Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


sahəsi miqyasında inhisarçılıq; Sahədaxili inhisarçılıq; Milli bazar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə121/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   117   118   119   120   121   122   123   124   ...   130

sahəsi miqyasında inhisarçılıq; Sahədaxili inhisarçılıq; Milli bazar 
səviyyəsində inhisarçılıq; Ayrı-ayrı bazar seqmentləri səviyyəsində 
inhisarçılıq.  Ümumidən  konkretə  yönəlik  tipli  ardıcıllığın 
mühümlüyü  ayrı-ayrı  səviyyələrin  inhisarçı  təzahürlərinin 
gətirdiyi mənfi effektin miqyas fərqliliyi ilə şərtlənir. 
-
 
Tədqiqatın  yekunları  göstərir  ki,  inhisarçı  fəaliyyətin 
sosial-iqtisadi  inkişafdakı  ziddiyyətli  rolunu  inkar  etməmək  şərti 
ilə  onun  başlıca  xüsusiyyətlərini  aşağıdakı  kimi  ifadə  etmək, 
fıkrimizcə, məqsədəuyğun olardı: 
-İnhisarın  ictimai  həyatda  yerinə  və  roluna  yanaşmada 
iqtisadi  aspekti  qabartmaq,  təhlil  prosesindən  bir  sıra  mühüm 
amilləri  sərf-nəzər  etmək  yanlışlıqdır.  Problemin  ziddiyyətli 
mahiyyəti  əsasən  ümumsosial-iqtisadi  inkişafın  istinad  nöqtəsi  ilə 
səciyyələnir. Yəni, əsas istinad nöqtəsi kimi ayrıca götürülmüş fərd 
və onun tələbatları götürülür yoxsa bütövlükdə millət, ümummilli 
mənafelərin  prioritet  ödənilməsi  zəruriliyi?  Birinci  halda,  yəni 
konkret  fərdə  münasibətdə  inhisar  yalnız  zərər  verə  bilər: 
İnhisarçı  fəaliyyət  nəticəsində  əldə  edilən  mənfəət  istənilən  halda 
istehlakçılara dəyən zərərdən az olur! İkinci halda i.sə, problemin 
birmənalı  qoyuluşu  mümkün  deyildir.  Yuxarıda  əks  etdirdiyimiz 
ziddiyyətlilik də məhz bu qeyri-mümkünlükdən doğur. 
-Lobbist 
fəaliyyət 
maksimum 
dərəcədə 
məhdudlaşdırılmalıdır; 
-İnhisar  iqtisadi  islahatlar  prosesinə,  sistem  dəyişikliyinə 
başlıca maneə törədən əsas amillərdən biridir: 
-Öz təsir dairəsinə və gücünə görə inhisarın həm daxili, həm 
də regional bazarda situasiyaya təsiri eyni məzmuna malikdir
-İqtisadi  regionalizmin  inhisar  problemi  öz  aktuallığı 
baxımından xüsusi əhəmiyyət kəsb edir. 
-
 
Müasir şəraitdə ölkə inhisarçı fəaliyyətin üçlü təzahürü ilə 
üz-üzə qalmışdır: İnzibati-amirlik sisteminin qalığı kimi inhisarçı 
müəssisə  və  birliklər;  Özəlləşdirmə  nəticəsində  prosesin  müxtəlif 
pillələrində olan inhisarçı yaranış və «tənzimləmə» inhisarı. Ölkədə 
inhisarçı fəaliyyətin 
358 


tənzimi  problemlərinin  həlli  istiqamətlərini  aşağıdakı  ardıcıllıqla 
sıralanmağı  məqsədəmüvafıq  hesab  edirik:  1  ^Dövlət—>özəl 
sektor  qarşılıqlı  münasibətlərinin  keçid  dövrünün  məntiqinə 
uyğunlaşdırılması; 
2)İnstitutsional 
strukturun 
rəqabət 
məzmunluluğuna  nail  olunması;  3)Rəqabət  siyasətinin  zəruri 
şərtlər çərçivəsində apaniması; Bunun üçün nəzəri bazasının keçid 
dövrünün  spesifik  xüsusiyyətlərinə  uyğun-  laşdırılmasını  başlıca 
şərt  timsalında  görürük.  4)Dövlət  tənzimi  sistemi  elementlərinin 
dəqiq şəkildə ifadə olunması; 5)Ölkə ərazisində istehsal amillərinin 
sərbəst miqrasiyasına mane olan dövlət və özəl strukturlara qarşı 
ciddi tədbirlərin görülməsi
6)
 
Hüquqi  tənzimlənmənin  təkmilləşdirilməsi;  7)İqtisadi 
demokratiyanın qərarlaşması. 
-
 
Demokratik  prinsiplər  əsasında  formalaşan  vətəndaş 
cəmiyyəti—>iqtisadi  demokratiya—»real  məzmun  daşıyan 
rəqabət  mühiti—»inkişaf  etmiş  vətəndaş  cəmiyyəti  sillogizmi 
müasir  gerçəkliyin  sosial-iqtisadi  və  siyasi  təbiətinin  məntiqi 
törəməsidir. 
Yəni, 
rəqabət-keçid 
iqtisadiyyatı 
şəraitində 
substasional  mahiyyət  daşıyır.  Rəqabət  təkcə  iqtisadi  kateqoriya 
deyildir.  O,  ölkədə  demokratiyanın  qərarlaşması  baxımından 
mühüm əhəmiyyət kəsb edən maddi bazanın yaradıcısıdır, 
-
 
Problemə  yanaşmanın  fəlsəfi-məntiqi  kökləri  inhisarla 
mübarizənin  əsas  istiqamətlərinə  baxışda  daha  dərin,  daha 
mühüm  xarakter  daşıyan  cəhətlərin  ön  plana çıxan  imasını  tələb 
edir.  Söhbət,  hər  şeydən  əvvəl,  iqtisadi  demokratiya,  iqtisadi 
fəaliyyət azadlığı ilə onun məhdudlaşdırılması dərəcələri arasında, 
ələlxüsus inhisar dərəcəsi ilə münasibətlərin aydınlaşdıniniasmdan 
gedir.  İnhisarçı  fəaliyyətlə  bağlı  makro—»mezo—»mikro 
mühitlərin  dəyişənlər  çoxluğundan  iradi  üsulla  abstraksiya 
olunmaq, mahiyyətcə problemə yanaşmanın ifrat bəsitləşdirilməsi
sözügedən  dəyişənlər 
çoxluğunun  elementar 
hissəciklərə 
parçalanması, onlardan hansının önəmli, aparıcı rol oynamasının 
qiymətləndirilməsinə  edilən  cəhdlər  də  analoji  məzmun 
çərçivəsindən kənara çıxmayacaqdır. 
359 


-
 
Lokal  səviyyəli  mənafe  natarazlığı  mahiy>ətcə  elə 
inhisarizmin 
«yem» 
bazası 
deməkdir. 
İnhisarizmin 
«qidalanmaması»  üçün  sosial  bütövlə  fərdi,  fərdlə-kollektiv, 
fərd-millət  qarşılıqlı  əlaqələrində  mənafe  tarazlığından  kənar 
sarpmalara  yol  verilməməlidir.  Beləliklə,  inhisarizmə  qarşı,  onu 
doğuran  şəraitlə  mübarizə  sırf  praqmatizm  mövqeyindən  inkişaf 
prosesinin sahə və struktur aspektlərini daima diqqət mərkəzində 
saxlamağı,  tənzimləmə  sistemi  ilə  iqtisadi  demokratiyanın 
prinsipləri  arasında  təzadlı  mütənasibliyin  formalaşmasına  yol 
verilməməsini özündə əks etdirir yaxud etdirməlidir. 
Keçid 
iqtisadiyyatı 
şəraitində 
inkişaf 
prosesi 
hökumət—>özəl sektor ^vətəndaş cəmiyyəti triadası ilə zəncirvari 
«reaksiyanı»  tam  şəkildə  əhatə  edə  bilmir.  İnkişaf  prosesinin 
subyektləri  arasında  qarşılıqlı  əlaqələri  özündə  ehtiva  edən 
funksional  bağlılığın  inhisarizmin  meydana  çıxması  baxımından 
iki zəif nöqtəsi açıq-aydın şəkildə müşahidə edilir: 
1)
 
Qarşılıqlı  faydalılığın  «pozulması»;  Subyektlərdən  biri 
tərəfindən uduşun maksimumlaşdınlması; 
2)
 
İqtisadi  demokratiyanın  təməl  prinsiplərinin  yoxluğu, 
siyasi qurumların hegemonluğu, iqtisadi gücün təmərküzləşməsi və 
inhisarizmin yaranması. 
Nəticədə dayanıqlı inkişafın maddi-sosial bazası parçalanır, 
tamamilə  təbii  mşzmun  daşıyan  ziddiyyətlərin  xarakteri  dəyişir, 
açıq şəkildə qarşıdurmalar meydana çıxır və s. 
-
 
Qlobal  səviyyəyə  münasibətdə  isə  beynəlxalq  iqtisadi 
münasibətləri 
tənzimləyən 
təşkilatların 
rəsmi 
fəaliyyət 
konsepsiyasının 
fəlsəfi 
məzmununda 
köklü 
keyfiyyət 
dəyişikliklərinin  aparılması  zəruridir.  Yəni,  sözügedən  kon- 
sepsiyalann  yeni  fəlsəfəsi  ümumbəşəri  əxlaq  normalanna,  mənəvi 
prinsiplərə  söykənməli,  primitiv  hesabçılıqdan,  ələlxüsus 
daban-dabana  zidd  olan  mənafelərin  zahiri  uyğunluğuna 
istinaddan  imtina  edilməlidir.  Bu  qənaət,  həm  ümum-  iqtisadi 
inkişafın yeni paradiqmasının «xalis» iqtisadi 
360 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə