imkan gerçəklikdə gizlənir, insan zəkası vasitəsilə üzə çıxarılır,
tələb formasında dəqiq ifadə edilir və məqsəd kimi irəli sürülür.
İmkanı reallaşdırmaq, gerçəyə çevinnək əməli fəaliyyət
prosesində həyata keçirilir.
Elmi öncədəngörmə gələcəyi tamamilə dəqiq və tam bilmək,
özünün mütləq həqiqət olması iddiasında deyil. Hətta diqqətlə
yoxlanılan və ölçülüb-biçilmiş proqnozlar yalnız müəyyən
dərəcədə özünü doğruldur. Beləliklə, elmi öncədəngörmə ehtimal
olunan bilikdir.
Futurologiya (lat. «futurum» - gələcək, yun. «logos» - söz,
təlim) hərfi mənada gələcək haqqında təlim deməkdir; geniş
mənada futurologiya vəziyyətin gələcəyi haqqında təsəvvürlər
məcmusudur, dar mənada isə sosial proseslərin gələcəyini əhatə
edən elmi bilik sahəsidir. Futurologiya tez-tez proqnoz-
laşdırmanın sinonimi kimi işlədilir.
Bir çox filosoflar gələcəyi elmi baxımdan görməyi
ümumiyyətlə inkar edirlər. Məsələn, K.Popper gələcəyi
əvvəlcədən görməyin mümkünsüzlüyünü sübut edir, çünki onun
fikrincə, tarixi prosesin vahid məntiqi yoxdur, indi baş verən
tarixi hadisə özünə qapanmış fraqmentdir və yalnız empirik
fraqment kimi dərk edilə bilər.
2. Cəmiyyət və onun tarixinin fəlsəfi təhlili
2.1.
Tarixin fəlsəfəsi
«Tarixin fəlsəfəsi» termini fransız maarifçisi Volterə məxsus
olsa da, tarixi inkişafın ümumi qanunları haqqında məsələni
birinei dəfə alman maarifçisi İohan Qotfrid Herder (1744- 1803)
«Bəşəriyyətin tarix fəlsəfəsi ideyasına dair» (1784) əsərində irəli
sürmüşdür. O, həm də belə bir fikri əsaslandırırdı ki, bütün
xalqların iştirak etdiyi və nəticədə vahid ümumbəşəri gələcəyə
aparan ümumi tarixi proses baş verir.
«Tarix» deyəndə daha çox: 1) ümumiyyətlə keçmiş;
2)
keçmişin yazılı şəkildə təsviri; 3) keçmişin öyrənilməsi ilə
bilavasitə əlaqədə olan peşəkar akademik fənn nəzərdə tutulur.
338
Avropa filosoflarının fikrincə tarixin fəlsəfəsi üç mərhələdən
keçib: Hegelə qədər olan dövr, Hegel dövrü və ondan sonra
başlayıb indiyə qədər davam edən müasir dövr.
Fransız sosioloqu R.Aron (1905-1983) yazır: «Ənənəvi tarix
fəlsəfəsi Hegelin sistemində yekunlaşır. Tarixin müasir fəlsəfəsi
hegelçilikdən imtina ilə başlayır. İdeal indi bəşəriyyətin təşəkkül
tapmasının mənasını dərhal müəyyən etmək deyil, və filosof da
artıq özünü əvvəldən görməyin (bəsirət) sirlərini saxlayan hesab
etmir».^
Kant fəlsəfəni keçmişi mühakimə edən və məqsədi göstərən
etika ilə qarışdırır, Hegel nə baş vermişsə onunla da kifayətlənir,
Marks müasir dünyadakı ziddiyyətlərin müəyyənləşdirdiyi
gələcəyi yozur.
Tarixçini isə tarixin məqsədi maraqlandırmır. O, hadisələri və
onların nəticələrini izləyir, hərəkətin az və ya çox adekvat
zəruriliyini və yaxud əksinə, hadisələrin sərbəst axannda baş
verən gözlənilməyən halları üzə çıxarır. Deməli, tarixçi faktları
üzə çıxarır və bərpa edir, filosof isə faktları təhlil edir və qiymət
verir; tarixçi keçmiş dünyanı yenidən quraşdırır, filosof isə ona
tənqidi
münasibət
bəsləyir
və
öz
mühakimələrini
məhdudlaşdırmır. Bununla yanaşı sosial fəlsəfənin obyekt və
subyekti tarixin obyekt və subyektindən fərqlənmir. İnsan idrakı
da elə tarixin insan tərəfindən dərk edilməsidir. Ona görə ki, insan
tarixi varlıqdır və yalnız tarix vasitəsilə öz həyatının son- lu
olmasını dərk edir.
Tarixin XX əsr fəlsəfəsində əsas aparıcı tendensiyalardan biri
bütün mövcudatın universal tarixilik ideyasına malik olması
ideyasıdır. Belə hesab edirik ki, tarixilik anlayışı ilk dəfə Hegelin
fəlsəfəsində əsaslandırılıb. Hegeldə söhbət ilk növbədə «yalnız
tarixilik» adlanan xarici və təsadüfi tərəfin əksinə olaraq ağıl və
zərurətə əsaslanan tarixi anlayış məntiq ilə eyni- ləşdirilərək
«əsl», «həqiqi» tarixilikdən söhbət gedir.
Tarixi obyektivizmi tənqid edən K.Yaspers təsdiqləyirdi ki,
tarix xarici «obyekt» kimi insana qarşı duran formada dərk edi-
- Р.Ароп. Избранное: Введение в философию истории. М.-СПб. «Университетская книга»,
2000. с.11.
339
lə bilməz. Tarixi axarın sahili yoxdur ki, insan oraya çıxıb ona öz
münasibətini bildirsin. İnsanlar həmişə tarixin içərisində olur və
onunla birlikdə hərəkət edir. Ona görə də tarix insan idrakı üçün
yalnız daxildən əlçatan olur.
Hegelə görə fəlsəfi ağıl tarixdə yalnız öz-özlüyündə ağlabatan
və zəruri olanı dərk edə bilər. Yaspersin fikrincə isə tarixin fəlsəfi
anlamını zəruri və qanunauyğun olanla məhdudlaşdırmaq əslində
tarixə yolu bağlamaq deməkdir. Tarixi olan hər şey tək və
təkrarolunmazdır. Lakin həm «tarixin təbiətinə», həm də məhz
«tarixin özünə» xas olan zaman hadisələrinin dönməzliyi və
unikallığı hələ öz-özlüyündə tarixin mahiyyətini təşkil etmir.
Yaspersə görə tarixi obyektivizmin aradan götürülməsi zəruri
olaraq tarixi öz-özünü anlayan və izah edən reallıq kimi şərh
etməyi tələb edir. Tarixi gerçəklik yalnız onun şərhi ilə birgə
mövcuddur. Üstəlik, tarix yalnız ona görə mövcuddur ki, insan
varlığı özünü şərh edir və bu yolla özünə (dünyaya) təsir edir.
Tarixi varlıq «istiqamətləndirilən mənlik varlığıdır». Tarixi
düşünmək və yaxud hisslərdə yaşatmaq azdır, onu yalnız
yaşamaq lazımdır, həm də (şəxsi həyat kimi) insanın praktiki
olaraq «yaşadığı» və «düzəltdiyi» şey kimi.
Tarixin fəlsəfəsi hər hansı bir formada tarixin başa çatdığını
nəzərdə tutmadan onu konkret məkanda və bu gün olmasa da,
prinsip etibarilə ağlasığan və mümkün tamamlama şəklində
anlaya bilməz.
Beləliklə, «Bəşər tarixi özünü «tarix» səviyyəsində (tarix fənni
və ya tarixşünaslıq səviyyəsində) dərk edə bilmədiyi üçün o da
fəlsəfənin predmetinə daxil olur və tarixin fəlsəfəsi yaraniD).^
K.Yaspers haqlı olaraq yazmışdır: «Biz özümüzü də başa
düşmək üçün tarixi nə isə bütöv bir şey kimi anlamağa cəhd
göstəririk. Bizim üçün tarix elə bir xatirədir ki, biz onu nəinki
bilirik, həm də bizim həyatın kökü oradadır. Tarix bir dəfə
qurulmuş elə bir əsasdır ki, izsiz-soraqsız itmək istəmiriksə və
insan varlığına öz hədiyyəmizi vermək istəyiriksə, biz həmin
^ S.Xolilov. Kosilmoz tarix və dövlətçilik ənənələri. Bax: Jum. «İpək yolu», № 1.2001, s.22.
340
Dostları ilə paylaş: |