Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   24   25   26   27   28   29   30   31   ...   130

§ LXARİCİ TİCARƏTİN İNKİŞAF 
DİNAMİKASININ FAKTORLU TƏHLİLİ 
Beləliklə,  məlumdur  ki,  sabiq  SSRİ-nin  süqutu  nəticəsində 
dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası beynəlxalq 
hüququn  tam  səlahiyyətli  subyekti  kimi  beynəlxalq  iqtisadi 
münasibətlər  sisteminə  daxil  olmuşdur.  İmperiyanın  süqutu  sovet 
dövründə  uzun  onilliklər  ərzində  formalaşmış  problemlər 
kompleksinə  ümummilli  səciyyəli  yeni  nüanslar  da  daxil  etmiş, 
sosial-iqtisadi inkişaf sferasında onsuz da ağır olan situasiyanı daha 
da mürəkkəbləşdirmişdir. Belə ki, əvvəla, Azərbaycan vahid SSRİ 
«xalq  təsərrüfatı  kompleksinə»  həm  texnoloji,  həm  də  fəaliyyətin 
spesifikası  mövqeyindən  şaquli  istiqamətdə  inteqrasiya  olunmuş, 
milli  iqtisadiyyatın  heç  olmazsa  avtonom  statusda  ,  müstəqilliyi 
təmin edilməmişdir

-  Şaquli  yönümlü  inteqrasiya  mahiyyət  etibarı  ilə  bütövlük, 
tamlıq  yaratmaqla  yekunlaşır.  Təzahür  formalarından  asılı 
olmayaraq  şaquli  inteqrasiya  hər  hansı  bir  s^^ziyyədə  .aU- 
sisteminih  yalnız  zahiri görüntüsünü foırnalaşdıra  bilər.  Əslində 
isə bu prosesə qoşulma nəticə etibarı ilə özgürlüyünü (ümummilli 
aspektdə)  itirmə,  «ərimə»  deməkdir.  Və,  «əriyən»  hissələrin 
yenidən  müstəqilləşməsi,  əvvəlki  «bütövdən»  ayrılması  istənilən 
halda  böyük  itkilərlə  müşahidə  olunur.  Eyni  zamanda,  həmin 
«əriyən»  hissələrin  tamamilə  başqa  bir  müstəvidə,  ümummilli 
səviyyədə  determinoloji  və  funksional  bağlılığının  yaranması, 
sözügedən aspektdə yeni-milli «bütövlüyün» formalaşması prosesi 
də  çoxlu  vəsait  tələb  etməklə  son  dərəcə  aramla  gedir;  İkincisi, 
Azərbaycanın  sovet  dövründə  xarici  ticarət  ən’ənəl^ı' 
ölmarnişdır. ölkəhih x'arici iqtisadi əlaqələri bütövlükdə mərkəzi 
İTäkimiyyətin 
inhisarında 
olmüş 
və 
həmin 
səvivvədəTr~ilO~Kİäfə~^dnimıs3irrtjçühcüsü,  uzun  onilliklər 
ərzində formalaşmış^ inzibati-amirlik ^stemı öz təbiəti etibarı ilə 
nəinki 
üfıqi 
əlaqələrin 
qarşılıqlı 
faydalılıq 
bazasında 
formalaşmasına  imkan  vermir,  bazar  mexanizmini  «sü’ni» 
məhdudiyyətlər kompleksinin köməyi ilə 
79 


deformasiyaya  uğradırdı,  hətta  bazar  düşüncə  tərzinə,  bazar 
davranışına  əsaslanmaqla  milli  iqtisadi  təfəkkür  və  onunla  bağlı 
olan  hər  şeyi  «oyundan  kənar»  vəziyyətə  salmışdır.  Dördüncüsü, 
siyasi müstəqilliyin əldə edilməsi sovet dövründən qalma problemin 
mexaniki həllinə deyil, daha böyük və həyati əhəmiyyət kəsb edən 
məsələlərin  kompleks  qoyuluşuna  və  onun  ifrat  dərəcədə 
aktuallaşmasma rəvac verdi. 
Milli  iqtisadiyyatın  bazar  prinsipləri  əsasından  yenidən 
qurulrnası  prosesi  hələ  də  davam  etməkdədir.  Problemə 
ümumnəzəri  yanaşmanın  məhək  daşı  sovet  dövründə  SSRİ 
iqtisadiyyatının  sənaye-xammal  əlavəsi  kimi  fəaliyyətdə  olan 
respublikanın  milli  iqtisadiyyatının  bu  gün  beynəlxalq  əmək 
bölgüsündə layiqli yer tutuması zəruriliyi ilə şərtlənir. Söhbət, hər 
şeydən əvvəl,  respublikanın  xarici  iqtisadi strategiyasının  optimal 
seçimindən və onun sosial, siyasi, milli inkişafın dəyişənlər çoxluğu 
ilə  determinoloji  bağlılığının  təminatından  gedir.  Eyni  zamanda, 
zənnimizcə, problemi xüsusilə kəskinləşdirən cəhətlərdən biri məhz 
Azərbaycan  Respublikası  dövlətçiliyinin,  ələlxüsus  hüquqi  dövlət 
quruculuğunun  formalaşma  mərhələsində  olmasıdır.  Uzaq  tarixi 
keçmişdə  Azərbaycan  ərazisində  çoxsaylı  cırtdan  dövlətlərin 
(xanlıqlar)  olmasına  baxmayaraq,  hazırkı  ərazi  çərçivəsində 
(Şimali Azərbaycan) dövlət quruluşu təcrübəsi demək olar ki, yox 
dərəcəsindədir.  Respublikanın  geosiyasi  vəziyyəti  onsuz  da 
mürəkkəb  olan  situasiyanı  daha  da  kəskinləşdirir.  Belə  ki, 
Ermənistanla  müharibə  hələ  də  başa  çatmamış  və  əvvəllər  qeyd 
etdiyimiz kimi, ölkə ərazisinin 20%-i işğal altındadır. Başqa sözlə, 
respublikanın ərazi bütövlüyü pozulmuş, onun suveren hüquqları 
bütün ölkə ərazisini əhatə etmir. Böyük təbii sərvətlərə malik olan 
respublika məhz həmin müharibənin sülh yolu ilə başa çatmağının 
təminində  müxtəlif  istiqamətlərdən  təzyiqlərə  məruz  qalır  və 
özünün  xarici  siyasətini  xarici  güclərin  mənafe  tarazlığına 
əsaslanmaqla formalaşdırmaq məcburiyyətindədir. 
80 


Beləliklə,  Azərbaycajı__  Respublikasının  beynəlxalq 
iqtisadi  münasibətlər  sistemində  yeri  və  rolunun  ürfıummilli 
mənafelərə  uyğunlaşdırılması  ilk~növbədə  milli  dövlətçiliyin 
möhkəmləndirilməsi,  siyasi  və  milli  müstəqilliyin,  ərazi 
bütövlüyünün  və  dövlət  sərhədlərinin  toxunulmazlığının  təminatı 
və  s.  tipli  siyasi  aspektlərin  prioritetliyi  şəraitində  nəzərdən 
keçirilməlidir.  Beynəlxalq  münasibətlər  sistemində  tam  asılı 
dəyişən  statusunu  keçid  dövrü  ərzində  aradan  qaldırmaq  və 
siyasi-iqtisadi  müstəqilliyin  müasir  dünya  təcrübəsinə  uyğun 
təmininə  nail  olmaq  günün  ən  aktual  problemlərindən  biridir. 
Ölkənin beynəlxalq əmək bölgüsündə özünə məxsus yer tutmasının 
imkan  və  şərtlərini  müəyyənləşdirmək  baxımından  qarşılıqlı 
iqtisadi əlaqələrdə xarici ticarət əməliyyatlarının kompleks şəkildə 
araşdırılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  ən  ümumi 
şəkildə götürülərsə, beynəlxalq iqtisadi münasibətlər məcmusunun 
80-  85%-i  xarici  ticarətin  payına  düşür“*’.  Bəri  başdan, 
elmi-tədqiqatlarda  mühüm  atributlardan  biri  kimi  yer  tutmaqda 
davam  edən  belə  bir  stereotipdən  uzaqlaşmağı  zəruri  sayınq  ki, 
xarici ticarətlə bağlı aparılan araşdırmalarda «sovet» Azərbaycanı 
və  müstəqil  Azərbaycanın  qarşılaşdırılması,  hər  iki  dövrün 
müqayisəsi sadəcə olaraq, mənasızlıqdan başqa bir mahiyyət kəsb 
etmir. Ona görə ki, «sovet» Azərbaycanı: a)Xarici ticarətlə demək 
olar ki, məşğul deyildi; b)Ölkənin idxal-ixrac əməliyyatlan ittifaq 
mərkəzi  tərəfindən  həyata  keçirilirdi;  v)Xarici  ticarət  bütünlüklə 
dövlətin  inhisarında  idi;  q)Xarici  ticarət  ciddi  surətdə  aparılan 
makro planlaşdırmanın əhatə dairəsində idi; d)Ölkənin idxal-ixrac 
əməliyyatları İmperiyanın mənafelərinə xidmət edirdi və s. və i.a. 
Başqa  sözlə,  qeyd  etdiyimiz  stereotip  müasir  dövrün  tələbləri 
baxımından,  tam  şəkildə  yararsız  olmaqla  bahəm,  ehtiva  etdiyi 
dövrlərin müqayisəyə gəlməməzliyi ilə səciyyələnir. Yəni, mahiyyət 
etibarı ilə fərqli sistem və fərqli məqsədlərin müqayisəsi hər hansı 
bir hadisənin zaman etibarı ilə statistik təsvirindən alayı bir nəticə 
çıxarmağa imkan vermir. Və, buna görə də, məhz bu 
A.KupeeB MoKayHapoaHan SKOHOMHKa. M: 1997, 
CTp.41,
 
81 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə