Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


ki,  «prays-teyker»  situasiyasının  oliqopolik  qarşılıqlı  asılılıqla



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə120/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   116   117   118   119   120   121   122   123   ...   130

ki,  «prays-teyker»  situasiyasının  oliqopolik  qarşılıqlı  asılılıqla 
əvəzlənməsi  prosesinin  gerçəkliyi  danılır,  empirizm  metodoloji 
prinsip kimi bir kənara qoyulur. Başqa rərzii ifadə ilə deyə bilərik 
ki,  empirik  səciyyəli  prosesləri  yalnız  və  yalnız  nəzəri-məntiqi 
çərçivədə  tədqiq  etməklə  onun  düzgün  qiymətləndirilməsinə  nail 
olmaq olduqca müşkül işdir. 
-
 
«Rəqabət  mühiti»  öz-özlüyündə  məqsəd  kimi  çıxış  edə 
bilməz. İnhisar yaradan prosesə yanaşmada nəyin əsas olmasının 
(istehsal yaxud tədavül) birmənalı qabardılması praktiki anlamda 
elə bir əhəmiyyət daşımır. Eyni  zamanda, bu aspekt geniş təkrar 
istehsal prosesinin «süniliklə» parçalanması, sahə və sferalararası 
qarşılıqlı  münasibətlərin  bəsitləşdirilməsi  anlamından  qeyri  bir 
məzmun kəsb etmir. 
-
 
Müqayisəli  təhlil  göstərir  ki,  tədqiqatçıların  böyük 
əksəriyyəti  inhisann  bazar  kortəbi  il  iyini  aradan  qaldırması 
fikrində yekdildirlər. 
Fikrimizcə, problemin qeyd edilən tərzli birmənalı qoyuluşu 
ən azı iki məqama görə tam şəkildə doğru hesab edilə bilməz: 
-İnhisar  bazara  təsir  göstərməklə  onun  bütövlükdə  deyil, 
yalnız  inhisarçı  fəaliyyəti  göstərən  firmanın  bazarında 
«kortəbiiliyi» qismən aradan qaldıra bilər. Əks-təqdirdə, məntiqi 
antinomiya  meydana  çıxır.  «Kortəbii»  bazarın  tərkib  hissəsi 
«kortəbii» olmaya bilməz! Biz, ona görə «qismən» təyinini xüsusi 
olaraq  vurğulayırıq  ki,  tənzimləmə  dərəcəsi  nöqteyi-nəzərindən 
müəyyən fərqlərin mövcud olması realdır. Lakin, bunu bütövlükdə 
fərqli  mahiyyət  daşıyan  fenomen  kimi  ortalığa  qoymağa  heç  bir 
lüzum yoxdur. 
-İri  biznes  subyektlərinin  (TMK)  inkişaf  etmiş  «daxili», 
bazarları  mövcuddur.  Empirik  araşdırmalar  birmənalı  olaraq 
göstərir  ki,  hətta  bu  bazarlarda  ən  azı  ekzogen  amillərin  təsiri 
nəticəsində tam «planauyğunluq» yoxdur. 
-
 
İnhisar fenomenin sistemli şəkildə dərkedilməsi zəruriliyi 
inhisar—>bazar  cütlüyünü  mütləq  həqiqət  anlamında  qəbul 
edilməz  olduğunu  ortalığa  qoyur.  Belə  ki,  qeyd  edilən  aspektin 
prioritetliyinin mütləqləşdirilməsi inhisar və 
355 


inhisarizm  problemlərinin  tarixi  kökləri  və  onlann  təkamülü 
prosesini aydın şəkildə anlamaq imkanlannı əhəmiyyətli dərəcədə 
məhdudlaşdırır.  Buna  görə  də,  bazaraqədərki  dövrün  inhisarizm 
meylləri ətraflı şəkildə araşdırılmalıdır. 
-
 
Təhlil  materialları  göstərir  ki,  inhisarla  iqtisadiyyatın 
«qapalılığı»  və  totalitarizm  arasında  ifrat  dərəcədə  sıx  qarşılıqlı 
bağlılıq  mövcuddur.  Eləcə  də,  «sosialist»  inhisar  və  bazar 
iqtisadiyyatı  şəraitində  formalaşan  inhisar  tamamilə  fərqli 
məzmunlu  yaranışlardır.  İnhisarizm  adlandırdığımız  sistemli 
yaranışın sırf siyasi xarakter kəsb edən istiqaməti bir sıra hallarda 
avtonom  formada  da  təzahür  edə  bilər.  Yəni,  inhisar  istənilən 
şəraitdə  totalitar  idarəetmə təmayüllərini  doğurur  demək,  əlbəttə 
ki, yanlışlıq olardı. 
-
 
Tədqiqatın nəticələri göstərir ki, inhisarlaşma prosesi, hər 
şeydən əvvəl, qeyri-müəyyənlikdən qaçma cəhdi kimi təzahür edir. 
Kəmi)^ət  ölçüsü  olan  madiyyatm  rasional  karkulyasiyasının 
aparılması  mümkünsüz  olan  prosesdaxili  «intriqalarda»  onun 
itirilmə təhlükəsi əlahiddə mövqe qazanma istəyini tamamilə təbii 
bir  istək  keyfiyyətində  ortalığa  çıxanr.  Belə  ki,  inhisarçı  mövqe 
rəqabətin  «əhliləşdirilməsi»,  qeyri-müəyyənliyin  əhatə  dairəsini 
daraltmaqla  risklərdən  uzaqlaşma  imkanının  əldə  olunması, 
iqtisadi gücü öz əlində cəmləmək, qiymətqoymada liderlik, «oyun 
qaydalannı»  diqtə  etmək,  yüksək  inhisar  mənfəəti  götürmək 
baxımından altemativsizdir. 
-
 
İnhisar öz məzmunu etiban ilə tamamilə fərqli və müxtəlif 
iqtisadi sistemlər formalaşdıra bilər. Bu problemə bizim yanaşma 
tərzimiz yekun olaraq sinergetik baxışla üst- üstə düşür. 
-
 
Azərbaycanda, 
eləcə 
də 
əksər 
sabiq 
mütəffıq 
respublikalarda  inhisarizmin  tamamilə  özəl  xüsusiyyətləri 
mövcuddur.  Bu  xüsusiyyətlər  əsasən  sabiq  SSRİ  iqtisadiyyatının 
idarəedilməsi  prinsiplərindən  qaynaqlanır.  Keçid  iqtisadiyyatının 
doğurduğu  spesifik  situasiya  ilə  yanaşı,  ictimailəşmə  tipində  baş 
verən  dəyişikliklər  Azərbaycanda  gedən  inhisarlaşma  prosesinə 
fərqli bucaq altında baxmağı tələb edir. 
356 


-
 
 Keçid  dövrü  şəraitində  istehsal  və  kapitalın 
təmərküzləşməsi  daha  çox  subyektiv  amillərin  təsirinə  məruz 
qalmaqla inhisar yaradan proses kimi çıxış edir. Eyni zamanda, bu 
mənada  istehsal  və  elmi-texniki  potensialın  diversifı-  kasiyasının 
aparılmaması  nə  texnoloji  miqyas  effektindən,  nə  də  sinergetik 
effektdən 
(daimi 
xərclərin 
azaldılması 
istiqamətində) 
yararlanmağa  imkan  vermir.  Və,  istənilən  halda  subyektiv 
amillərin prioritet xarakteri tədavül sferasının ayrıca götürülmüş 
subyekt 
tərəfindən 
təmərküzləşməsinə, 
beləliklə 
də, 
istehsal—»tədavül  qarşılıqlığında  effektiv  bağlılığın  qırılmasına 
gətirib  çıxarır.  Xarici  iqtisadi  fəaliyyətə  münasibətdə  isə  bu  hal 
daha  ağır  nəticələrlə  sonuclanır.  Belə  ki,  iriləşmiş  təsərrüfat 
subyekti  çərçivəsində  diversifıkasiyanm  aparılmaması  innovasiya 
proseslərinə  mənfi  təsir  göstərməklə  texnoloji  geriliyi  daha  da 
möhkəmləndirir  və  məntiqi  nəticə  olaraq  «qapalı»  dairə  yaradır. 
Yəni, formaca «açıq», məzmunca isə «qapalı» sistem formalaşdırır 
ki, bunun da hər cür effektivlikdən uzaq olduğunun heç bir sübuta 
ehtiyacı yoxdur. 
-
 
Problemin  qlobal  səviyyədə  qoyuluşu  inhisarlaşma 
prosesinin müasir təmayüllərini aşkar etməyə imkan vermişdir: 
-Qeyri-maddi  istehsal  sferasının  rolunun  kəskin  şəkildə 
artımı; 
-Postindustrial  təsərrüfat  sisteminin  fərqli  mahiyyətindən 
doğan xüsusiyyətlərin təsiri; 
-İnhisarlaşmanın getdikcə daha çox «gizli» səciyyə daşıması; 
-İnhisarçı  təmayüllərin  iqtisadiyyatın  bütün  sferalannı 
əhatə etməsi; 
-İnhisarlar  arasında  əvvəllər  müşahidə  edilməyən  birgə 
sahibkarlıq formalannın tətbiq edilməsi
-Kapitalın  mərkəzləşməsi,  mülkiyyətin  yenidən  bölgüsü 
proseslərinin güclənməsi. 
-
 
Araşdırmalanmız  göstərir  ki,  inhisarçılığın  nəzəri  və 
praktiki  anlamda  qiymətləndirilməsini  aşağıdakı  ardıcıllıqla 
həyata keçirilməsi məqsədəmüvafiqdir: Bütövlükdə istehsal 
357 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə