Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə110/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   106   107   108   109   110   111   112   113   ...   164

olan  şüur  (obyektiv  idealizm),  həm  də  insanın  şüuru,  ideyası, 

onun öz mənliyinin təzahürü ola bilər (subyektiv idealizm). 

İdealistlərin  çoxu  hesab  edir  ki,  cəmiyyət  və  onun  inkişafı 

prinsip etibarilə dərkedilməzdir, çox şeylər təsadüflərdən, insan 

şüurunun  çıxardığı  bu  və  ya  digər  nəticələrdən  asılıdır.  Onlar 

deyirlər ki,  cəmiyyət  təbiət kimi  deyil, burada insan şüurundan 

kənarda heç bir obyektiv qanun və inkişaf ola bilməz. 

Göstərmək lazımdır ki, sosial hadisələrin izah edilməsi işində 

idealist  mütəfəkkirlərin  əldə  etdiyi  elmi  nailiyyət  sosial-  fəlsəfi 

fikrin irəliyə doğru sonrakı hərəkətini şərtləndirdi. 

İndiki  dövrdə  bizə  hansı  sosial  fəlsəfə  lazımdır?  Əlbəttə, 

«sülh  fəlsəfəsi»,  «keçid  dövrünün  fəlsəfəsi»,  «milli  həmrəylik 

fəlsəfəsi»  və  s.  adlandırılan  sahələr  sosial  fəlsəfənin  ayrı-ayrı 

fraqmentləri  olsa  da,  sözün  əsl  mənasında  fəlsəfə  deyil.  Bizim 

müasir  həyatımızın  fəlsəfi  cəhətdən  əsaslandırılması  o  zaman 

mümkün  olacaq  ki,  humanizm  dəyərlərinin  və  demokratiyanın 

həyata  keçirilməsinə  yol  açmağa  qadir  olan  yeni  tarix  fəlsəfəsi 

yaradılsın.  Humanizm  və  demokratiyaya  zidd  siyasət  və  onun 

yaratdığı  mənəvi,  o  cümlədən  fəlsəfi  atmosfer  gec-tez  iflasa 

uğrayır.  Böyük fəlsəfi  və etik ideyalar isə ağır sınaqlara məruz 

qalsalar da keçici olmur və əbədi yaşayır. 

1.2.

 

Cəmiyyətin materialist anlayışının mahiyyəti 

Tarixi materializm tərəfdarları hesab edirlər ki, cəmiyyət və 

onun  inkişafı  dərk  ediləndir.  Təbiət  və  cəmiyyəti 

eyniləşdirməyərək  onlar  göstərirlər  ki,  cəmiyyətdə  də  inkişafın 

obyektiv  (şüurdan  asılı  olmayaraq  mövcud  olan)  qanunları 

fəaliyyət göstərir. Lakin bu qanunların öz xüsusiyyətləri var. 

Cəmiyyətdə nə baş verirsə hamısı insanlar, onların müəyyən 

bir məqsədə çatmaq üçün göstərdikləri fəaliyyət, məqsəd, qayğı 

və  cəhdləri  ilə  əlaqədədir.  Tarix  insanlann  öz  məqsədləri  üçün 

fəaliyyət  göstərməsindən  başqa  bir  şey  deyil.  İnsanlar  öz 

tarixlərini  özləri  yaradırlar.  Cəmiyyət  haqqında  dialektik 

materialist baxış - materializmin tarixi öyrənmək sahəsinə tətbiq 

edilməsidir. Yada salaq ki,  materializm təliminə görə, materiya 

bizə duyğularımızda verilən, şüurumuzdan kənar və asılı 



332 


olmayaraq  mövcud  olan  obyektiv  reallıqdır.  Beləliklə,  fəlsəfə 

cəmiyyəti tədqiq edərkən elə etməlidir ki, cəmiyyət materiyanın 

yuxarıda  göstərilən  əlamətlərinə  uyğun  gəlsin,  yəni  şüurdan 

kənarda  mövcud  olsun,  ondan  asılı  olmayaraq  təşəkkül  tapsın, 

nəticədə  isə  ictimai  şüuru  müəyyən  etsin.  İctimai  həyatın  bu 

tərəfini  üzə  çıxarmaq,  marksistlərə  görə,  cəmiyyətin  izahı 

sahəsində  «fəlsəfənin  əsas  məsələsi»ni  materialistcəsinə  həll 

etməkdir. 

İctimai  həyatın  maddi  və  mənəvi  tərəflərinin  qarşılıqlı 

əlaqəsini  göstərmək  üçün  işlədilən  başlanğıc  və  ən  mücərrəd 

kateqoriyalar «ictimai şüur» və «ictimai varlıq» anlayışlarıdır. 

İnsanların  həyata  qədəm  qoyan  hər  yeni  nəsli,  dialektik 

materializmə görə, özünün ictimai varlığını istədiyi kimi yarada 

bilməz, çünki yeni gələn nəsil hazır, yetkin, sabit ictimai varlıqla 

qarşılaşır. Tarix haqqında materialist təlimə görə, nə xarici təbiət, 

nə də insanın öz təbiəti ictimai quruluşun və bəşəriyyət tarixinin 

xarakterini  müəyyən  etmir.  Onların  hər  ikisi  ictimai  istehsalın 

inkişafı  ilə  müəyyən  edilir.  Bu  inkişaf  isə  ikitərəfli  tarixi 

prosesdir:  bir  tərəfdən  insanlar  xarici  təbiəti  dəyişir,  digər 

tərəfdən isə insanın öz təbiəti dəyişir, insan inkişaf edir. 

Marksizmə  görə  cəmiyyətin  ən  çevik,  aparıcı,  həlledici 

faktoru  -  məhsuldar  qüvvələrdir.  «Məhsuldar  qüvvələr  anlayışı 

ilk dəfə elmə ingilis siyasi iqtisadiyyatının klassikləri tərəfindən 

daxil edilmişdir. Onlar bu anlayışı istehsal prosesində zəruri olan 

işçi  qüvvəsi  ilə  əmək  alətlərini  xarakterizə  etmək  üçün  istifadə 

edirlər. Marks məhsuldar qüvvələri yalnız iqtisadi cəhətdən şərh 

etmir. O, burada, bir tərəfdən insanın çoxsahəli qabiliyyətinin üzə 

çıxdığını  aşkar  etdi,  digər  tərəfdən  isə  məhsuldar  qüvvələrin 

spesifik  inkişaf  formasını  kəşf  etdi  və  onu  istehsalın  ictimai 

münasibətləri  və  yaxud  istehsal  münasibətləri  adlandırdı;  bu 

münasibətləri  o  əmək  bölgüsünün  texniki,  texnoloji  və  peşə 

sahəsində işçilər arasında yaranan münasibətlərdən fərqləndirdi. 

İstehsalın ictimai münasibətlərinin 

333 



kəşfi və tədqiqi məhz tarixin materialist anlayışının başlanğıcını 

qoydu».' 

İnsanların  ictimai  varlığı  -  onların  real  həyati  fəaliyyət 

prosesinin içərisində baş verdiyi maddi münasibətlərin məcmuu- 

dur, onların mövcud olduqları maddi şəraitin bütöv birliyidir. 

«İctimai  varlıq»  kateqoriyasının  məzmunu  haqqında 

marksistlər  arasında  mövcud  olan  görüşlər  aşağıdakılardır:  1) 

ictimai varlıq ictimai qanunauyğunluqla eyniyyət təşkil edir; 2) 

ictimai varlıq iqtisadi bazisdir; 3) ictimai varlıq maddi nemətlərin 

istehsal  üsuludur;  4)  ictimai  varlıq  insan  cəmiyyəti  həyatının 

bütün maddi şəraiti və münasibətlərdir və s. 

Marksist  fəlsəfə  sübut  etməyə  çalışır  ki,  ictimai  varlıq  elə 

obyektiv ictimai reallıq, elə sosial materiyadır ki, ictimai şüurda 

əks olunur, onu müəyyənləşdirir və son nəticədə onun hərəkətini 

şərtləndirir.  İctimai şüur cəmiyyətin özü-özünü, özünün ictimai 

varlığını və əhatə olunduğu  gerçəkliyi  başa düşməsidir.  İctimai 

şüur fərdi şüurdan ayrı mövcud deyil, fəqət o ayn-ayn adamların 

şüurlarının sadəcə olaraq cəmi də deyil. 

Təbiətin  insan  tərəfindən  dəyişdirilən  predmetləri  materiya 

olaraq qalır. Marksist fəlsəfəyə görə onlar yalnız maddi ictimai 

münasibətlər  sisteminə  cəlb  ediləndən  sonra  ictimai  varlıq 

olurlar.  Beləliklə,  ictimai  varlığın  əşyavi  elementləri  ilk  olaraq 

maddi  cəhətdən  təşkilatlanmalı,  ondan  sonra  maddi  ictimai 

münasibətlər  sistemində  işlənməlidir.  Marksistlər  sübut  etməyə 

çalışırlar  ki,  əmək  ictimai  həyatın  əsasıdır.  Əmək  fəaliyyəti 

olmadan  cəmiyyət  nə  yarana  bilər,  nə  də  mövcud  ola  bilər. 

İctimai varlıq ümumiyyətlə varlıqdan ayrılır. Həyat üçün zəruri 

olan maddi nemətləri istehsal edən insanlar özlərinin maddi həyat 

prosesinin  sosial  forması  kimi  zəruri  olaraq  həm  də  özlərinin 

ictimai  (istehsal)  münasibətlərini  istehsal  edirlər.  Bu 

münasibətlər  təbii  olaraq  insanların  əmək  fəaliyyəti  prosesində 

meydana  gəlir.  Deməli,  insanlar  şüurlu  olaraq  maddi  nemətlər 

istehsal  edir,  lakin  onların  istehsal  fəaliyyətinin  sosial  nəticəsi, 

məhz onlar arasında yaranan istehsal münasibətləri in- 



' Т.И.Ойзсрман. Материалистическое понимание истории: плюсы и минусы. - Вах: Жури. 

«Вопросы философии». № 2. 2001, с.6. 

334 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə