Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə112/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   108   109   110   111   112   113   114   115   ...   164

imkan gerçəklikdə gizlənir, insan zəkası vasitəsilə üzə çıxarılır, 

tələb formasında dəqiq ifadə edilir və məqsəd kimi irəli sürülür. 

İmkanı  reallaşdırmaq,  gerçəyə  çevinnək  əməli  fəaliyyət 

prosesində həyata keçirilir. 

Elmi öncədəngörmə gələcəyi tamamilə dəqiq və tam bilmək, 

özünün  mütləq  həqiqət  olması  iddiasında  deyil.  Hətta  diqqətlə 

yoxlanılan  və  ölçülüb-biçilmiş  proqnozlar  yalnız  müəyyən 

dərəcədə özünü doğruldur. Beləliklə, elmi öncədəngörmə ehtimal 

olunan bilikdir. 

Futurologiya  (lat.  «futurum»  -  gələcək,  yun.  «logos»  -  söz, 

təlim)  hərfi  mənada  gələcək  haqqında  təlim  deməkdir;  geniş 

mənada  futurologiya  vəziyyətin  gələcəyi  haqqında  təsəvvürlər 

məcmusudur, dar mənada isə sosial proseslərin gələcəyini əhatə 

edən  elmi  bilik  sahəsidir.  Futurologiya  tez-tez  proqnoz- 

laşdırmanın sinonimi kimi işlədilir. 

Bir  çox  filosoflar  gələcəyi  elmi  baxımdan  görməyi 

ümumiyyətlə  inkar  edirlər.  Məsələn,  K.Popper  gələcəyi 

əvvəlcədən görməyin mümkünsüzlüyünü sübut edir, çünki onun 

fikrincə,  tarixi  prosesin  vahid  məntiqi  yoxdur,  indi  baş  verən 

tarixi  hadisə  özünə  qapanmış  fraqmentdir  və  yalnız  empirik 

fraqment kimi dərk edilə bilər. 



2. Cəmiyyət və onun tarixinin fəlsəfi təhlili 

2.1.

 

Tarixin fəlsəfəsi 

«Tarixin fəlsəfəsi» termini fransız maarifçisi Volterə məxsus 

olsa  da,  tarixi  inkişafın  ümumi  qanunları  haqqında  məsələni 

birinei dəfə alman maarifçisi İohan Qotfrid Herder (1744- 1803) 

«Bəşəriyyətin tarix fəlsəfəsi ideyasına dair» (1784) əsərində irəli 

sürmüşdür.  O,  həm  də  belə  bir  fikri  əsaslandırırdı  ki,  bütün 

xalqların  iştirak  etdiyi  və  nəticədə  vahid  ümumbəşəri  gələcəyə 

aparan ümumi tarixi proses baş verir. 

«Tarix» deyəndə daha çox: 1) ümumiyyətlə keçmiş

2)

 



keçmişin  yazılı  şəkildə  təsviri;  3)  keçmişin  öyrənilməsi  ilə 

bilavasitə əlaqədə olan peşəkar akademik fənn nəzərdə tutulur. 



338 


Avropa filosoflarının fikrincə tarixin fəlsəfəsi üç mərhələdən 

keçib:  Hegelə  qədər  olan  dövr,  Hegel  dövrü  və  ondan  sonra 

başlayıb indiyə qədər davam edən müasir dövr. 

Fransız sosioloqu R.Aron (1905-1983) yazır: «Ənənəvi tarix 

fəlsəfəsi Hegelin sistemində yekunlaşır. Tarixin müasir fəlsəfəsi 

hegelçilikdən imtina ilə başlayır. İdeal indi bəşəriyyətin təşəkkül 

tapmasının mənasını dərhal müəyyən etmək deyil, və filosof da 

artıq özünü əvvəldən görməyin (bəsirət) sirlərini saxlayan hesab 

etmir».^ 

Kant fəlsəfəni keçmişi mühakimə edən və məqsədi göstərən 

etika ilə qarışdırır, Hegel nə baş vermişsə onunla da kifayətlənir, 

Marks  müasir  dünyadakı  ziddiyyətlərin  müəyyənləşdirdiyi 

gələcəyi yozur. 

Tarixçini isə tarixin məqsədi maraqlandırmır. O, hadisələri və 

onların  nəticələrini  izləyir,  hərəkətin  az  və  ya  çox  adekvat 

zəruriliyini  və  yaxud  əksinə,  hadisələrin  sərbəst  axannda  baş 

verən  gözlənilməyən  halları  üzə  çıxarır.  Deməli,  tarixçi  faktları 

üzə çıxarır və bərpa edir, filosof isə faktları təhlil edir və qiymət 

verir;  tarixçi  keçmiş dünyanı  yenidən quraşdırır,  filosof isə ona 

tənqidi 


münasibət 

bəsləyir 

və 

öz 


mühakimələrini 

məhdudlaşdırmır.  Bununla  yanaşı  sosial  fəlsəfənin  obyekt  və 

subyekti tarixin obyekt və subyektindən fərqlənmir. İnsan idrakı 

da elə tarixin insan tərəfindən dərk edilməsidir. Ona görə ki, insan 

tarixi  varlıqdır  və  yalnız  tarix  vasitəsilə  öz  həyatının  son-  lu 

olmasını dərk edir. 

Tarixin XX əsr fəlsəfəsində əsas aparıcı tendensiyalardan biri 

bütün  mövcudatın  universal  tarixilik  ideyasına  malik  olması 

ideyasıdır. Belə hesab edirik ki, tarixilik anlayışı ilk dəfə Hegelin 

fəlsəfəsində  əsaslandırılıb.  Hegeldə  söhbət  ilk  növbədə  «yalnız 

tarixilik» adlanan xarici və təsadüfi tərəfin əksinə olaraq ağıl və 

zərurətə  əsaslanan  tarixi  anlayış  məntiq  ilə  eyni-  ləşdirilərək 

«əsl», «həqiqi» tarixilikdən söhbət gedir. 

Tarixi  obyektivizmi  tənqid  edən  K.Yaspers  təsdiqləyirdi  ki, 

tarix xarici «obyekt» kimi insana qarşı duran formada dərk edi- 

-  Р.Ароп.  Избранное:  Введение  в  философию  истории.  М.-СПб.  «Университетская  книга», 

2000. с.11. 

339 



lə bilməz. Tarixi axarın sahili yoxdur ki, insan oraya çıxıb ona öz 

münasibətini bildirsin. İnsanlar həmişə tarixin içərisində olur və 

onunla birlikdə hərəkət edir. Ona görə də tarix insan idrakı üçün 

yalnız daxildən əlçatan olur. 

Hegelə görə fəlsəfi ağıl tarixdə yalnız öz-özlüyündə ağlabatan 

və zəruri olanı dərk edə bilər. Yaspersin fikrincə isə tarixin fəlsəfi 

anlamını zəruri və qanunauyğun olanla məhdudlaşdırmaq əslində 

tarixə  yolu  bağlamaq  deməkdir.  Tarixi  olan  hər  şey  tək  və 

təkrarolunmazdır.  Lakin  həm  «tarixin  təbiətinə»,  həm  də  məhz 

«tarixin  özünə»  xas  olan  zaman  hadisələrinin  dönməzliyi  və 

unikallığı  hələ  öz-özlüyündə  tarixin  mahiyyətini  təşkil  etmir. 

Yaspersə  görə  tarixi  obyektivizmin  aradan  götürülməsi  zəruri 

olaraq  tarixi  öz-özünü  anlayan  və  izah  edən  reallıq  kimi  şərh 

etməyi  tələb  edir.  Tarixi  gerçəklik  yalnız  onun  şərhi  ilə  birgə 

mövcuddur. Üstəlik, tarix  yalnız ona görə mövcuddur ki,  insan 

varlığı  özünü  şərh  edir  və  bu  yolla  özünə  (dünyaya)  təsir  edir. 

Tarixi  varlıq  «istiqamətləndirilən  mənlik  varlığıdır».  Tarixi 

düşünmək  və  yaxud  hisslərdə  yaşatmaq  azdır,  onu  yalnız 

yaşamaq  lazımdır,  həm  də  (şəxsi  həyat  kimi)  insanın  praktiki 

olaraq «yaşadığı» və «düzəltdiyi» şey kimi. 

Tarixin fəlsəfəsi hər hansı bir formada tarixin başa çatdığını 

nəzərdə  tutmadan  onu  konkret  məkanda  və  bu  gün  olmasa  da, 

prinsip  etibarilə  ağlasığan  və  mümkün  tamamlama  şəklində 

anlaya bilməz. 



Beləliklə, «Bəşər tarixi özünü «tarix» səviyyəsində (tarix fənni 

və  ya  tarixşünaslıq  səviyyəsində)  dərk  edə  bilmədiyi  üçün  o  da 

fəlsəfənin predmetinə daxil olur və tarixin fəlsəfəsi yaraniD).^ 

K.Yaspers  haqlı  olaraq  yazmışdır:  «Biz  özümüzü  də  başa 

düşmək  üçün  tarixi  nə  isə  bütöv  bir  şey  kimi  anlamağa  cəhd 

göstəririk.  Bizim  üçün  tarix  elə  bir  xatirədir  ki,  biz  onu  nəinki 

bilirik,  həm  də  bizim  həyatın  kökü  oradadır.  Tarix  bir  dəfə 

qurulmuş  elə  bir  əsasdır  ki,  izsiz-soraqsız  itmək  istəmiriksə  və 

insan varlığına öz hədiyyəmizi vermək istəyiriksə, biz həmin 

^ S.Xolilov. Kosilmoz tarix və dövlətçilik ənənələri. Bax: Jum. «İpək yolu», № 1.2001, s.22. 

340 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə