Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


üçün prosessual olaraq öz əhəmiyyətinin itirilməsi ilə nəticələnir



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə113/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   109   110   111   112   113   114   115   116   ...   130

üçün prosessual olaraq öz əhəmiyyətinin itirilməsi ilə nəticələnir. 
Müasir  qloballaşma  prosesi  keçid  dövrünü  yaşayan  MDB 
ölkələri üçün çoxlu sayda problemli situasiyalar meydana çıxarır. 
Digər  ölkələr  qrupu  (məsələn,  inkişaf  etmiş  yaxud  yeni  sənaye 
ölkələri)  ilə  müqayisədə  postsovet  ölkələrinin  qarşılaşdığı 
problemlərin  say  çoxluğu  inzibati-amirlik  sistemindən  bazar 
iqtisadiyyatına  keçid  məzmunu  daşıyan  sistem  dəyişikliyi  və  bu 
dəyişikliyin  doğurduğu  natarazlıqla  bağlıdır.  MDB-ölkələrində 
sözügedən  proseslə  əlaqədar  olaraq  iqtisadi  potensialın  kəskin 
şəkildə  aşağı  düşməsi,  postsovet  məkanında  dezinteqrasiya  tipli 
pərakəndəliyin meydana çıxması, eləcə də milli iqtisadi, inzibati 
və  hüquqi  sistemlərin  hazırlıq  səviyyəsinin  müasir  tələblərə 
uyğun  gəlməməsi  söhbət  açdığımız  problemli  situasiyaların 
qaynaqlandığı  başlıca  mənbələrdir.  Və,  nəticə  olaraq  digər 
inteqrasiya  qruplaşmaları  ilə  müqayisədə  MDB-nin  zəifliyi  real 
hadisə statusunda ortalığa çıxır (cədvəl 7.3.). 
Cədvəl 7.3 
MDB-nin digər inteqrasiya blokları ilə müqayisəli 
xarakteristikası 
İnteqrasiya
 
blokları
 
Alıcılıq qabiliyyətinin pariteti əsasında (%)
 
QMM
 
Qlobal 
səviyyədə 
məanu  dövlət 
xərcləri
 
Qlobal
 
investisiya
 
axınları
 
İnteqrasiyanı
n
 
xarakteri
 
1 .Dünya üzro, coıni o 
cümlədən;
 
100
 
100
 
100
 
Qloballaşma
 
l)Aİ
 
24
 
40
 
19
 
Qapalı
 
2)NAFTA
 
26
 
21
 
19
 
Qapalı
 
3)AT3C (NAFTA-nın 
üzvlərini çıxmaq şərti 
ilə)
 
29
 
21
 
36
 
Qismən
 
qapalı
 
4)MDB
 
3,0
 
1,5
 
3.0
 
Açıq
 
Cədvəldə  əks  etdirilən  qüvvələr  nisbəti  açıq-aydın  şəkildə 
göstərir  ki,  MDB  özünün  real  imkanlan  (potensial  güc 
böyüklüyü)  baxımından  dünya  bazarında  formalaşmış  «oyun 
qaydalanna»  təsir  göstərmək  iqtidarında  deyildir  və  həmin 
situasiyanın dəyişmə intensivliyindən birbaşa, həm də 
335 


birtərəfli  asılılıqdadır.  Düzdür,  əksər  beynəlxalq  təşkilatlarda 
qloballaşma  prosesinin  neqativ  nəticələrini  aradan  qaldırmaq, 
onun  bütövlükdə  tənzimlənməsinə  nail  olmaq  yönümündə 
aparılan  müzakirələr  bu  gün  də  davam  etməkdədəir.  Bununla 
belə, zənnimizcə, MDB regional bazannın inkişaf strategiyasının 
formalaşdırılmasında  sözügedən  müzakirələrin  hansısa  bir 
ağılabatan nəticəyə gələcəyinə və ona istinada ümid bəsləmək ən 
yaxşı  halda  əfsanənin  reallaşması  təəssüratını  yaradır.  1970-ci 
illərdən  start  götürən  müzakirələrin  ədalətli  və  demokratik 
qaydalar  əsasında,  iqtisadi  prinsiplərə  və  qanunun  aliliyinə 
söykənməklə  beynəlxalq  iqtisadi  qaydaların  yaradılması 
istiqamətində aparılması hələ uzunmüddət davam edəcəkdir. Sırf 
geosiyasi və geoiqtisadi anlam çərçivəsində problemə baxış belə 
bir  həqiqəti  ortalığa  qoyur  ki,  inkişaf  etmiş  ölkələr  MDB  adlı 
regional  gücün  meydana  çıxmasında  maraqlı  deyildirlər  və 
ümumiyyətlə, postsovet məkanının dünya iqtisadiyyatında yerini 
maksimum olaraq «yarıməyalət» statusunda görürlər. Məsələnin 
məhz  bu  aspektdə  yozumunun  gerçəkliyini  həmin  ölkələrin 
inteqrasiya  siyasətinin  mahiyyətində  də  görmək  mümkündür. 
«Qapalılıq»  bütövlüyün,  bizim  misalda  dünya  iqtisadiyyatının 
hərtərəfli  və  harmonik  inkişafına  əks  təsir  göstərən,  onu  süni 
şəkildə  parçalayan,  planetar  səviyyədə  mövcud  resurslardan 
maksimum  səmərəliliklə  istifadə  imkanı  verməyən,  geosiyasi 
konflikt  və  diplomatik  intriqaların  alovlanmasına  təkan  verən 
əsas 
səbəbdir. 
«Qapalılıq» 
ümumdünya 
rifahının 
yüksəldilməsində,  insan  cəmiyyətinin  insan  kimi  yaşayan 
cəmiyyət  halına  gətirilməsi  imkanlarının  kəskin  şəkildə 
məhdudlaşdırılmasmda  başlıca  rol  oynayır.  «Qapalılıq» 
mahiyyətcə  qloballaşmanın  əksi,  eyni  zamanda  ifrat  iqtisadi 
gücün  vahid  əldə  təmərküzləşməsinə  söykənməklə  onu,  yə’ni 
qloballaşmanı  öz  mənafeyinə  uyğunlaşdırmaq  iqtidarında  olan 
bir fenomendir. 
Super  iqtisadi  gücə  söykənən  «qapalı»  inteqrasiya  bloku 
özünün  regional  mənafelərinin  təminatını  həyata  keçirmək 
yolunda bütün mümkün (qanuni) və qeyri-mümkün (qanundan 
kənar)  vasitələrdən  istifadə  etmək,  öz  iradəsini  blokxarici 
mühitdə qəbul etdirmək imkanındadır. 
Belə  bir  şəraitdə  keçid  iqtisadiyyatlı  MDB  ölkələri  milli 
mənafelərin  təminatında  və  real  iqtisadi  imkanların  həyata 
keçirilməsində inkişaf etmiş ölkələrin üstü örtülü 
336 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə