İldir. Deməli, öz-özünə kifayətin mühitə münasibəti qarşılıqlı
mübadilə münasibətlərinin sabitliyi və özünün işləməsi naminə
nəzarət qabiliyyəti deməkdir. Bu nəzarət hər hansı pozuntunun
qarşısını almaq qabiliyyətindən başlayaraq mühit ilə
münasibətini özü üçün əlverişli şəkildə qurmaq qabiliyyətinə
qədər müxtəlif formada görünə bilər».^^
Cəmiyyəti öyrənmək məsələsində fəlsəfi və ümumi sosioloji
münasibətləri fərqləndirmək zəruridir. Onların tədqiqat
obyektinin - cəmiyyətin ümumiliyi ilə şərtlənən ortaq cəhətləri
olsa da bir-birindən fərqlənirlər. Sosiologiyanı əsasən «sosial
struktur» termini ilə göstərilən tərəf maraqlandınr. Bu, sosial
sistemin ayrı-ayrı elementlərini bir bütöv halında birləşdirmək və
təşkil etmək üsuludur.
Cəmiyyət anlayışının fəlsəfi mənası - fərdlərin bir bütöv kimi
əlaqə tipinin xüsusiyyətlərini müəyyənləşdirməkdən ibarətdir.
Belə əlaqələrin əsas tipləri bəzən mənəvi (Avqustin, əl-Qəzali,
T.Akvinat və b.), bəzən konvensional (şərti) (XVII- XVIII əsrin
bir sıra Avropa filosofları), bəzən isə insanlann qarşılıqlı
münasibətinə əsaslanan maddi amillərlə (Marks) xarakterizə
olunur.
Cəmiyyət həmişə konkret-tarixi formada mövcud olur. İlk
belə forma qəbilə cəmiyyəti olmuşdur. Əgər insan cəmiyyətinin
təşəkkül prosesi qəbilənin yaranması ilə başa çatırsa, insanın
formalaşması müasir tip insanın, yəni şüurlu insanın (Ho- mo
sapiens) meydana gəlməsi ilə başa çatır.
İnsan cəmiyyəti - sabitliyi qoruyub saxlama ilə dəyişmənin,
yaranma ilə doğulma prosesinin qarşılıqlı nisbətinin tamamilə
yeni tipidir. Bu proseslərin maddi və mənəvi, ictimai və şəxsi,
əbədi və keçici, zəruri və azad forma və mexanizmləri haqqında
aydın, dəqiq bilik indiki dövrdə təxirəsalınmaz qlobal, regional
və lokal problemlərin səmərəli həlli üçün zəruri şərtdir.
’5 Т.Парсонс. Система совре.мсииых обществ. M.. «Аспект-Пресс». 1988, с.20.
371
3.3. Cəmiyyət və təbiətin qarşılıqlı təsiri
İ Təbiətin yaranma tarixi insanın özünün yaranma tarixindən
ayrılmazdır. İnsanın təşəkkülü (antropogenez) və cəmiyyətin
təşəkkülü (sosiogenez) qarşılıqlı əlaqədə, birinin başqasını
şərtləndirdiyi şəraitdə baş verən vahid prosesin iki tərəfidir.
Təbiət və cəmiyyətin qarşılıqlı münasibəti fəlsəfənin və bütün
humanitar biliyin daimi və aktual problemidir. Bəşəriyyət
planetimizin canlı və cansız sferası ilə hansı münasibətdədir,
onlar bundan sonra da yanaşı yaşaya biləcəkmi və onların birgə
inkişafı mümkün olacaqmı? Bu iqtisadiyyata, siyasətə, əxlaqa,
incəsənətə, dinə və s. toxunan ən aktual və kəskin problemlərdir.
Təbiət və cəmiyyət arasında kəskin uçurum ola bilməz:
cəmiyyət daha böyük bütövün - təbiətin bir hissəsidir. Lakin
onların hər birinin öz xüsusiyyətləri var. Cəmiyyət təbiət ilə öz
keçmişi, bu günü və gələcəyi ilə bağlıdır.
Təbii mühitin xarakteri sosial mühitin xarakterini deyil,
əksinə, sosial mühitin xarakteri insanın əmək fəaliyyəti sferasına
cəlb edilən və müvafiq olaraq cəmiyyət həyatına təsir edən təbii
mühitin xarakterini müəyyən edir. Təbiətlə qarşılıqlı təsir
prosesində insan həmişə fəal tərəf kimi çıxış edir.^
Təbiətin inkişaf prosesində insan və cəmiyj^tin təşəkkül tapıb
inkişaf etməsi üçün ilkin iqlim və bioloji şərtlər formalaşır.
Təbiət cəmiyyətə çoxtərəfli və müxtəlif tərkibli (məkan və
zamanda) təsir göstərir. Bu təsir xüsusilə təbii şərait və
texnologiyanın inkişaf səviyyəsi ilə şərtlənİE^^
Mövcud olduğu ilk vaxtlarda insan dem^olar ki, təbiətlə bir
idi, özünü mənəvi cəhətdən ondan ayırmırdı. Bu insanın
inkişafının ilk mərhələsi idi. Bu dövrdə təbiət və cəmiyyətin
qarşılıqlı münasibətlərində kortəbii tarazlıq mövcud idi.
Sonralar insan təbiətdən daha çox aynimağa başlayır. Təbiəti
dəyişərək insan onu öz tələbatına uyğunlaşdırır və bu halda
yalnız şəxsi mənafeyi ilə hesablaşır, bu hərəkətin təbiət üçün
hansı nəticələr verəcəyi haqqında fikirləşmir. Təbiət cəmiyyəti
təmin etmir və cəmiyyət öz hərəkətləri ilə onu dəyi-
372
şir. Maddi istehsal vasitəsilə cəmiyyət təbiətə özünün əsas və
ciddi təsirini göstərir: təbii ehtiyatlardan istifadə edərək, onlan
tətbiq edib dəyişdirərək təbiəti çirkləndirir və həm də müdafiə
etmək istəyir. Təbiət üzərində hökmranlığa can atmaq onun
dağılmasına aparır, istehsal üçün daha çox miqdarda maddə və
eneıji növlərindən istifadə etmək təbii sərvətlərin talan
edilməsinə, insanın təbiətdən ayrılmasına, onların bir-birinə ya-
bançılaşmasma gətirib çıxarır. Bu ikinci mərhələdir.
Üçüncü mərhələnin vəzifəsi cəmiyyətin təbiətdən
ayrılmasını aradan qaldırmaq, bütün əvvəlki inkişafın
nailiyyətləri əsasında onların birliyini bərpa etməkdir. Təbiətin
özü cəmiyyətin həyat fəaliyyətinin rasional təşkil olunması
prosesinin momenti olur.
Ekoloji mürəkkəbləşmələr, təbiət və cəmiyyət arasındakı
maddələr mübadiləsində tarazlığın pozulması, həyati proseslərin
baş verdiyi və insanın yaşayış şəraitinin formalaşdığı torpaq, su
və hava sferasının çirklənməsi göstərir ki, insanın təbiətlə təsir
vasitələri hələ mükəmməl deyil.
İnsan və təbiətin qarşılıqlı təsir problemi həmişə dərin fəlsəfi
marağın predmeti olmuşdur. Bu problemə bu və ya digər
dərəcədə insanın Kainatda yerini və rolunu müəyyənləşdirməyə
səy göstərən böyük mütəfəkkirlər müraciət etmişlər.
Təbii proseslər ilə tarixi proseslər çox hallarda oxşar olurlar.
Təbii proseslər nə qədər təkrar olunsalar da, özlərində nə isə yeni,
əlavə bir şey daşıyırlar. Lakin eyni zamanda təbiətdə baş verən
proseslər tarixi proseslərdən fərqlənirlər. Məsələn, geoloji
dövrlərin ardıcıllığı cəmiyyətdəki tarixi ardıcıllıqla eyni deyil.
Hadisələrin ardıcıllığı o vaxta qədər tarixi ardıcıllıq olmur ki, onu
təşkil edən hərəkətlər heç olmasa prinsip etibari ilə tarixçinin
şüurunda yenidən canlandınla bilsin. Hegel doğru olaraq
göstərirdi ki, insan həyatından kənarda, rasional həyatdan,
düşünən varlığın həyatından kənarda tarix yoxdur. Bütün tarix
fikir tarixidir.
Hegelə görə insanın başında ona görə ideya olur ki, insanın
düşünmək qabiliyyəti var. Əgər ideya öz mövcudluğunda
düşünən insandan asılı olmasaydı, onda nə insan olardı, nə də
373
Dostları ilə paylaş: |