Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Bununla  bahəm,  qeyd  etməyi  zəruri  sayırıq  ki,  əslində



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   27   28   29   30   31   32   33   34   ...   130

Bununla  bahəm,  qeyd  etməyi  zəruri  sayırıq  ki,  əslində 
problemin  məhz  yuxarıda  təsvir  edilmiş  formada  qoyuluşu 
araşdırılan məsələ ilə bağlı dərketmə diskomfortu yaradan, eləcə də 
ifrat  əks  qütblərə  məxsus  baxışların  meydana  çıxmasım 
şərtləndirən  başlıca  səbəbdir.  Başqa  sözlə,  xarici  ticarətin 
liberallaşdın  iması  probleminin  problem  key  fiyyətdə  düzgün 
"qoyuluşuna nail olmaq zəruridir. Yəni, sözügedən 'mə’nada ən azı 
iki  istiqamətli  və  qismən  fərqli  məzmunlu  liberallaşdırmähT 
fərqləndirmək olar: 
'l)Spohtan "Tiberallaşdırma; Ortodoksal liberalizmin ictimai 
praktikada tətbiqi; 
2)
 
Tənzimlənən  liberallaşdırma;  Proqram  təminatı 
bazasında  xarici  ticarətin  tədricən  sərbəstləşdirilməsi;  İfrat 
fərdiyyətçiliyin  (ortodoksal  liberalizmin  əsas  çıxış  nöqtəsi)  sosial 
örtüyə bürünməsi, onun sosium—>fərd ayrılmazlığı prizmasından 
sosial yönümlülüyünün qabardılması; 
Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  hələ  1992-ci  ildən  keçid 
prosesinə  yanaşmada  şok  terapiyası,  xarici  ticarətdə  isə  spontan 
liberallaşdırma  istiqamətləri  üstünlük  təşkil  etməyə  başlamışdır. 
Elə  buradaca  qeyd  edək  ki,  «spontan»  və  «kortəbii»  terminləri 
arasında  mahiyyət  eyniliyi  yoxdur.  Belə  ki,  spontan-prosesin 
kortəbii gedişini yox, sistemdaxili yeniləşmənin kənar müdaxiləsiz 
baş  tutacağına  olan  inamı,  «kortəbii»  isə  mahiyyətcə  xaotikliyi, 
idarəedilməzliyi özündə ehtiva edir. Hər halda Azərbaycanın xarici 
ticarət  sferasında  tətbiq  edilən  «spontan»  liberallaşdırma 
araşdırılan  istiqamətdə  fəaliyyət  intensivliyinin  yüksəldilməsinə 
səbəb  olmaqla  yanaşı  bir  sıra  ümumiqtisadi  məzmun  daşıyan 
problemlərin də meydana çıxmasına səbəb olmuşdur. Ümummilli 
iqtisadi  inkişaf  prizmasından  mühüm  əhəmiyyət  kəsb  edən 
cəhətlərə nümunə olaraq aşağıdakıları göstərmək olar: 
1)
 
İstehlak 
bazarında 
konyunktur 
nisbətlərin 
formalaşmasında xarici amillərin üstün mövqeyə keçməsi
2)
 
Xarici  rəqabətin  güclü  pressinqi  altında  milli  istehsalın 
dirçəldilməsi probleminin kəskinləşməsi; 
88 


3)
 
«Ucuz»  bazar—>«baha»  istehsal  antinomiyasının 
meydana çıxması; 
4)
 
İlkin kapital yığımı prosesinin İcriminallaşması; 
5)
 
Milli  iqtisadi  tofəkkürün  formalaşmasında  mənfi  işarəli 
rol oynaması; 
6)
 
Ölkənin  valyuta  bazarında  möhtəkir  xarakterli 
əməliyyatların xüsusi çəkisinin yüksəlməsi
7)
 
Maliyyə  və  pul-kredit  siyasətinin  sərt  mahiyyətində  hər 
hansı  bir  «yumşalmanın»  mümkünsüzlüyünü  əsaslandıran  mənfi 
effektin meydana çıxması və s. 
Bu  qəbildən  olanların  sayını  bir  qədər  də  artırmaq 
mümkündür.  Amma  elə  sadəcə  olaraq  sözügedən  istiqamətlərin 
ümummilli iqtisadi inkişafda oynadığı rola nəzər salmaq kifayətdir 
ki,  «spontan» liberallaşdırmanın  doğurduğu fəsadların miqyasını 
bütün aydınlığı ilə təsəvvür edəsən. 
Təhlil  materialları  göstərir  ki,  sözügedən  istiqamətlərdə 
qərarlaşmış  mənfi  və  müsbət  cəhətlər  ölkənin  qarşılıqlı  ticarət 
əlaqələrində analoji meyllərin yaranması və inkişafında önəmli yer 
tutmaqda davam edirlər. 
1992-2000-ci  illər  ərzində  Azərbaycanın  xarici  ticarət 
əlaqələrinin dinamikası və onunla bağlı olan göstəricilər sisteminin 
faktorlu  təhlili  əsasında  bir  sıra  yeni  təmayüllərin  meydana 
çıxdığını müşahidə etmək mümkündür (cədvəl 3.2.): 
-Hər şeydən əvvəl, onu qeyd etməyi zəruri sayırıq ki, ölkənin 
xarici  ticarətinin  regional  aspektləri  baxımından  güclü 
dəyişikliklər  baş  vermişdir.  Belə  ki,  ticarət  axınlarının  istiqaməti 
bimıənalı olaraq MDB-xarici məkana yönəlməkdə davam edir. 
-İxracın  monostruktur  aspektdən  inkişafı  müşahidə 
edilməkdədir. Ölkənin ümumixracatında mineral xammalın xüsusi 
çəkisi son 5 il ərzində 33,4% yüksələrək 68,9%-ə (1998-ci il) yaxud 
mütləq anlamda 231,8 mln. dollardan 417,9 mln. dollara çatmışdır. 
2000-ci  ildə  isə  ixracatın  monostruktur  istiqaməti  getdikcə 
dərinləşmiş,  mineral  xammalın  ümumixracda  xüsusi  çəkisi 
90%-lik sərhəddi ötüb keçmişdir. 
89 


 


-İdxalatın strukturunda müsbət 
meyllər  aşkara 
çıxmaqdadır.  1998-ci  ildə  ölkənin  ümumidxalatında  maşın, 
mexanizm,  avadanlıqlar  (35%);  qara  və  əlvan  metallar  (10,7%); 
nəqliyyat vasitələri (8,7%), yüngül 
sənaye 
məmulatlan  (5,9%)  birlikdə  60,3%-lik  xüsusi  çəkiyə  malik 
olmuşlar.  1994-cü  illə  müqayisədə  investisiya  mallarının  payı 
24,2%  yüksəlmiş,  ərzaq  mallanmn  xüsusi  çəkisi  isə  10,1%  aşağı 
düşmüşdür. Eyni zamanda, neft sektorunun ümumidxa- latda payı 
20,3%-ə  çatmışdır  ki,  bunun  da  bütövlükdə  idxalın  struktur 
təkmilləşməsində rolu əhəmiyyətli dərəcədə böyükdür. 
2000-ci 
ildə  qeyd  edilən  təmayüllərdə  əhəmiyyətli 
dəyişikliklər baş verməmişdir. Bununla belə ümumidxalda istehlak 
mallanmn  payının  azalması  davam  etmiş,  neft  sektorunun  xüsusi 
çəkisi isə 30%-lik həddi keçmişdir. 
§2. XARİCİ TİCARƏTDƏ BİLİTERAL 
ASILILIQ PROBLEMİ 
İxracın  monostrukturu  və  onun  diversifikasiyasının  qısa 
zaman  kəsiyində  praktiki  cəhətdən  mümkünsüzlüyü  qeyd  edilən 
aspektlərin  ümumi  qoyuluşu  çərçivəsində  ən  azı  iki  istiqamətli 
asılılıq meydana çıxara bilər: 
1)
 
Bir məhsuldan asılılıq; 
2)
 
Bir ölkədən (inteqrasiya blokundan) asılılıq. 
Hər  iki  halda  problemin  ağırlıq  mərkəzi  ixracın 
monostrukturu və onun diversifikasiyasının qısa zaman kəsiyində 
praktiki cəhətdən mümkünsüzlüyünöı üzərinə düşür. 
Bir  məhsuldan  asılılıq  beynəlxalq  ticarətdə  daha  geniş 
yayılmış bir hadisədir (Cədvəl 3.3.). 
91 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə