ingilis linqvistik fəlsəfəsi adi elmi meyarlarla təsnif oluna bilməz,
çünki belə olduqda onun mənası məhv edilir.
Analitik
fəlsəfəyə
qarşı
durmaq
Mak
İntayrın
yaradıcılığında əhəmiyyətli iz buraxmışdı. O, yazırdı: «...Şimali
Amerikanın vacib üstünlüklərindən biri odur ki, bura elə yerdir
ki, burada müxtəlif mədəniyyətlər görüşür və müxtəlif tarixlər
bir-birinə qarşılıqlı təsir göstərirlər. Burada müxtəlif Avropa
keçmişi. Afrika və Asiya keçmişi, əlbəttə köklü amerikalılann
keçmişi ilə himayə edilən münaqişənin, ənənə ilə liberal
müasirlik arasındakı münaqişənin zəruriliyini başa düşmək
lazımdır. Əlbəttə, mənim diqqət mərkəzimdə duran əxlaq
fəlsəfəsi problemləri Şimali Amerika mədəniyyəti üçün çox
vacibdir. Burada yaşayaraq və işləyərək mən bu problemlərin
vacibliyini başa düşürəm».
Tomas S.Kun (1922) XX əsr Amerika fəlsəfəsində xüsusi
yeri olan alimdir. Onun konsepsiyasını pozitivizmdən
fərqləndirən cəhət elmin böyük zaman kəsiyində inkişafını
təsvir etmək üçün irəli sürdüyü «elmi paradiqma» (nəzəri
nümunə, model) anlayışıdır. Elmi fəaliyyət həqiqətdə bir-birini
əvəz edən iki mərhələ çərçivəsində həyata keçirilir; «normal
elm» və «inqilabi dönüş» mərhələləri.
Kun sübut edir ki, elmin inkişafı üçün fasiləsizlikdən daha
çox fasiləlilik xarakterikdir. Məhz radikal fasiləlik yeni və
köhnə paradiqmalar arasındakı rabitəni pozur. Müxtəlif para-
diqmalarda eyni sözlər müxtəlif şeyləri «ifadə edir», o dərəcədə
müxtəlif ki, paradiqmaları müqayisə oluna bilməyən hala
gətirir. Məhz paradiqmaların müqayisə oluna bilməməsi (eyni
meyarla ölçülə bilməməsi) anlayışı Kunu neopozitivizmə qarşı
kəskin müxalifətə gətirir. O, sübut edir ki, universal elmi metod
yoxdur.
Yenə orada, s.l83.
194
4.
Fenomenologiya. Edmund Husserl
Fenomenologiya (yun. «phainomen»-təzahür edən və «lo-
gos»-söz, təlim) elə fəlsəfi cərəyandır ki, fəlsəfi şüuru, subyekt və
obyekti kəskin şəkildə bir-birindən ayıran naturalist fikirlərdən
azad etməyə, idrakın, insanın mövcudluğunun və mədəniyyətin
ilkin əsasını tapıb üzə çıxarmağa səy göstərir. Əgər klassik
fəlsəfədə fenomenologiya məntiq və metafizika sistemlərinə giriş
olmuşsa, XX əsr Avropa fəlsəfəsində o «təmiz şüurun» və insanın
mövcudluğunun aprior strukturunun təhlili metodu kimi çıxış
edir.
XX əsrin əvvəllərində fenomenologiyanın fəlsəfədə
müəyyən istiqamət kimi meydana gəlməsi alman filosofu
EMusserlin (1859-1938) adı ilə bağlıdır. Onun fikrinə görə təbiət
və tarix haqqında elmlərin özlərinin də əsaslandınlmağa müəyyən
ehtiyacı var. Belə əsaslandırmanı isə yalnız şüur fenomenləri
haqqında ciddi elm olan fenomenologiya kimi fəlsəfə verə bilər.
Husserl psixologizmi kəskin tənqid edirdi. Onun çıxardığı nəticə
birmənalı idi: müxtəlif elmlər arasındakı mövcud əmək
bölgüsündə psixologiya fəlsəfəni əvəz etməyə qadir deyil. İnsan
varhğmın mənası yalnız fəlsəfə tərəfindən açıla bilər.
Husserl hesab edirdi ki. Subyektin - «Mən»in psixi təcrübəsi
psixi həyəcan keçirməkdən başlayır. Burada predmetin özü, həm
də onun mahiyyəti verilir. Hər cür psixi həyəcan fenomen kimi
çıxış edir. Husserlin fəlsəfəsində fenomen şüurda təzahür edən
hadisə kimi təsvir edilir. Onun «geriyə - təcrübə, müşahidəyə
doğru» çağırışı fenomenoloji metodun başlanğıcı oldu.
Husserl inandırmağa çalışırdı ki, intuitiv təcrübədən başlayan
idrak doğru nəticəyə gətirməlidir. «...Heç bir düşünülən
nəzəriyyə bizi prinsiplərin prinsipinə şübhə etməyə məcbur edə
bilməz: ilk mənbədən verilən hər bir seyrçi düşüncə idrakın
qanuni mənbəyidir. İlk mənbənin özündən gələn «intui- siya»da
bizə nə təklif olunursa (necə deyərlər, əsl canlı gerçəklik)
hamısını olduğu kimi, lakin yalnız təklif olunanın öz çərçivəsində
qəbul etmək lazımdır».
''■* Э.Гуссерль. li.'ieıı к чисто» феноменологи» » феноменологической философии. М. «Дом
интсллектушнлюн книги». 1999, с.60.
195
Husserl sonsuz kainatın da yalnız təcrübə vasitəsi ilə dərk
edildiyini göstərir: «Mən dünyanı məkanda sonsuz dərəcədə
geniş yayılmış, zamanda sonsuz olaraq yaranan və yerləşən
halda dərk edirəm. Mən onu hər şeydən əvvəl təcrübə vasitəsi
ilə dərk edir və bilavasitə əyani olaraq orada tapıram».'^®
Husserl göstərirdi ki, bütün elmlər, o cümlədən dəqiq elmlər
də mükəmməl deyil. Elmin mənasını axtaran filosof məhz
fəlsəfəyə müraciət edir, lakin burada xaosla rastlaşır. «Mən
demirəm ki, fəlsəfə mükəmməl elm deyil, mən sadəcə olaraq
deyirəm ki, fəlsəfə hələ elm deyil, elm kimi hələ başlamayıb...».
Ona görə də Husserl qətiyyətlə deyirdi: «İnsan mədəniyyətinin
ali mənafeyi ciddi elmi fəlsəfənin yaranmasını tələb edir».'^*^
Belə fəlsəfə onun fikrincə fenomenologiya ola bilər.
5.
Həyat fəlsəfəsi. İntuitivizm. Anri Berqson
Həyat fəlsəfəsi XIX əsrin axırı - XX əsrin əvvəllərində
Avropada meydana gələn fəlsəfi cərəyandır. Bu fəlsəfə özünün
başlanğıc anlayışı kimi irəli sürdü)di həyat nə ruha, nə də
materiyaya uyğun gəlməyən və intuitiv yolla qavranılan nə isə
bütöv bir reallıqdır. İntuitivizm elə fəlsəfi cərəyandır ki,
intuisiyanı idrakın ən həqiqi vasitəsi hesab edir. İntuisiyanı və
intellekti (zəkanı) bir-birinə qarşı qoymaq bu fəlsəfənin əsas
xarakterik xüsusiyyətidir.
Həyat fəlsəfəsi və intuitivizmin ən böyük nümayəndəsi
fransız filosofu A.Berqsondur (1859-1941). Onun fikrincə
həyatın mənası yalnız intuisiyanın yardımı ilə qavranıla bilər,
çünki in- tuisiya elə bil ki, birbaşa əşyaya daxil olur və onun
fərdi təbiəti ilə qaynayıb qarışır.
Berqsonun dediyinə görə insan yaradıcı varlıqdır, çünki
«həyati ehtiras» yolu ondan keçir. Şopenhauerdən sonra
Berqson da təsdiq edirdi ki, insanın yaradıcılıq qabiliyyəti Allah
vergisi kimi yalnız seçilmiş adamlara bəxş edilmiş irrasional
Ycno orada, s.65.
Sitat götürülüb; В.А.Канкс. Основные философские направлсиия и концепции науки.
Итоги XX столетия. М.. «Логос». 2000, с. 15.
196
Dostları ilə paylaş: |