Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə107/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   103   104   105   106   107   108   109   110   ...   130

2)
 
Mal  və  xidmətlərin  blokdaxili  sərbəst  hərəkətinin 
təmini; 
3)
 
Pul-kredit siyasətinin koordinasiyası; 
4)
 
Vergi və budcə siyasətinin uyğunlaşdırılması və s. 
Çox tərəfli əsasda bağlanmış müqavilələrə əsasən 40- 
dan çox koordinasiya institutlarının yaradılması nəzərdə tutulmuş 
və bu istiqamətdə nəzərə çarpan nəticələr əldə edilmişdir. 
Apardığımız  tədqiqatlar  göstərir  ki,  postsovet  məkanında 
reinteqrasiya prosesləri real məzmundan 
əhəmiyyətli 
dərəcədə  uzaqdır.  Hal-hazırda  sözügedən  blokun  üzv-ölkələri 
arasında  qarşılıqlı  iqtisadi  əməkdaşlığın  aşağıdakı  səviyyələri 
(yaxud istiqamətləri) mövcuddur: 
1)
 
Bütövlükdə  12  ölkənin  daxil  olduğu  Müstəqil  Dövlətlər 
Birliyi; 
2)
 
Gömrük ittifaqı-Rusiya, Belarus, 
Qazaxıstan, 
Qırğızıstan, Tacikistan
3)
 
GUÖAM qruplaşması-Gürcüstan, 
Ukraina, 
Özbəkistan, Azərbaycan, Moldova; 
4)
 
 Mərkəzi  Asiya Dövlətləri İttifaqı-Qazaxıstan, 
Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan; 
5)
 
İttifaq Dövləti-Rusiya və Belarus. 
Qeyd etmək lazımdır ki, postsovet məkanında reinteqrasiya 
proseslərinin  arzu  edilən  səviyyədə  getməməsi  və  MDB-nin 
mikrobloklaşmaya məruz qalması problemə konseptual baxışların 
anlaşılmazlığı, çoxistiqamətliliyi və başlıcası, tələskənlikdən doğan 
məntiqi  nəticə  kimi  qəbul  olunmalıdır.  Belə  ki,  prosesin  ilkin 
vaxtlarında  MDB-yə  münasibətdə  vahid  mövqe  ortalığa 
qoyulmamışdır: 
1)
 
SSRİ-nin bərpası (yeni əsaslarla); 
2)
 
Azad ticarət zonası; 
3)
 
Gömrük ittifaqı; 
4)
 
İqtisadi ittifaq; 
5)
 
«Müxtəlif sürətli» inteqrasiya. 
Sonuncu  istisna  olmaqla  (inteqrasiya  qruplaşmasının 
mikrobloklara  parçalanması)  heç  bir  variant  öz  həllini 
tapmamışdır. Başqa sözlə, real olaraq fəaliyyət göstərmirlər. 
317 


Hətta  Rusiya  ilə  ittifaq  dövləti  təşkil  edən  Belarus  belə 
müqavilə öhdəliklərini, ələlxüsus pul 
sistemlərinin 
yaxınlaşdınlması  və  «xarici  sərhədlərdə»  normal  gömrük 
xidmətinin təşkilini praktiki olaraq yerinə yetirməmişdir"^. 
Eyni  zamanda,  qeyd  edilməlidir  ki,  MDB-in  bu  günü  və 
gələcəyinə  münasibətdə  tədqiqatçılar  arasında  da  yekdil  fikir 
yoxdur.  B.Topomin"^  MDB-ni  ən  yaxşı  halda  beynəlxalq 
hökumətlərarası  təşkilat  hesab  edir  və  yazır  ki,  bu  təşkilatla 
Avropa  İttifaqı  arasında  müqayisə  aparmaq  düzgün  deyildir 
(müqayisəyə gəlmirlər-kursiv Ə.B.) 
U.Şişkov ümumiyyətlə pessimist 
mövqedədir. 
«...Keçmişdə mövcud olan vahid məkanın dezinteqrasiyası davam 
edir»'^*^. 
Bir  sıra  tədqiqatçılar  öz  ölkələrinin  mənafelərini  əsas 
gətirərək  MDB-ni  əlavə  «yük»  hesab  edirlər.  Sözügedən 
müəlliflərin  məntiqi  düşüncə  tərzi  təxminən  belədir:  Əksər  MDB 
ölkələrində  son  istehlak  xərcləri  kəskin  surətdə  artmış,  yığımın 
xüsusi  çəkisi  isə  müvafiq  olaraq  aşağı  düşmüşdür.  Müəyyən 
vaxtdan  sonra  dünya  bazan  ilə  müqayisədə  MDB  daxili  bazann 
«istilik» dərəcəsi artım istiqamətli olacaqdır. Və, buradan da belə 
bir nəticəyə gəlirlər ki, gömrük ittifaqına daxil olan üzv-ölkələrin 
sayının  artımına  paralel  olaraq  Rusiya  istehsalı  olan  hazır 
məhsulların  müvafiq  şəkildə  daha  çox  hissəsi  qeyd  edilən  bazar 
məkanına  yönəldiləcəkdir.  Və,  bununla  da  Rusiyanın  dünya 
bazanna  struktur  adaptasiya  olunma  prosesi  ləngiyəcək,  onun 
keyfiyyət üzrə dünya standartları səviyyəsinə çatması əhəmiyyətli 
dərəcədə  çətinləşəcəkdir.  Heç  bir  elmi  əsası  olmayan  iddiadır. 
Əslində  məsələnin  mahiyyəti  əks  mövqedən  daha  inandırıcı 
görünür.  MDB  daxili  bazara  yönəldilən  rus  hazır  məhsullarının 
«proqnozlaşdırılan» artımı, əgər gömrük ittifaqı ideyası baş 
Н.Кулакова. Обьединение денежных систем России и Белоруссии 
отложено// Коммерсанть-ОаПу, 2.08.1997 год. 
Б.Н.Топорнин. Европейское сообщество: право и институты. 
М:1992, стр.5. 
Ю.В.Шишков. Применим ли к СНГ опыт интеграции Западной 
Европы//Вестник РАН, 1993, №6, стр.483. 
318 


tutsa  və  əksər  üzv-ölkələri  özündə  birləşdirsə,  ən  azı  iki  səbəb 
üzündən real deyildir: 
1)
 
Bu məhsullar  keyfiyyət  xarakteristikalarına  görə dünya 
standartlanndan əhəmiyyətli dərəcədə geri qalırlar və ona görə də 
xarici bazarlarda realizasiya imkanlan ifrat dərəcədə məhduddur; 
2)
 
Gömrük İttifaqı inteqrasiya prosesinin ikinci mərhələsi, 
yaxud forması olmaq etibarı ilə müstəqil gömrük siyasəti yeritməni 
(ayn-ayrı 
üzv-ölkələr 
səviyyəsində) 
müəyyən 
dərəcədə 
məhdudlaşdırır.  Lakin, gömrük  ittifaqının  tələbin çeşid-keyfiyyət 
strukturuna  təsiri,  yaxud  onu  müəyyən  məqsədyönlü  istiqamətə 
yönəltmə imkanlan yoxdur. 
Hər  bir  üzv-ölkənin  mənafeləri  baxımından  mühüm 
əhəmiyyət kəsb edən problemə deyilən səpgili yanaşmalar müasir 
dövrdə geniş yayılmışdır. Bu cür baxışlara münasibətdə 
N.Şapiro*2> ilə tam şəkildə razılaşmaq mümkündür ki, MDB- in 
həm  lehinə,  həm  əleyhinə  olanlann  müəyyən  bir  qrupu  öz 
fikirlərini  nəzəri  cəhətdən  əsaslandırmışlar.  Onlar  nəzəriyyədən 
«elmi» fikri ifadə etmək məqsədi ilə yararlanırlar. Real gerçəkliyin 
nəzəri  izahına  isə  qətiyyən  fikir  vermirlər.  Bu  halın  meydana 
çıxmasında müasir iqtisadi inteqrasiya prosesinə yanaşmada vahid 
sinkretik  nəzəriyyənin  yaxud  dəqiq  ifadə  olunmuş  konseptual 
istiqamətin yoxluğu, şübhəsiz ki, müəyyən rol oynayır... 
O.Reznikova  tamamilə  haqlı  olaraq  yazır  ki,  sabiq  sovet 
məkanının  homogenliyinin  mövcudluğunu  iddia  edənlər  MDB-yə 
də  həmin  prizmadan  yanaşırlar.  «...Əsl  həqiqətdə  Sovet  İttifaqı 
üzvi  birlikdən  məhrum  olan,  sosial-iqtisadi  və  mədəni-dini 
münasibətlərdə çoxşaxəli, heterogen bir yaranış 
idi»i22.
 
X.Tummerman  bir  az  dərinliyə  gedərək  göstərir  ki, 
MDB-nin böhranı «...genetik səciyyəlidir». 
121 
Н.Шапиро. Интеграция стран СНГ; политический и экономическо- 
теоретический аспект//МЭ и МО, 2000, №7, стр.81. 
И.Королев. Россия в мировой экономике: проблема 
самоопределения//МЭ и МО, 1999, №10, с.29. 
319 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə