Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


yaratmaq  mümkünsüzdür.  Və,  nəzərə  alsaq  ki,  təzyiq  altında



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə102/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   98   99   100   101   102   103   104   105   ...   130

yaratmaq  mümkünsüzdür.  Və,  nəzərə  alsaq  ki,  təzyiq  altında 
məcburi  parçalanmaya  getmiş  inhisarçı  strukturun  yenidən  alayı 
formada  peyda  olması  bəri  başdan  əvvəlki  subyektə  xas  müsbət 
yönümlü  hər  şeyin  sərf-nəzər  edilməsi  ilə  nəticələnəcəkdir,  onda 
antiinhisar siyasətinin mənfi effekti ilə üz-üzə qalacağıq. Məsələn, 
milli gəlirə zərər vura bilmə qabiliyyətində olan kartellər (əsasən 
mərkəzi  qərargahı  olanlar)  Avstriyanın  müvafiq  qanunu  ilə  ləğv 
edilir  yaxud  yaranışına  icazə  verilmir.  Nəticədə  qeyri-formal 
razılaşmalar  meydana  çıxır  ki,  onların  fəaliyyəti  üzərində 
nəzarətin təşkili isə, ümumiyyətlə mümkün deyildir. Son dövrlərdə 
ABŞ-da  tətbiq  edilən  qayda-inhisarçı  strukturların  məcburi 
parçalanması  və  vahid  mərkəz  tərəfindən  həmin  hissələrin  idarə 
edilməsi  mümkünsüzlüyünün  təminatına  yönəldilmiş  tədbirlər 
sistemi  bu  baxımdan  müəyyən  effekt  verə  bilər.  Lakin,  onun  da 
zaman məhdudiyyəti mövcuddur. Başqa sözlə, göstərilən yönümlü 
tənzimləmənin  uzunmüddətli  dövr  ərzində  tətbiqi  imkan 
xaricindədir. 
fkincisi,  əvvəlki  paraqraflarda  da  qeyd  etdiyimiz  kimi 
firmalann  birləşməsi  yaxud  qovuşmasını  yalnız  inhisaryaradan 
proses  kimi  səciyyələndirmək  yalnışlıqdır.  Əvvəlki  fikirlərimizə 
əlavə  olaraq  göstərmək  mümkündür  ki,  iri  subyekt  kiçik  (fərdi) 
subyektlə  müqayisədə  potensial  istehlakçının  tələbatının  yüksək 
səviyyədə  ödənilməsində  daha  çox  maraqlıdır.  Ona  görə  ki, 
fəaliyyət  sferasına  yatırdığı  sərmayədən  daha  böyük  gəlir  götürə 
bilər. Bundan başqa, iri subyekt müəyyən qənaətin əldə olunmasını 
təmin  edir.  Fəal  rəqabətin  dəstəklənməsinə  yönəldilən  dövlət 
siyasətinin tətbiqi şəraitində qənaət əldə etmək imkanı əhəmiyyətli 
dərəcədə  məhdudlaşır.  Elə  buradaca  qeyd  etmək  lazımdır  ki, 
bütün bunlann ən’ənəvi formada, yə’ni bazarın azsaylı, subyektləri 
arasında bölgüsünə əsaslanan kartellərə heç bir aiddiyyatı yoxdur. 
Ən’ənəvi  formada  fəaliyyət  göstərən  kartellər  nəinki  qənaət  əldə 
etməyə  imkan  yaradır,  əksinə,  həqiqətən  də  neqativ  iqtisadi 
effektin  meydana  çıxmasında  əsas  rollann  ifaçılarından  biri  kimi 
hərəkət edir. Və, nəticədə zəif iqtisadi subyektlərin saxlanılmasına 
şərait yaradır. 
İnhisarçı  fəaliyyətin  tənzimində  dövlətin  antiinhisar 
səciyyəli siyasətinin digər bir istiqaməti iri bazar subyek 
303 


 
tlərinin davranış tərzinə təsir göstərmək imkanı ilə şərtlənir. Yə’ni, 
iriləşmə  prosesi  ilə  mübarizə  aparmaqdansa,  dövlət  potensial 
rəqabəti mühafizə etmək yolu ilə elə tədbirlər həyata keçirə bilər ki, 
inhisarçı  hakimiyyətdən  istifadə  iri  subyektin  mənafeyinə  uyğun 
olmasın.  Tezisin  mahiyyəti  bundan  ibarətdir  ki,  əgər  istehsalın 
həcminin  süni  surətdə  aşağı  salınması  və  yüksək  mənfəət 
götürməyə imkan verən qiymətlərin tətbiqi sahəyə yeni rəqiblərin 
axınını  yaradarsa,  onda  sözügedən  yönümlü  inhisarçı  fəaliyyət 
öz-özlüyündə dayana bilər. İqtisadi nəzəriyyədə «klub» metodları 
kimi xarakterizə olunan üsullardan yararlanmağa çalışan inhisarçı 
strukturların  cəzalandırılması  qeyd  edilən  yanaşma  çərçivəsində 
daha real görünür. 
İnhisarçı  fəaliyyətin  tənzimində  antiinhisar  siyasətinin 
'Üzləşdiyi  mürəkkəb  problemLə.rdən  biri  subyektlərarası 
mübarizədə istifadə edilən və dəqiq müəyyənləşdirilməsi xüsusi ilə 
çətin  olan  (bəzi  hallarda  isə  ümumiyyətlə,  mümkün  olmayan) 
üsullarla  bağlıdır.  Bu  nöqteyi-nəzərdən  əsas  iki  üsul  fərqləndirilə 
bilər: 
I.
 
«Boğucu» rəqabət yaxud «dağıdıcı» dempinq; 
II.
 
Boykotun müxtəlif formalarının tətbiqi. 
Ümumiyyətlə, müasir şəraitdə ən mühüm problemlərdən 
biri  rəqabət  və  inhisarlaşma  arasında  düzgün  mütənasibliyin 
qurulması  və  mühafizəsi  məsələsidir.  Aksiomatik  anlayışlar 
sırasında  rəqabətin  əsas  bazar  kateqoriyası  olması  da  özünə  yer 
almışdır.  Əslində  bazarın  inkişafı  elə  rəqabət  münasibətlərinin 
inkişafı  deməkdir.  Düzdür,  yalnız  neoklassik  modelləşdirməyə 
əsaslanmaqla yuxarıda göstərdiyimiz mütənasibliyin formalaşması 
yaxud mühafizəsini nəinki praktiki, hətta sırf nəzəri aspektdən də 
dərk  etmək  və  ona  nail  olmaq  mümkünsüzdür.  Müasir  iqtisadi 
həyatda nə «xalis inhisan>, nə də «azad» rəqabət yoxdur. Əvvəlki 
paraqraflarda  da  klassiklərə  istinadla  göstərdiyimiz  qarşılıqlı 
bağlılıq  yaxud  inhisar  və  rəqabətin  sintezi  sözün  müstəqim 
mənasında  həm  formula,  həm  hərəkətdir.  Yə’ni,  real  bazar 
münasibətləri  şəraitində  rəqabət  istehsalın  yeganə  tənzimləyici 
keyfiyyətində çıxış etmir. 
Müasir  təsərrüfat  mexanizmi  qeyd  edilən  aspektdə  bazar 
tənzimləməsini dövlət və inhisar idarəetməsi ilə dialektik 
304 


vəhdətdə  götürür.  Sözsüz  ki,  rəqabət  üçlü  tənzimləmənin 
əsaslanndan  biridir.  Lakin,  o  adətən  qeyri-mükəmməl  formada 
çıxış edir. 
İqtisadi  nəzəriyyədə  qeyri-mükəmməl  rəqabətin  aşağıdakı 
xüsusiyyətləri fərqləndirilir: 
1  )İnhisarçı  birliklərin  öz  aralarında  və  eləcə  də  kiçik  və 
orta  sahibkarlarla  apardığı  rəqabət.  Bu  halda  həm  alıcı,  həm  də 
satıcılar  mal  üzərində  inhisarçı,  mövqelərindən  istifadə  edir, 
qiymət manipuliyasiyası ilə məşğul olurlar; 
2)
 
Əgər «azad» rəqabətdə başlıca məqsəd hər şeydən əvvəl 
məhsul  satışının  təmin  edilməsi  ilə  şərtlənirsə,  qeyri-  mükəmməl 
rəqabət  şəraitində  məqsədlər  kompleksi  ortalığa  qoyulur.  Yə’ni, 
söhbət təkcə satışın təminatı ilə bitmir. Eləcə də, satış bazarlarının, 
resurs  bazarlannın,  elmi-texniki  nailiyyətlərin  və  kredit 
resurslannm inhisarlaşmasına can atılır; 
3)
 
Bu  halda  rəqabətin  əhatə  dairəsi  ifrat  dərəcədə 
genişlənir.  Artıq  o, tədavül  sferasından  birbaşa  istehsala,  sahələr 
arasından  sahədaxili  rəqabətə,  ümumtəsərrüfat  səviyyəsinə 
yüksəlir; 
4)
 
Qeyri-mükəmməl  rəqabət  hər  şeydən  əvvəl  innovasiya 
sahibkarlığına əsaslanır ki, bu da məhsul vahidinin xərc tutumunu 
aşağı  salmaq  imkanını  yaratmaqla  rəqabət  mübarizəsində 
müəyyən üstünlüklər əldə etmək şəraiti formalaşdınr; 
5)
 
Rəqabətin  forma  genişliyi  meydana  çıxır.  Belə  ki, 
ən’ənəvi qiymət rəqabətinə qeyri-qiymət və haqsız rəqabət də əlavə 
olunur.  Rəqabət  mübarizəsinin  3  əsas  formasının  xarakterik 
xüsusiyyətləri aşağıdakı cədvəldə verilmişdir (cədvəl 6.I.). 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  inhisarçı 
fəaliyyətin  tənzimlənməsi  istiqamətində  yüksək  səmərə  əldə 
etməyin  əsas  yollarından  biri  rəqabətin  tənzimlənməsi  və 
antirəqabət  praktikasının  (inhisar  bünün  ən  yüksək  səviyyəsidir) 
qarşısının  alınmasıdır.  Bu  halda  söhbət  ondan  gedir  ki,  inhisar 
yaratmaq  qabiliyyətində  olan  və  ümumiyyətlə,  effektiv  rəqabət 
mühitinə  mənfi təsir  göstərən fəaliyyət formaları ya  birbaşa  ləğv 
edilsin, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdınisın. 
305 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə