə əməyin xarakterini kökündən
dəyişir, bu sahədə işləyənlərin sayını kəskin surətdə azaldır,
texnologiyanın özünü və istehsalın təşkilini dəyişir. Bütün bunlar
əhəmiyyətli dərəcədə gözlənilməyən sosial nəticələrə gətirib
çıxara bilər.
B.
Sosial inqilab anlayışı. Təkamül və inqilab
«İnqilab» termini (qəd.lat. «revolutio» - devirmək) müasir
anlamda «demokratiya» termini ilə eyni zamanda meydana gəlib.
Şimali Amerikada və Fransada XVIII əsrin axırlarında aparılan
mübarizənin müvəffəqiyyəti tam aydınlığı ilə dünyanın tamamilə
yeni bir vəziyyətə keçdiyini göstərənə qədər bu ter
347
min
0 qədər də çox işlədilmirdi. O dövrə qədər «inqilab»
(«revolyusiya») termini əsasən öz əvvəlki mənasını saxlamışdır:
«dairəvi hərəkət» (ingiliscə «revolve» - fırlama deməkdir).
Amerikan və fransız liderləri həqiqətən inanırdılar ki, onlar təbii
vəziyyətə qayıdırlar. Onlar bəyan edirdilər ki, bütün insanlar azad
və bərabər doğulurlar, lakin sonra onlar kral və başqa yalançı
hökmdarların zülmü altına düşürlər; inqilab xoşbəxt təbii
vəziyyəti bərpa etmək vasitəsi olmalıdır.
70 ildən çox bütün Sovet İttifaqında olduğu kimi
Azərbaycanda da sosial inqilab haqqında marksist təlim ictimai
və elmi fikirdə hökmran mövqe tutmuşdur. K.Marksın aşağıdakı
fikri rəsmi göstəriş kimi qəbul edilirdi: «Öz inkişafının məlum
mərhələsində maddi məhsuldar qüvvələr mövcud istehsal
münasibətləri ilə ziddiyyətə girirlər... Bu münasibətlər məhsuldar
qüvvələrin inkişaf formasından onların buxovuna çevrilir. Bu
vaxt sosial inqilab dövrü başlayır».^ Marksistlər hesab edirlər ki,
sosial inqilab olmadan heç bir sosial-iqtisadi formasiya özündən
əvvəl gələn formasiyanın yerini tuta bilməz.
İnqilab - mövcud quruluşun əsaslannı sarsıdan, sosial-siyasi
həyatın bütün sahələrinin və ya çox hissəsinin kompleksli
dəyişdirilməsidir. İnqilab sıçrayışlı xarakter daşıyır və
cəmiyyətin bir keyfiyyət vəziyyətindən başqasına keçməsidir.
İnqilabın sosial, elmi, dini, idarəetmə, texniki, siyasi, iqtisadi,
mədəni formaları var. Sosial və siyasi inqilablar sosial-siyasi
quruluşun dəyişməsinə səbəb olur, başqa formalar isə eyni sosial
quruluş çərçivəsində də baş verə bilər.
Hər bir inqilab sıçrayışdır, lakin hər sıçrayış inqilab deyil.
İnqilabi sıçrayış öz kəskinləşməsi ilə sistemin əsas ziddiyyətinə
toxunur. İnqilab yalnız mütərəqqi inkişaf ilə, ibtidaidən aliyə
keçid ilə əlaqələndirilir. Əgər sıçrayış, ziddiyyətlərin həll
edilməsi, keçmişin inkan geriyə aparırsa, əgər ictimai sistemi
yüksək inkişaf səviyyəsindən aşağıya sürükləyirsə, belə sıçrayış
inqilabi dəyişiklik xüsusiyyətini itirir.
Bəzi siyasətçilər inqilabı guya sürətləndirmək üçün bəzən
«tezləşdirilmiş vaxt» mifindən istifadə edirlər. «Böyük sıçra-
K.MapKC II 3ıırenbC. CoHHHCHHfl, T.I3,
c.7.
348
у İŞ»
utopiyası məhz belə yaranmışdır (Мао Tszedun: «On
il
gərgin əmək - on min il işıqlı xoşbəxtlik»; N.Xruşşov: «20 ilə
kommunizm
qurulacaq»;
M.Qorbaçovun
«tezləşdirmə»
mifologiyası). Tarix göstərir ki, hər bir «böyük sıçrayış» fəlakətlə
nəticələnir, cəmiyyət geriyə atılır.
Sankt-Peterburqlu professor C.A.Lantsev yazır: «İnqilab ikili
xarakter daşıyır. Bir tərəfdən o sürətli və kompleksli
modernləşmənin kifayət qədər olmasının nəticəsidir, digər
tərəfdən isə - modemizasiya prosesinin özünə və onun
nəticələrinə qarşı yönələn etirazın təzahürüdür. İnqilabın real
siyasi nəticələri onun başlanğıcda irəli sürdüyü şüara tamamilə
zidd ola bilər. Əgər söhbət sosial-iqtisadi modernləşmənin
vəzifələrindən gedirsə, inqilab hər hansı başqa güclü ictimai
sarsıntı kimi onların həyata keçirilməsini dayandıra və yaxud
çətinləşdirə bilər. Buna müvafiq olaraq hər bir inqilabı çətin ki,
ictimai tərəqqinin şərtsiz forması («lokomativi») hesab etmək
olar».®
Sosial inqilab ictimai ziddiyyətləri həll edərək yeni ictimai
qüvvələrin hərəkəti üçün geniş imkanlar yaradır, insanların həyat
tərzini dəyişərək onların yeni maddi və mənəvi tələbatlarını
meydana atır, sonrakı ictimai dəyişikliklər üçün perspektivlər
açır. Bununla yanaşı qeyd etmək lazımdır ki, köhnəni dağıdarkən
inqilab çox vaxt artıq formalaşmış ictimai strukturun fəlakətlə
nəticələnən parçalanmasına gətirib çıxarır, sosial-siyasi
ziddiyyətləri daha da kəskinləşdirir, cəmiyyət üçün yeni
problemlər yaradır.
İngilis sosioloqu Entoni Giddensin fikrincə inqilab «elə siyasi
dəyişiklik prosesidir ki, burada kütləvi sosial hərəkatlar iştirak
edir; mövcud rejimi müvəffəqiyyətlə devirmək və sonra yeni
hökumət təşkil etmək üçün zorakılıqdan istifadə edilir. İnqilab
sui-qəsddən onunla fərqlənir ki, o kütləvi xarakter daşıyır və
bütün siyasi sistemdə əhəmiyyətli dəyişikliyə gətirir. Sui-qəsd isə
idarə sistemində əsaslı dəyişiklik etmədən siyasi lideri dəyişmək
üçün hakimiyyətin silah gücünə ələ keçirilməsidir. İnqilab
qiyamdan da fərqlənir, baxmayaraq ki, qiyam da mövcud siyasi
rejimə meydan oxumaq, təhlükədir, lakin onun
*
* Bax: Журн. «Полис», № 3. 2001, c,96.
349
Dostları ilə paylaş: |