Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə116/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   112   113   114   115   116   117   118   119   ...   130

 


Milli  məhsulların  və  milli  sahibkarların  rəqabətqabiliy- 
yətliliyinin  yüksəldilməsində  dövlətin  tədbirlər  kompleksini  3 
istiqamətdə qruplaşdırmaq mümkündür: 
1)
 
Ümumi  səciyyə  daşıyan  tədbirlər;  Rəqabətqaliy- 
yətliliyin bazisinin formalaşdırılması; 
2)
 
İxrac  fəaliyyətini  həyata  keçirən  istehsalçılara  birbaşa 
dəstək (Dotasiya, vergi güzəştləri, gömrük güzəştləri və s.); 
3)
 
Xarici bazarlarda milli məhsula tələbin formalaşmasına 
yönəldilmiş  tədbirlər  (sərgilər;  informasiya  mərkəzlərinin 
yaradılması və s.). 
Bir  sıra  müəlliflər  transmilliləşmədə  dövlət  dəstəyinin 
məqsədli  tədbirlərindən  istifadə  edilməsini  məqsədəuyğun  hesab 
edirlər' 
Bizim  fıkrimizcə,  transmilliləşmə  mahiyyət  etibarı  ilə 
sistemli  və  kompleks  xarakter  daşıyır  və  bu  prosesin  regional 
səviyyəli mənafe tarazlığına neqativ təsirini bəri başdan sərf-nəzər 
etmək  üçün  onun  yaranışına  proqram-məqsədi  i  yanaşma  daha 
düzgün  olardı.  Bu  istiqamətdə  dünya  bazannda  söz  sahibi  ola 
biləcək  trans-milli  korporasiyalar  yanacaq-  energetika  və 
aerokosmik  istehsal  sferalarında  qərarlaşa  bilərlər.  Müasir 
iqtisadi  fikirdə  artıq  birmənalı  olaraq  qəbul  edilən  trans-milli 
korporasiyalann  zəruriliyini  əsaslandırmaq  üçün  antiinhisar 
siyasətinin  «zərərliyi»  haqqında  fikir  yaratmağa  çalışmaq 
zənnimizcə, ifratçılığa varmaqdan başqa bir şey deyildir. Bir sıra 
qlobalistlər  məhz  bu  anlamda  inhisarla  mübarizəni  cəfəngiyyat 
hesab  edirlər:  «...İnhisarlarla  mübarizə,  əslində  qloballaşma 
prosesinə  əngəl  törətmək»  deməkdir.  Onun  heç  bir  əhəmiyyəti 
yoxdur. Hələ biz az da 
Ю.Винслав, М.Хуснутдинов и др. К развитию постсоветских 
транснациональных корпораций (фактология, аналитика, 
предложения).//Российский экономический журнал; 1999, №11-12. 
А.А.Игнатов. Стратегия глобализационного лидерства России. 
http.//w.w.w. ignatov.ru стр.7. 
343 


qabağa  gedərək  göstərirlər  ki,  özəlləşdirmə  də  antiqloballaşma 
məzmunludur. 
İstehsalın  təmərküzləşməsi  probleminə  sistemli  yanaşma 
belə bir qənaətə gəlməyə imkan verir ki, regional bazarda dayanıqlı 
inkişafın  təminatı  nöqteyi-nəzərindən  bu  proses  əsas  dayaq 
sütunlarından biri kimi çıxış edə bilər. Belə ki, sırf iqtisadi maraq 
çərçivəsində  istehsalın  təmərküzləşməsi  bir  tərəfdən,  hissediləcək 
dərəcədə  böyük  iqtisadi  effekt  əldə  etmədə,  digər  tərəfdən  isə 
rəqabət  üstünlükləri  yaratmada  mühüm  rol  oynayır.  İstehsalın 
təmərküzləşməsi  nəticəsində  əldə  edilən  iqtisadi  effekt  və  rəqabət 
üstünlüklərinə aşağıdakıları aid etmək mümkündür: 
1.
 
 Texnoloji 
qənaət, 
yə’ni 
istehsalın 
miqyasının artımından əldə edilən effekt
2.
 
İqtisadi  fəaliyyətin  miqyasının  artımından  əldə  edilən 
effekt;  Burada  istehsal  olunmuş  məhsulun  və  satış  bazarlarının 
müxtəlifliyinə istinadən edilən 
qənaət nəzərdə tutulur; 
3.Sazişlərin,  əməliyyatların,  kontrakt  və  müqavilələrin 
bağlanması  üzrə  çəkilən  məsrəflərə  qənaət;  Konkret  şəkildə, 
transaksion məsrəflərə qənaət kimi də başa düşülə bilər
4.
 
Birləşmiş 
yaxud 
qovuşmuş 
firmaların 
fəaliyyətlərinin  əlaqələndirilməsi,  resursların  müəssisədaxili  və 
ölkələrarası  yenidən  bölgüsü,  tarif  və  qiymət  siyasətinin 
əlaqələndirilməsi və s. üzrə rəqabət üstünlüklərinə sahib olma. 
Regional  bazarda  mikrosəviyyə  subyektlərinin  fəaliyyətinə 
yanaşmada 
istifadə 
etdiyimiz 
məqsəd 
çoxluğu-^qiy- 
mətləndirmənin  çox  kriteriyahğı  tandemi  həm  blokdaxili  iqtisadi 
məkanın bazar prinsipləri əsasında dayanıqlı inkişafının təminatı 
yaxud  bu  prosesin  dövlət  tənzimlənməsinin  səmərələşdirilməsi, 
həm  də  antiinhisar  siyasətinin  effektiv  tətbiqi  baxımından  son 
dərəcə mühüm əhəmiyyət kəsb edir. 
344 


Regional  bazarda  istehsalın  təmərküzləşməsi  prosesinə 
qoşulan  yaxud  dövlət  tərəfindən  daxil  edilən  müəssisənin  yaxud 
müəssisələr  qrupunun  fəaliyyətində  həm  taktiki,  həm  strateji 
yönümlü 
məqsəd 
çoxluğuna 
aşağıdakılan 
aid 
etmək 
məqsədəmüvafiq olardı: 
1)
 
Araşdırdığımız hadisənin real iqtisadi inteqrasiyaya can 
atan blok çərçivəsində gedişi bəri başdan mənafelərin ödənilməsi 
ardıcıllığında  müəyyən  yerdəyişməni  ortalığa  çıxarır.  Yə’ni, 
mənafelərin  təminatı  ardıcıllığında  (subyektin  mənafeyi^regional 
mənafe—>milli  mənafe)  regional  səviyyə  milli  mənafedən  önə 
keçir; 
2)
 
Regional  bazarda  istehsalın  təmərküzləşməsi  qütbləş- 
məyə səbəb olmamalıdır. Başqa sözlə, real sektorun bir əldə yaxud 
bir  ölkədə ifrat təmərküzləşməsi-qütbləşmə,  mütləq  mərkəzləşmə 
ilə  yekunlaşacaqdır  ki,  bu  da  mahiyyət  etibarı  ilə  inteqrasiya 
blokunu parçalamağa aparan bir yoldur
3)
 
İstehsalın  təmərküzləşməsi  prosesi  ölkədaxili  regional 
bölgü də nəzərə alınmaqla 
lokal-^regional—»subregional—>transregional—>ümumblok 
səviyyəli regional müstəvidə paralel inkişafa xidmət etməli
ölkədaxili disproporsiya yaratmamalıdır; 
4)
 
İstehsalın  təmərküzləşməsindən  əldə  edilən  sosial- 
iqtisadi  effekt  ən  azı  effektiv  rəqabət  mühitində  əldə  edilməsi 
proqnozlaşdırılan effektə bərabər olmalıdır; 
5)
 
Bu  prosesin  effektiv  surətdə  həyata  keçirilməsi 
inteqrasiya 
blokunun 
üzvü 
olan 
ölkələrin 
antiinhisar 
qanunvericiliyini  uyğunlaşdırmağı  tələb  edir.  Eyni  zamanda, 
istehsalın  təmərküzləşməsinə  nəzarət  hər  hansı  bir  üzv-ölkə 
tərəfindən  deyil,  blok  daxilində  formalaşdırılan  fovqəlhökumət 
qunımu  vasitəsi  ilə  həyata  keçirilməlidir  ki,  regional  səviyyəli 
mənafe natarazlığına yol verilməsin. 
345 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə