Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə103/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   99   100   101   102   103   104   105   106   ...   130



Cədvəl 6.1. 
Rəqabət mübarizəsinin əsas formalannın xarakterik 
xüsusiyyətləri 
Rəqabətin
 
formaları
 
İstinad nöqtəsi
 
Məhsulun 
keyfiyyəti və çeşidi
 
İstifadə olunan üsullar
 
1 .Qiymət 
rəqabəti
 
Ən’ənəvi 
qaydada 
məhsulun xərc 
tutumunun aşağı 
salınması
 
Dəyişmir
 
Qiymət  manipulyasi- 
yası, 
«gizli» 
aşağı 
salma, 
müxtəlif 
bazarlarda 
qiymət 
manevrləri
 
2.Qeyri-
 
qiymət
 
rəqabəti
 
Elmi-texniki
 
nailiyyətlərdən
 
istifadə
 
Yüksək və geniş
 
Yeni  məhsul,  zəmanət 
müddətinin 
uzadılması, 
böyük 
həcmdə 
xidmət, 
əlverişli 
istehlakçı 
krediti, 
reklam 
kompaniyaları və s.
 
3.Qeyri-iqtisa- 
di 
üsullarla 
rəqabət  (haqsız 
rəqabət)
 
 
 
Texnoloji 
casusluq, 
vəzifəli  şəxslərin  ələ 
alınması, 
ən 
yaxşı 
mütəxəssisləri 
öz 
tərəfinə 
çəkmə, 
antireklam və s.
 
Məhz DU anlamda Avropa ittifaqının praktikası xüsusi 
maraq doğurur. Ümumiyyətlə, sözügedən inteqrasiya qruplaşması 
rəqabət sferasında razılaşdırılmış vahid siyasət yeridir. 
Rəqabət  siyasətinin  əsas  normalan  Avropa  İttifaqının 
yaradılması  haqqında  Müqavilənin  85  və  86-cı  maddələrində  öz 
əksini tapmışdır"’. 
Avropa 
İttifaqında 
effektiv 
rəqabət 
mühitinin 
formalaşdıniması və inkişafına yönəldilən rəqabət siyasətinin əsas 
istiqamətləri aşağıdakılardan ibarətdir: 
1)
 
İstehsalm təmərküzləşməsi üzərində nəzarət; 
2)
 
Üfıqi,  şaquli  və  konqlomerat  birləşmə  və 
qovuşmaların tənzimlənməsi; 
3)
 
Birgə sahibkarlığın inkişafının stimullaşdırılması. 
4)
 
Kiçik və orta biznesin inkişafının dəstəklənməsi
5)
 
Zidd  qüvvələrin  yaradılmasının  şövqləndirilməsi; 
Yə’ni, amerikan və yapon TMK-ı ilə rəqabətə tab gətirə 
Chistofer Bellamy, Graham Child. Common Market Law of Competition 3 
rd ed. 1987, p.l06. 
306 


biləcək  iri  transavropa  miqyaslı  korporasiyaların  yaradılmasına 
əməli yardım göstərilməsi; 
6)
 
Blokdaxili  məkanda  sənaye,  ticarət  və  bank  kapitalının 
transmilli çulğalaşmasına şərait yaradılması; 
7)
 
Antiinhisar  qanunvericiliyinin  həm  regional,  həm  də 
ayrı-ayrı 
üzv-ölkələrin 
mənafeləri 
prizmasından 
təkmilləşdirilməsi. 
Ümumi şəkildə götürsək, Avropa İttifaqının qanunvericiliyi 
üçün  əsas  tənzimləmə  prosesi  haqsız  rəqabət  və  onun  rəqabətin 
normal  gedişi  üçün  xüsusi  təhlükə  doğuran  növləridir  (Kartel, 
bazarda hegemon mövqe, istehsalın dövlət subsidiyalaşdırılması). 
Roma  müqaviləsinin  85-ci  maddəsinə  uyğun  olaraq 
məhdudlaşdırıcı  işgüzar  praktika  doğuran  hər  cür  müqavilələrin 
bağlanması  və  razılaşdırılmış  fəaliyyət  qadağan  olur.  Və,  bunun 
üçün  də  həmin  müqavilə  və  razılaşmaların  həqiqətən  rəqabətin 
məhdudlaşdırılması  yaxud  təhrif  olunmasına  gətirib  çıxardıqları 
sübut  edilməlidir.  Məhdudlaşdıncı  işgüzar  praktika  çərçivəsində 
əsasən aşağıdakı müqavilələrə nəzarət həyata keçirilir: 
1)
 
Müstəsna hüquqlar verən agent-sazişləri
2)
 
Müstəsna alış haqqında sazişlər; 
3)
 
Müstəsna satış haqqında sazişlər; 
4)
 
Birgə  tədqiqat,  birgə  müəssisələr  və  ixtisaslaşma 
haqqında sazişlər; 
5)
 
Nou-hau üzrə lisenziya və patentlər haqqında sazişlər; 
6)
 
Paralel ixrac yaxud idxalı qadağan edən sazişlər. 
Burada bir əhəmiyyətli məqamı qeyd etmək lazımdır ki, 
məhdudlaşdıncı  işgüzar  praktikanın  qarşısının  alınmasına 
yönəldilən 
tədbirlər 
sistemində 
(prosedur 
qaydalann 
məzmunundan asılı olmayaraq) əsas hədəf kimi regional mənafeyə 
uyğunluq  götürülür.  Buna  görə  də,  təsadüfi  deyildir  ki,  Roma 
müqaviləsinin  85-ci  maddəsi  üzv-ölkələrin  milli  qanunvericiliyinə 
daxil  edilmişdir.  Avropa  İttifaqı  ilə  onun  üzvü  olan  ölkələrin 
müvafiq  qanunvericiliyində  hər  hansı  bir  ziddiyyət  yaranarsa, 
onda  «ikili  maneələr»  doktrinası  tətbiq  edilir.  Yə’ni,  bu  halda 
konkret  razılaşma  həm  inteqrasiya  blokunun,  həm  də  milli 
qanunvericiliyin tələblərinə uyğun gəlməlidir. 
307 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə