Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Daha  çox  ABŞ-da  tətbiq  edilməsinə  baxmayaraq



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə105/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   101   102   103   104   105   106   107   108   ...   130

Daha  çox  ABŞ-da  tətbiq  edilməsinə  baxmayaraq, 
rentabelliyin  dövlət  tənzimlənməsində  əsas  kimi  götürülməsi 
«çıxılmazlıq» təəssüratı yaradır. Belə ki, rentabellik nisbi göstərici 
olmaqla  nəticəni  özündə  ehtiva  edir.  İqtisadi  prosesin  start 
anından  tətbiq  edilən  tənzimləmənin  səmərəliliyi  nəticə  ilə 
ölçülməlidir, ona uyğunlaşmamalıdır. Başqa sözlə, biz bu aspektli 
yanaşmada  birtərəflilik  görürük.  Yə’ni,  ən  azı  istehlakçı 
hüquqlannın  mühafizəsi  və  onun  başlıca  dəyişəni  olan  istehlakçı 
qiymətləri  indeksi  nəzər-diqqətdən  tam  şəkildə  sərf-nəzər 
edilmişdir. 
Maraqlı  cəhət  burasındadır  ki,  istehlak  qiymətləri 
indeksinin  dəyişməsini  əsas  götürən  və  başlıca  olaraq  Böyük 
Britaniyada  tətbiq  edilən  tənzimləmə  konsepsiyası  da  əks- 
istiqamətdən  müəssisənin  «ədalətli»  gəlir  əldə  etməsinə  söykənir. 
Bu  halda  da  qiymətlərin  illik  azalmasını  real  ifadədə 
müəyyənləşdirir (X-i tapır) və istehlak qiymətləri indeksini ondan 
çıxaraq baza ilinin qiymətinə vurur və beləliklə də, qiyməti (tarifi) 
müəyyən edirlər. Hər il tarif X% azaldılır (in- deksasiya olunur). 
Deməli, əgər müəssisə rentabelliyi yüksəltməsə, onda mütləq zərərə 
uğrayacaqdır.  Eyni  zamanda,  problemin  ingilisvari  həlli 
subyektivizmi (əks-istiqamətdə) çılpaq şəkildə ortalığa qojmr. Belə 
ki, deyilən tərzli yanaşmada tariflərin formalaşması prosesi sanki 
avtanomlaşır, yəni məcmu məsrəflərlə əlaqələr maksimum şəkildə 
qırılır. 
Rəqabətin  məzmun  və  istiqamət  əvəzlənməsi  (Fransız 
variantı)  hələ  yenicə  ortalığa  çıxmış  və  empirik  səviyyədə  real 
məzmun 
daşıdığım sübuta yetirə 
bilməmişdir. Bu 
konsepsiyanın qısa məzmunu belə bir tezislə ifadə oluna bilər: təbii 
inhisar 
şəraitində 
rəqabətin 
mümkünsüzlüyü 
yaxud 
arzuedilməzliyi  (səmərəsizliyi)  şübhəsizdir.  Ona  görə  də, 
bütövlükdə bazara xidmət göstərmək istəyənlər arasında müsabiqə 
keçirilir  və  daha  yaxşı  şərtlər  irəli  sürən  müəssisə  ilə  konsession 
müqavilə  imzalanır.  Yə’ni,  rəqabət  bazarda  deyil,  bazara  girişdə 
yaradılır.  Şəkildə  də  göstərdiyimiz  kimi,  bu  yanaşmadan  istifadə 
son dərəcə çətindir (iştirakçı problemi, proseduranın mürəkkəbliyi 
(monitorinq),  qalibin  fəaliyyətinin  nəticələri  üzərində  nəzarətin 
təşkili və s.). 
311 


 
Sırf nəzərə prizmadan, zənnimizcə, mənfəətdə iştirak 
konsepsiyası daha məqsədəuyğundur və ələlxüsus keçid 
iqtisadiyyatı şəraitində mühüm rol oynaya bilər. 
Belə ki, bu halda müəssisənin mənfəət əldə etmə istəyi 
ilə məsərflərin azalması zərurəti arasında 
birbaşa 
düzmütənasib asılılıq yaranır. Eyni zamanda, bu konsepsiyanın 
da nöqsan cəhətləri mövcuddur (şək. 6.5.). Bununla belə, 
məhsul vahidinin, bütövlükdə iqtisadiyyatın 
yüksək 
məsrəftutumluğu fonunda sözügedən konseptual baxış daha 
real görünür. Ona görə ki, əvvəla, əksər təbii inhisarlar dövlət 
inhisarındadır; İkincisi, təbii inhisarların dayanıqlı inkişafı 
olmadan makroiqtisadi sağlamlaşmadan danışmaq mümkün- 
süzdür; Üçüncüsü, təbii inhisarların normal inkişafı ilə 
infrastrukturun inkişafı (əslində onu da təbii inhisar hesab 
etmək olar) bilavasitə bağlılıqdadır və s. 
Araşdırılan dövr ərzində təbii inhisarlann ölkə 
iqtisadiyyatına mənfi istiqamətli təsiri açıq şəkildə müşahidə 
edilməkdədir. Təbii inhisar sferasına aid edilən müəssisələr 
hər şeydən əvvəl, prosessual prosesin yüksək kapital tutumlu- 
luğu, eləcə də sabit xərclərin xüsusi çəkisinin böyüklüyü ilə 
fərqlənirlər. Nəticədə məhsul vahidinin qiymətində də əsas 
yeri sabit xərclər tutur. Və, bu müəssisələrin məhsullarına 
(xidmətlərinə) olan tələbin kəskin azalması (ümumiqtisadi 
böhranla əlaqədar) investisiya qoyuluşlarının əsas mənbəyi 
kimi daxili imkanlardan istifadəni labüdləşdirmişdir ki, bu da 
başlıca ağırlığın tariflərin üzərinə düşməsi ilə nəticələnmişdir. 
Digər tərəfdən, qarşılıqlı borcların astronomik səviyyəyə 
çatmasında, ödəməmələr probleminin görünməmiş şəkildə 
kəskinləşməsində təbii inhisarlar əlahiddə yerə malikdirlər. 
Ümumiyyətlə, təbii inhisar sferasında çarpazlaşan subsidiya- 
larının həyata keçirilməsində bir istehlakçı qrupundan digəri 
üçün istifadə praktikası bu gün də qalmaqdadır. Büdcə 
təşkilatlan və əhali üçün tətbiq edilən aşağı səviyyəli tariflər 
sənaye (istehsal, kommersiya və s.) müəssisələri hesabına 
kompensasiya edilir. Problemin qəlizliyi ondadır ki, təbii 
inhisarların yeritdiyi qiymət ayn-seçkiliyi yaxud tariflərin 
əsaslandırılmamış yüksəlişi bütövlükdə qiymətlərin 
312 


dinamikasına artım yönümlü multiplikator təsiri göstərməklə: 
l)
 
Bazarlararası  qiymət  paritetini  pozur  və  disproporsiyanın 
yaranmasına  səbəb  olur;  2)Qiymət  sferasında  əks-paritetliyin 
qərarlaşması  iqtisadiyyatda  disproporsionallığı  gücləndirməklə 
struktur modernləşməyi bəri başdan mümkünsüzləşdirir; 
3)
 
Gizli  şəkildə  gedən  və  perspektiv  planda  bÖ
3
dik  itkilərlə 
sonuclanan prosesin-xərclərin infliyasiyasının sürətlənməsinə səbəb 
olur:  4)Məcmu  tələbin  daha  da  məhdudlaşmasına,  daxili  bazarın 
tummca daralmasına və sosial problemlərin kəskinləşməsinə gətirib 
çıxanr;  5)Qiymət  multiplikatoru  (təbii  inhisarlarda)  baha 
istehsal^ucuz  bazar  çıxılmazlığını  ortalığa  qoymaqla  normal 
rəqabət  mühitinin  (qeyri-təbii  inhisar  sahələrində  və  istehlak 
bazarında)  formalaşmasını  əngəlləyir  və  milli  bazarda  əcnəbi 
sahibkarların (şirkətlərin) hegemon mövqe tutuması üçün əlverişli 
zəmin hazırlayır və s. 
Göründüyü  kimi,  ilk  baxışdan  bizim  araşdırdığımız 
problemdən nisbi şəkildə kənarda dayanan təbii inhisarlann əhatə 
dairəsi  həddən  artıq  genişdir  və  tədqiqat  prosesində  ondan 
abstraksiya  olunmaq  praktiki  olaraq  qeyri-mümkündür.  Eyni 
zamanda, bazar mexanizminin «toxunulmazlığının» tərəfdarlarının 
əksinə  olaraq,  biz  belə  bir  mövqedəyik  ki,  qiymətlərin 
tənzimlənməsi (hərçənd, bu ifadə o qədər də yerinə düşmür) təkcə 
təbii  inhisarların  ortalığa  qoyduqlan  mənfi  nəticələrin  aradan 
qaldırılması zərurəti ilə şərtlənmir. 
Qiymətlərin elmi_ç^ə,tdi^ı^ 
düzgün 
differensiyasiyası  bütövlükdə  iqtisadi  siyasətdə,  ölkənin  sosjal-, 
iqtisadi  inkişafının  dayanıqlığının  tə’minində  əvəzedilməz  rol 
oynaya bilər. Bu cür yanaşma keçid iqtisadiyyatı şəraitində Jiskal 
siyaşotin  (makroiqtisadi  ^l>^ə3əy  əfavəsrstalüsunda  xüsusilə 
aktual əhəmly^^TTmsb Fdir.~ 
Beləliklə: 
l  .Keçid  dövrünün  spesifik  xüsusiyyətlərinin  böyük  təsir 
gücünə malik olması nəticə etibarı ilə təbii inhisarlar üzərində ciddi 
dövlət nəzarətinin təşkilini labüdləşdirir
2.İstehsal xərclərinin infliyasiyasının əsas səbəblərindən biri 
məhz  təbii  inhisarlarla  bağlı  tarif  probleminin  elmi  cəhətdən 
əsaslandınImamasıdır; 
313 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə