Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə114/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   110   111   112   113   114   115   116   117   ...   164

Bu  konsepsiya  Qərbi  Avropanın  nəzəri  fikri  çərçivəsində 

meydana  gəlmiş  və  formalaşmışdı.  Avropanın  tarixi  yolunun 

ümumiləşdirilməsi  kimi  irəli  sürülən  formasiya  nəzəriyyəsi 

sonralar  sadəcə  olaraq,  heç  bir  qeyd-şərtsiz  bütün  dünyaya  aid 

edilmişdi. 

Tarixi  inkişafın  sonrakı  gedişi  Marksm  formasiya 

nəzəriyyəsinin  universal  xarakter  daşıdığı  fikrinin  əsassız 

olduğunu göstərdi. Doğrudur, 70 ildən çox bir müddətdə keçmiş 

Sovet  İttifaqında  qəti,  ehkamçı  (doqmatik)  tarixi-fəlsəfi  sxem  - 

beş formasiya sxemi hökmran olmuşdu. Bu təlimi bayağı şəkildə 

izah edən, onu bütün ölkələr və xalqlar üçün ümumi, məcburi yol 

hesab  edən  nəzəriyyəçilər  yaddan  çıxarırdılar  ki,  Marksm  özü 

belə «ümumi yol»un labüdlüyünü, bütün xalqların hök- mən, tale 

qisməti kimi bu yolla getməsini inkar etmişdir. 

K.Marks üç böyük ictimai  formasiyanın  olduğunu demişdir. 

Son  variantda*’  o,  aşağıdakı  formasiyalan  ayırır:  ilk  -  ictimai 

formasiya (ümumi mülkiyyət), ikinci - ictimai formasiya (xüsusi 

mülkiyyət)  və  üçüncü  -  ictimai  formasiya  (ictimai  mülkiyyət). 

Bununla belə  yalnız ikinci  formasiya  iqtisadi-ictimai  formasiya 

kimi  xarakterizə  edilir.  Bu  formasiyanın  ardıcıl  mütərəqqi 

mərhələləri  kimi  ümumi  şəkildə  Asiya,  antik,  feodal  və  buıjua 

istehsal  üsullanm  ayırmışdır.  Bu  dövrləri  də  o,  dar  mənada 

ictimai formasiya adlandırırdı. 

Lakin XX  əsr marksistlərinin əksəriyyəti hesab  edirdilər ki, 

hər bir cəmiyyət guya bu və ya digər dərəcədə beş formasiyadan 

birinin xarakterinə uyğun gələn əlamətlərə malikdir. Əgər tarixi 

gerçəkliyin  «ideal  tipə»  uyğun  gəlməsinə  nail  olunması  (belə 

hallar kifayət qədər var) çətin olsa və yaxud heç mümkün olmasa, 

onda  qeyd  edilirdi  ki,  həmin  ictimai  struktur  özünəməxsus 

məhəlli  (lokal)  cəmiyyətdir  və  yaxud  lazımi  ictimai  inkişaf 

səviyyəsinə çatmayan quruluşdur. Belə izahlara baxmayaraq elə 

0 dövrdə də bu nəzəriyyənin universal xarakter daşıdığına şübhə 

vardı. 

Qərb  fəlsəfəsi  tarixi  prosesin  pillələri  haqqında.  Ümum- 

dünya tarixinin əsas pillələrinin müəyyənləşdirilmə və onun 

' Bax: K.MapKC 

H

 .ƏHrenbc. ComiHCHHa, T.19, 



c.419. 

344 


dövrlərə  bölünməsi  problemi  XVII-XVIII  əsrlərdə  meydana 

gəldi.  Bu  problemin  həlli  ictimai  inkişafın  həyati  tələbatına 

çevrildi.  Əvvəlcə  dünyanın  Allah  tərəfindən  yaradılmasından 

başlayan  Bibliya  müddəaları  tarixi  prosesin  bölünməsinin  əsası 

kimi götürüldü. Sonralar tarix qədimdə dörd böyük imperiyanın: 

Assuriya-Babilistan,  Midiya-İran,  yunan-Makedoniya,  Roma 

imperiyalannm mövcudluğundan başlayaraq dörd dövrə bölündü: 

qədim  dövr,  orta  əsrlər,  yeni  və  ən  yeni  dövr.  Bu  sxemə  görə 

qədim dövr antik sivilizasiyasının dağılmasına qədər davam edir. 

Sonra orta əsrlər başlayır. Orta əsr və yeni tarixin sərhəddi Bizans 

imperiyasının  süqutu  və  Konstantinopolun  türklər  tərəfindən 

tutulması (1453) və yaxud İntibah mədəniyyətinin inkişafı dövrü 

hesab  edilir.  Göründüyü  kimi,  tarixin  ənənəvi  olaraq  dövrlərə 

bölünməsi tamamilə sərbəst müəyyənləşdirilir. 

Avropa  tarix  fəlsəfəsində  tarixi  proseslərin  dövrlərə 

bölünməsini  daha  dərindən  əsaslandırmaq  cəhdləri  meydana 

gəlir. Belə axtarışlar cəmiyyətin inkişafında keyfiyyətcə irəliləyiş 

axtarmağa  cəhd  göstərən  alman  klassik  fəlsəfəsinin  təmsilçiləri 

üçün daha xarakterikdir. Məsələn, Kant tarixi mərhələlərin daxili 

dinamikasını 

cəmiyyətin 

əxlaqi 


muxtariyyətinə 

doğru 


hərəkətində görürdü. Fixteyə görə isə insan məxluqu özünün bu 

dünyadakı həyatının məqsədinə doğru yolda beş epoxadan keçir. 

Bu  epoxalar  insan  ağlının  inkişaf  dərəcəsinə,  fərdin  mənlik 

şüurunun  səviyyəsinə  görə  fərqlənir.  Müvafiq  olaraq  beş 

epoxanın  olduğu  göstərilir:  ağıl  instinkti,  ağıl  nüfuzunun 

hökmranlığı,  ağıl nüfuzundan azad olmaq, ağılın yaratdığı  elm, 

ağılın yaratdığı sənət. 

«Xalqın  ruhu»  kateqoriyasının  köməkliyi  ilə  Hegel  ictimai 

formaların və onların təkamülünün konkret-tarixi təhlilinə aparan 

yolu tapmağa cəhd göstərmişdir. Onun şərhində «xalqın ruhu» öz 

inkişafının  tarixi  pillələrinə  münasibətdə  müəyyəndir  və  özünü 

dövlətin,  konstitusiyanın,  mənəvi  həyatın,  dinin,  incəsənətin, 

elmin keyfiyyətcə xüsusi formalarında göstərir. O, tarixi prosesin 

başlanğıc  nöqtəsi  kimi  Şərqi  götürür,  sonra  antik  dövr  gəlir  və 

alman dövrü ilə bu prosesi tamamlayır. Nəticə 

345 



etibari  ilə  Hegel  dünya  tarixini  Allahın  iradəsinə  bağlayır.  O, 

göstərirdi ki, dünyanın tarixi mahiyyətcə Allahın həyatıdır. 

Hegelin müasiri Sen-Simon tarixi epoxaları fəlsəfi görüşlərin 

xarakterinə  görə  ayırırdı.  O,  ictimai  inkişafı  üç  əsas  mərhələyə 

bölürdü: teoloji, metafıziki və pozitiv mərhələ. 

Filosof və sosioloqların çoxu cəmiyyətin inkişafında obyektiv 

qanun  və  qanunauyğunluqların  mövcudluğunu  inkar  edirlər. 

Onların  fikrincə,  cəmiyyətin  tarixi  insan  nəslinin  və  müxtəlif 

sivilizasiyaların bir-birini əvəz etməsi, bir-birinin arxasınca gələn 

hadisə  və  faktlardır.  Əgər  vaxtilə,  iki  yüz  və  yaxud  beş  yüz  il 

əvvəl bu və ya başqa dövlət xadimi, hökmdar başqa cür hərəkət 

etsəydi,  indi  hər  şey  tamamilə  başqa  cür  ola  bilərdi.  Məsələn, 

ingilis tarixçisi və sosioloqu Amold Toynbi (1889- 1975) məhz 

buna  oxşar  fikir  irəli  sürür.  Özünün  on  iki  cildlik  «Tarixi 

tədqiqatlar» əsərində o, belə bir fikri əsaslandırır ki, ümumdünya 

tarixi ayrı-ayrı nisbətən qapalı sivilizasiyaların tarixinin cəmidir. 

A.Toynbi  bununla  belə  bəşəriyyətin  vahidliyini  hiss  edir, 

avrosentrizmə qarşı çıxış edirdi. Onun dediyinə görə Qərb - insan 

sivilizasiyasının başı. Şərq - ürəyidir. 

Başqa  bir  nöqteyi-nəzər  də  yayılıbdır:  tarix  -  ruhu  dərk 

etməkdir.  Tarix  tarixçinin  şüurunda  keçmişin  fikrini  yenidən 

canlandırmaqdan başqa bir şey deyil. Tarixi bilik ruhun keçmişdə 

törətdiklərini  öyrənmək  və  onları  yenidən  yaratmaq, 

canlandırmaq,  bir  sözlə  keçmiş  əməlləri  indiki  zamanda 

əbədiləşdirməkdir. 

Amerika filosofu Alvin  Toffler öz həyat  yoldaşı  Haydi Tof- 

flerlə  birgə  yazdığı  «Yeni  sivilizasiyanın  yaradılması.  Üçüncü 

dalğa  siyasəti»  kitabında  sivilizasiyanın,  yəni  cəmiyyətin 

inkişafını  üç  mərhələyə  bölür:  L  Aqrar  mərhələ  ən  qədim 

dövrdən başlayaraq XVII-XVIII əsrə qədər, yəni Qərbi Avropada 

aqrar inkişafın sənaye istehsalı tərəfindən dayandırılmasına qədər 

davam  edir.  Torpaq  aqrar  sivilizasiyanın  əsasını  təşkil  edir.  2. 



İndustrial mərhələ indi də davam edir, çünki, hələ çox ölkələr bu 

inkişaf  mərhələsini  keçməyiblər.  Bu  mərhələnin  əsasını  maşın, 

dəzgah,  texnika,  kütləvi  konveyer,  kütləvi  təhsil,  kütləvi 

mədəniyyət təşkil edir. 3. Postindustrial mərhələ 



346 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə