Bu konsepsiya Qərbi Avropanın nəzəri fikri çərçivəsində
meydana gəlmiş və formalaşmışdı. Avropanın tarixi yolunun
ümumiləşdirilməsi kimi irəli sürülən formasiya nəzəriyyəsi
sonralar sadəcə olaraq, heç bir qeyd-şərtsiz bütün dünyaya aid
edilmişdi.
Tarixi inkişafın sonrakı gedişi Marksm formasiya
nəzəriyyəsinin universal xarakter daşıdığı fikrinin əsassız
olduğunu göstərdi. Doğrudur, 70 ildən çox bir müddətdə keçmiş
Sovet İttifaqında qəti, ehkamçı (doqmatik) tarixi-fəlsəfi sxem -
beş formasiya sxemi hökmran olmuşdu. Bu təlimi bayağı şəkildə
izah edən, onu bütün ölkələr və xalqlar üçün ümumi, məcburi yol
hesab edən nəzəriyyəçilər yaddan çıxarırdılar ki, Marksm özü
belə «ümumi yol»un labüdlüyünü, bütün xalqların hök- mən, tale
qisməti kimi bu yolla getməsini inkar etmişdir.
K.Marks üç böyük ictimai formasiyanın olduğunu demişdir.
Son variantda*’ o, aşağıdakı formasiyalan ayırır: ilk - ictimai
formasiya (ümumi mülkiyyət), ikinci - ictimai formasiya (xüsusi
mülkiyyət) və üçüncü - ictimai formasiya (ictimai mülkiyyət).
Bununla belə yalnız ikinci formasiya iqtisadi-ictimai formasiya
kimi xarakterizə edilir. Bu formasiyanın ardıcıl mütərəqqi
mərhələləri kimi ümumi şəkildə Asiya, antik, feodal və buıjua
istehsal üsullanm ayırmışdır. Bu dövrləri də o, dar mənada
ictimai formasiya adlandırırdı.
Lakin XX əsr marksistlərinin əksəriyyəti hesab edirdilər ki,
hər bir cəmiyyət guya bu və ya digər dərəcədə beş formasiyadan
birinin xarakterinə uyğun gələn əlamətlərə malikdir. Əgər tarixi
gerçəkliyin «ideal tipə» uyğun gəlməsinə nail olunması (belə
hallar kifayət qədər var) çətin olsa və yaxud heç mümkün olmasa,
onda qeyd edilirdi ki, həmin ictimai struktur özünəməxsus
məhəlli (lokal) cəmiyyətdir və yaxud lazımi ictimai inkişaf
səviyyəsinə çatmayan quruluşdur. Belə izahlara baxmayaraq elə
0 dövrdə də bu nəzəriyyənin universal xarakter daşıdığına şübhə
vardı.
Qərb fəlsəfəsi tarixi prosesin pillələri haqqında. Ümum-
dünya tarixinin əsas pillələrinin müəyyənləşdirilmə və onun
' Bax: K.MapKC
H
.ƏHrenbc. ComiHCHHa, T.19,
c.419.
344
dövrlərə bölünməsi problemi XVII-XVIII əsrlərdə meydana
gəldi. Bu problemin həlli ictimai inkişafın həyati tələbatına
çevrildi. Əvvəlcə dünyanın Allah tərəfindən yaradılmasından
başlayan Bibliya müddəaları tarixi prosesin bölünməsinin əsası
kimi götürüldü. Sonralar tarix qədimdə dörd böyük imperiyanın:
Assuriya-Babilistan, Midiya-İran, yunan-Makedoniya, Roma
imperiyalannm mövcudluğundan başlayaraq dörd dövrə bölündü:
qədim dövr, orta əsrlər, yeni və ən yeni dövr. Bu sxemə görə
qədim dövr antik sivilizasiyasının dağılmasına qədər davam edir.
Sonra orta əsrlər başlayır. Orta əsr və yeni tarixin sərhəddi Bizans
imperiyasının süqutu və Konstantinopolun türklər tərəfindən
tutulması (1453) və yaxud İntibah mədəniyyətinin inkişafı dövrü
hesab edilir. Göründüyü kimi, tarixin ənənəvi olaraq dövrlərə
bölünməsi tamamilə sərbəst müəyyənləşdirilir.
Avropa tarix fəlsəfəsində tarixi proseslərin dövrlərə
bölünməsini daha dərindən əsaslandırmaq cəhdləri meydana
gəlir. Belə axtarışlar cəmiyyətin inkişafında keyfiyyətcə irəliləyiş
axtarmağa cəhd göstərən alman klassik fəlsəfəsinin təmsilçiləri
üçün daha xarakterikdir. Məsələn, Kant tarixi mərhələlərin daxili
dinamikasını
cəmiyyətin
əxlaqi
muxtariyyətinə
doğru
hərəkətində görürdü. Fixteyə görə isə insan məxluqu özünün bu
dünyadakı həyatının məqsədinə doğru yolda beş epoxadan keçir.
Bu epoxalar insan ağlının inkişaf dərəcəsinə, fərdin mənlik
şüurunun səviyyəsinə görə fərqlənir. Müvafiq olaraq beş
epoxanın olduğu göstərilir: ağıl instinkti, ağıl nüfuzunun
hökmranlığı, ağıl nüfuzundan azad olmaq, ağılın yaratdığı elm,
ağılın yaratdığı sənət.
«Xalqın ruhu» kateqoriyasının köməkliyi ilə Hegel ictimai
formaların və onların təkamülünün konkret-tarixi təhlilinə aparan
yolu tapmağa cəhd göstərmişdir. Onun şərhində «xalqın ruhu» öz
inkişafının tarixi pillələrinə münasibətdə müəyyəndir və özünü
dövlətin, konstitusiyanın, mənəvi həyatın, dinin, incəsənətin,
elmin keyfiyyətcə xüsusi formalarında göstərir. O, tarixi prosesin
başlanğıc nöqtəsi kimi Şərqi götürür, sonra antik dövr gəlir və
alman dövrü ilə bu prosesi tamamlayır. Nəticə
345
etibari ilə Hegel dünya tarixini Allahın iradəsinə bağlayır. O,
göstərirdi ki, dünyanın tarixi mahiyyətcə Allahın həyatıdır.
Hegelin müasiri Sen-Simon tarixi epoxaları fəlsəfi görüşlərin
xarakterinə görə ayırırdı. O, ictimai inkişafı üç əsas mərhələyə
bölürdü: teoloji, metafıziki və pozitiv mərhələ.
Filosof və sosioloqların çoxu cəmiyyətin inkişafında obyektiv
qanun və qanunauyğunluqların mövcudluğunu inkar edirlər.
Onların fikrincə, cəmiyyətin tarixi insan nəslinin və müxtəlif
sivilizasiyaların bir-birini əvəz etməsi, bir-birinin arxasınca gələn
hadisə və faktlardır. Əgər vaxtilə, iki yüz və yaxud beş yüz il
əvvəl bu və ya başqa dövlət xadimi, hökmdar başqa cür hərəkət
etsəydi, indi hər şey tamamilə başqa cür ola bilərdi. Məsələn,
ingilis tarixçisi və sosioloqu Amold Toynbi (1889- 1975) məhz
buna oxşar fikir irəli sürür. Özünün on iki cildlik «Tarixi
tədqiqatlar» əsərində o, belə bir fikri əsaslandırır ki, ümumdünya
tarixi ayrı-ayrı nisbətən qapalı sivilizasiyaların tarixinin cəmidir.
A.Toynbi bununla belə bəşəriyyətin vahidliyini hiss edir,
avrosentrizmə qarşı çıxış edirdi. Onun dediyinə görə Qərb - insan
sivilizasiyasının başı. Şərq - ürəyidir.
Başqa bir nöqteyi-nəzər də yayılıbdır: tarix - ruhu dərk
etməkdir. Tarix tarixçinin şüurunda keçmişin fikrini yenidən
canlandırmaqdan başqa bir şey deyil. Tarixi bilik ruhun keçmişdə
törətdiklərini öyrənmək və onları yenidən yaratmaq,
canlandırmaq, bir sözlə keçmiş əməlləri indiki zamanda
əbədiləşdirməkdir.
Amerika filosofu Alvin Toffler öz həyat yoldaşı Haydi Tof-
flerlə birgə yazdığı «Yeni sivilizasiyanın yaradılması. Üçüncü
dalğa siyasəti» kitabında sivilizasiyanın, yəni cəmiyyətin
inkişafını üç mərhələyə bölür: L Aqrar mərhələ ən qədim
dövrdən başlayaraq XVII-XVIII əsrə qədər, yəni Qərbi Avropada
aqrar inkişafın sənaye istehsalı tərəfindən dayandırılmasına qədər
davam edir. Torpaq aqrar sivilizasiyanın əsasını təşkil edir. 2.
İndustrial mərhələ indi də davam edir, çünki, hələ çox ölkələr bu
inkişaf mərhələsini keçməyiblər. Bu mərhələnin əsasını maşın,
dəzgah, texnika, kütləvi konveyer, kütləvi təhsil, kütləvi
mədəniyyət təşkil edir. 3. Postindustrial mərhələ
346
Dostları ilə paylaş: |