Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Apardığımız araşdırmaların yekunları göstərir ki, MDB- in



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə109/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   105   106   107   108   109   110   111   112   ...   130

 
Apardığımız araşdırmaların yekunları göstərir ki, MDB- in 
inteqrasiya blokuna (real məzmunlu) çevrilməsi prosesində çətinlik 
yaradan  problemlər  kompleksi  həddsiz  dərəcədə  çoxdur  və 
məzmun etibarı ilə ictimai həyatın bütün sferalarını (siyasi, sosial, 
iqtisadi, ideoloji, milli və s.) əhatə edir. Tədqiqatın materiallarına 
əsaslanmaqla  biz  belə  bir  qənaətdə  bulunuruq  ki,  sözügedən 
problemlərin  həlli  ancaq  sistemli  yanaşma  çərçivəsində  reallığa 
çevrilə bilər. 
İndi  isə,  inteqrasiya  prosesinə  maneə  törədən  və  bizim 
aktual hesab etdiyimiz problemlərə nəzər salaq: 
I.
 
İnteqrasiya  prosesi  və  dövlət  müstəqilli  problemi;  Sırf 
nəzəri mövqedən belə bir tezisin praktiki əhəmiyyəti şübhəsizdir ki, 
müstəqilliyin  məhdudlaşma  dərəcəsi  ilə  regional  ümumilikdən 
yaxud  vahidlikdən  əldə  edilən  sosial-  iqtisadi  effekt  ən  azı 
düzmütənasib  olmalı  və  perspektiv  planda  dayanıqlılıq  xassəsinə 
uyğun gəlməlidir. 
II.
 
İnteqrasiya  proseslərinə  dövlət  müdaxiləsinin  propor- 
siyalarının müəyyənləşdirilməsi problemi. 
İqtisadi  inteqrasiyanın  struktur  konsepsiyası  bütünlüklə 
dirijizmə  əsaslandığı  üçün  onu  müqayisəli  təhlildə  əks  etdirməyə 
lüzum görmürük. 
Bu  konsepsiyada  başlıca  diqqət  inteqrasiya  prosesində 
inhisarların  yeri  və  roluna,  eləcə  də  onların  fəaliyyəti  nəticəsində 
meydana çıxan struktur problemlərə yönəldilir. 
Regional  iqtisadi  inteqrasiya  prosesinin  son  nəticə 
baxımından  bütün  dəyişənlər  kompleksini  (siyasi,  iqtisadi,  milli, 
sosial,  dini  və  s.)  vahid  yaxud  ümumi  məxrəcə  gətirməklə  başa 
çatdığını  qəbul  ediriksə,  onda  həmin  prosesdə  siyasi-sosial  və 
hüquqi  amillərin  rolunu  xüsusi  olaraq  qeyd  etmək  lazım  gəlir 
(cədvəl 7.2.). Elə buradaca qeyd edək İd, MDB çərçivəsində iqtisadi 
inteqrasiya  prosesinə  Azərbaycanın  siyasi  baxışı  plüralist 
konsepsiyaya  əsaslanır.  Başqa  sözlə,  söhbət  ən  yaxşı  halda 
inteqrasiyanın  ağırlıq  mərkəzinin  mikrosəviyyəyə  keçirməklə 
respublikanın  iqtisadi-siyasi  müstəqilliyinə  tam  təminat  verə 
biləcək regional iqtisadi əməkdaşlığın inkişafından gedə bilər. 
322 


 
 
 


Qeyd  edək  ki,  müasir  iqtisadi  fikirdə  yuxarıda  əks 
etdirdiyimiz mövqenin qismən başqa aspektdə qoyuluşuna da rast 
gəlinir.  Məsələn,  bəzi  müəlliflər  inteqrasiya  və  transmilliləşmə 
proseslərini  yalnız  mikrosəviyyə  subyektləri  arasında  olan 
problemlər  kimi  səciyyələndirirlər.  V.Komarov  yazır  ki: 
«...İnteqrasiya və transmilliləşmənin əsas məqsədləri əlavə ümumi 
mənfəət  əldə  etmək,  ...eləcə  də  inteqrasiya  olunmuş  təsərrüfat 
vahidlərinin  dayanıqlı fəaliyyətinin  yüksəldilməsindən  ibarətdir». 
Eyni  zamanda,  o,  qeyd  edilən  proseslərin  səviyyə  və  forma 
müxtəlifliklərini əlavə məqsədlər kimi səciyyələndirir: 
1)
 
İdarəetmə 
sferasında 
qarşılıqlı 
əlaqələrin 
təkmilləşdirilməsi; 
2)
 
Mal  bazarlarında  rəqabətqabiliyyətliliyinin  )diksəl- 
dilməsi; 
3)
 
Yeni  bazarlann  (müxtəlif  ərazilər  üzıə)  mənimsənilməsi 
(inteqrasiya yolu ilə); 
4)
 
Bazarların diversifikasiyası 
Göründüyü  kimi,  müəllif  son  dərəcə  mürəkkəb  olan  və 
sistemli  nəticələr  vermək  imkanına  malik  prosesləri  yalnız 
mikrosəviyyə 
subyektlərinin 
maraqları 
çərçivəsində 
qiymətləndirir.  Məsələn,  deyək  ki,  bu  məqsədlərin  birbaşa 
inhisarizmə  aparması  problemi  onu  qətiyyən  narahat  etmir. 
Əlbəttə,  araşdırdığımız  problemlərə  informativ-maliyyə  görmə 
bucağından  baxış  iqtisadiyyatın  inhisarlaşması  səviyyəsi  və 
rəqabətlə  bağlı  məsələlərin  təzahür  formalarında  (mahiyyətində 
yox) müəyyən dəyişikliklərin olma ehtimalını inkar etmir. Lakin, 
mahiyyətin dəyişmədiyi şəraitdə nəticələrin nisbi sabitliyi qalırsa, 
onda  yanaşma  tərzinin  təzahür  formalarında  fərqliliyin 
mövcudluğuna istinadı lüzumsuz bir şeydir. 
Digər  tərəfdən,  inhisar  yaradan  prosesə  hökumətin  tam 
şəkildə nəzarəti də həm mümkün deyil, həm də müəyyən konkret 
situasiyalarda (inzibatçılığın kəskin artımı şəraitində) 
В.Комаров. Инвестиционное пространство СНГ/УМЭ и 
МО, №2, 1998ртр. 124. 
324 


əks-effekt  verə  bilər.  Yə’ni,  göstərilən  nöqteyi-nəzərdən  «Tin- 
bergen  bərabərsizliyi»  meydana  çıxır:  Məqsədlərin  sayı  iqtisadi 
siyasətin  vasitələr  məcmusundan  (hökumətin  sərəncamında  olan) 
çox  olmamalıdır.  Məhz  bu  anlam  hökumətin  potensialından 
səmərəli  istifadə  olunması  zəruriliyini  inkişaf  səviyyəsindən  asılı 
olmayaraq əksər ölkələrin bir nömrəli probleminə çevirmişdir. 
T.Şitovski  yazırdı  ki,  birləşmiş  bazarda  istehsalın 
səmərəliliyinin 
yüksəldilməsinin 
əsas 
mənbəyi 
gömrük 
rüsumlarının ləğvi və istehsal fəaliyyətinin yenidən bölüşdürülməsi 
deyil,  rəqabətin  gücləndirilməsidir.  Onun  fikrincə,  avropanın 
inkişaf  etmiş  kiçik  ölkələri  iqtisadi  optimuma  yalnız  daxili 
bazarlarının 
inteqrasiyası 
və 
rəqabətin 
səviyyəsinin 
uyğunlaşdıniması  yolu  ilə  nail  ola  bilərlər
‘26 
Yə’ni,  inteqrasiya 
prosesində  iqtisadi  səmərəliliyin  bərqərar  olması  başlıca  olaraq 
rəqabətin səviyyəsindən asılıdır. 
Buna  görə  də,  milli  iqtisadiyyatın  simasını  müəyyən  edən 
istehsal  sahələrinin  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  obyektiv 
zərurət  kimi  meydana  çıxır  və  bu  prosesdə  dövlət  müdaxiləsi 
mühüm amillərdən  birinə  çevrilir.  Bu problemlə əlaqədar  olaraq 
birləşmiş regional  bazarda rəqabətin xarakteri də tədqiqatçıların 
daima diqqət mərkəzində olmuşdur. H.Mürdal qeyd edirdi ki, azad 
rəqabətə  əsaslanan  birləşmiş  bazar  öz-özlüyündə  resursların 
səmərəli  yerləşdirilməsi  və  tarazlaşdınimış  inkişafı  üçün  kifayət 
deyildir. Bu fikrini davam etdirən iqtisadçı belə bir qənaətə gəlir 
ki:  «...Real  məzmunlu  beynəlxalq  inteqrasiya  üçün  dünya 
bazarında  azad  rəqabətin  formalaşması  deyil,  «şansların 
bərabərliyi»  zəruridir  ki,  bu  da  dövlətin  bazar  proseslərinə  aktiv 
müdaxiləsi olmadan... qeyri- 
mümkündün>*27. 
T.Scitovski. International Trade and Economic inteqration as a Means 
of  Qwereomid  the  Disadvantade  of  a  Smalt  Nation-The  Economic 
Consequences of the size of Nations L.1960; p.282-290. 
Г.Мюрдаль. Мировая экономика. Проблемы и перспективы М., 
1958, стр.58-59. 
325 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə