Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   28   29   30   31   32   33   34   35   ...   130

Cədvəl 3.3. 
İxrac mənfəətinin bir məhsuldan asılılığı 
Ölkələr
 
Məhsul
 
Ümumixracda xüsusi çəkisi 
(%)
 
1. Kuba
 
qənd
 
77,1
 
2. Kolumbiya
 
kofe
 
59,9
 
3. Qabon
 
neft
 
76,1
 
4. Azərbaycan
 
neft
 
69,0
 
5. Yamayka
 
metal filizləri
 
65,3
 
6. Somali
 
canlı heyvanlar
 
89,7
 
7. Qana
 
kakao
 
58,3
 
8. Liberiya
 
xammal (qeyri- yanacaq)
 
90,3
 
Ümumiyyətlə,  apanlan  araşdırmalar  göstərir  ki,  inkişaf 
etməkdə olan, o cümlədən, keçid iqtisadiyyatlı ölkələrin təxminən 
57%-i  (106  ölkə)  ixrac  daxilolmalannın  25%-dən  çoxunu  bir 
məhsuldan alırlar. 
İnkişaf etmiş ölkələrdə isə bu hal (İslandiya istisna olmaqla) 
müşahidə edilmir. 
Araşdırmalanmız 
birmə’nalı 
şəkildə 
göstərir 
ki, 
ümumiqtisadi  inkişaf  strategiyasının  əsas  məqsədləri  baxımından 
effektiv nəticə əldə edilməsi problemi ilə xarici bazarlarda həyata 
keçirilən  fəaliyyətin  xarakteri,  daha  konkret  ifadə  etsək,  ölkənin 
ixrac siyasəti arasında determinoloji asılılıq mövcuddur. Xammal 
təbiətli  əsas  ixrac  sektorunun  diversifikasiyası  inkişafın  başlıca 
amillərindən  biridir  və  heç  bir  vəchlə  xammalın  qiymət 
səviyyəsindən asılı olan fenomeni kimi qəbul edilməməlidir. 
Bu  tezisin  apriori  olaraq  qəbul  edilməsi  mümkündür. 
Şübhəsizdir ki, diversifikasiya öz mahiyyəti e’tiban ilə hansısa bir 
yaxud  bir  neçə  prosesin  mexaniki  ümumiləşdirilməsi  deyildir  və 
iqtisadi  inkişafın  mühüm  əhəmiyyət  daşıyan  atributlan 
sırasındadır.  Amma,  eyni  zamanda,  o  da  mə’lumdur  ki,  xammal 
təbiətli ixrac sektorunun diversifikasiyası məsələn, Azərbaycan və 
eləcə  də  digər  MDB-üzvü  olan  ölkələrdə  yalnız  o  halda 
müvəffəqiyyətli ola bilər ki, bu istiqamətdə real maliyyə gücü olan 
ölkələr yaxud beynəlxalq qurumlar əməli 
92 


yardım  göstərsinlər.  Əks-təqdirdə  heç  bir  real  sonuca  varmaq 
mümkün olmayacaqdır. Həmçinin, bu prosesin həyata keçirilməsi 
ən  azı  regional  bazarda  hər  cür  giriş  məhdudiyyətlərinin  aradan 
qaldınimasmı tələb edir. Bütün bunlarla yanaşı, ixrac sektorunun 
diversifikasiya 
üçün 
texniki 
yardımın 
zəruriliyi 
də 
unudulmamalıdır.  Sözsüz  ki,  qeyd  edilən  şərtlər  daxilində  həyata 
keçirilməsi  istənilən  texniki  yardımla  xarici  investisiyalar, 
texnologiya  və  inkişaf  etmiş  regional  bazarlara  çıxışın 
liberallaşdıniması  və  şəffaflaşdıniması  arasında  bərabərlik  işarəsi 
qoyula  bilməz.  Eyni  zamanda,  sözügedən  cəhətləri  bir-birinin 
alternativi kimi də qəbul etmək yalnışlıq olardı. 
Bu sahədə mövcud olan dünya təcrübəsi birmə’nalı şəkildə 
sübut  edir  ki,  ümumiyyətlə,  xammal  təbiətli  ixrac  sektoru 
bütövlükdə  iqtisadiyyatın  struktur  modernləşdirilməsi  və 
diversifıkasiyası üçün baza rolunda çıxış etmək iqtidarındadır. 
Məhz bu nöqteyi-nəzərdən ixrac siyasətinin real gerçəkliyə, 
eləcə  də  ölkənin  mövcud  potensialına  uyğunlaşdırılması  və  qeyd 
edilən bazaya söykənməklə opti- mallaşdınlması problemi mühüm 
əhəmiyyət kəsb edən məsələlər sırasına daxil edilməlidir. 
Qeyd  etdiyimiz  konseptual  baxışın  müasir  iqtisad  elmində 
mövqelərinin möhkəm olmasına baxmayaraq, bir sıra elmi şübhə 
doğuran  cəhətlərdən  də  xali  deyildir.  Belə  ki,  ölkənin  (yaxud 
inteqrasiya  blokunun)  xarici  ticarətinin  başlıca  olaraq  təklif 
bazasının  təkmilləşdirilməsi  əsasında  həyata  keçirilməsi  effektiv 
diversifikasiya  üçün  zəruri  şərt  olsa  da,  beynəlxalq  əmək 
bölgüsündə,  eləcə  də  dünya  “gəlirində”  layiqli  paya  malik  olmaq 
nöqteyi-nəzərindən perspektiv inkişafın konturlannı aydın şəkildə 
müşahidə  etmək  imkanı  vermir.  Digər  tərəfdən,  ümumnəzəri 
yanaşmanın  əsas  istinad  nöqtəsi  kimi  müqayisəli  üstünlüklərin 
qeyd-şərtsiz  qəbulunun  zəruriliyi  fikrini  ortalığa  qoyur.  Əgər 
nəzərə  alsaq  ki,  regional  ticarət  məkanının  qeyri-tarif 
məhdudiyyətlərindən  “təmizlənməsi”  istəyi  xammal  təbiətli  ixrac 
sektorunun diversifikasiya prosesinin daxili məntiqindən doğan bir 
hadisədir, onda 
93 


ümumiyyətlə,  ixrac  siyasəti  ilə  ümummilli  iqtisadi  inkişaf 
strategiyasının  məqsədəuyğunluq  baxımında  əlaqələndirilməsi 
problemi daha da kəskinləşə bilər. 
Mə’lumdur  ki,  bütövlükdə  xarici  iqtisadi  fəaliyyətdə 
sosial-iqtisadi  səmərəlilik  səviyyəsinin  yüksəldilməsi  ilə  ölkənin 
xarici ticarət şəraiti arasında düzmütənasib asılılıq mövcuddur. Bu 
asılılıq,  daxili  iqtisadi  tənzimlənməni  də  əhatə  etməklə,  əslində 
iqtisadi  inkişafın  mümkünlüyü  sualına  cavab  verən  əsas  cəhətdir. 
Kiçik  tutumlu  bazara  malik,  ələlxüsus  keçid  iqtisadiyyatlı  səciyyə 
daşıyan ölkələrdə qeyd edilən aspekt daha qabanq və daha konkret 
şəkildə təzahür edir. 
Deməli, müasir dövrdə artıq qərarlaşmış situasiyada köklü 
keyfiyyət dəyişikliklərinin aparılması heç bir vəchlə bir istiqamətli 
yaxud  bir  istiqamətin  prioritetliyi  yönümündə  həyata  keçirilə 
bilməz.  Belə  ki,  paralel  səciyyə  daşımayan  inkişaf  prosesi 
komplekslilik  keyfiyyətindən  uzaqdır  və  ən  yaxşı  halda  ölkənin 
ixrac  sektorunu  dünya  bazannm  “anklavına”  çevirə  bilər. 
“Anklav” xarakterli inkişaf isə sonuc e’tiban ilə regional bağlılığın 
dönməzliyini  ortalığa  qoymaqla  biliteral  asılılığı  mütləqləşdirmək 
iqtidanndadır.  Düzdür,  apardığımız  araşdırmalar  da  göstərir  ki, 
dünyanın  bir  sıra  ölkələrindən  fərqli  olaraq  Azərbaycan  regional 
aspektli  asılılıq  baxımından  daha  əlverişli  vəziyyətdədir.  Sabiq 
SSRİ 
dövründə 
formalaşmış 
vahid 
iqtisadi 
məkanın 
dezinteqrasiyası  milli  dövlət  müstəqilliyi  baxımından  xüsusilə 
təhlükəli  olan  biliteral  asılılığın  aradan  qaldırılmasına  imkan 
vermişdir. 
Azərbaycanın  xarici  ticarət  dövriyyəsində  əsas  ticarət 
partnyorlanndan  heç  birinin  payı  25%-lik  həddi  aşmır.  Lakin  bu 
heç  də  o  demək  deyildir  ki,  ölkənin  xarici  ticarət  siyasətində 
optimallaşdırma  istiqamətli  dəyişikliklərin  apanimasına  ehtiyac 
yoxdur.  Xarici  ticarət  əlaqələrinin,  xüsusilə  ixracın  coğrafiyası  və 
dinamikasının aydın şəkildə görünən meyl və təmayülləri belə bir 
təhlükənin  gözlənilən  olduğuna  şübhə  yeri  qoymur.  Problemin 
regional  aspektləri  baxımından  ən  çox  müxtəliflik  doğuran  cəhət 
MDB  və  onun  gələcəyi  ilə  bağlı  olan  məsələlərdir.  MDB  daxili 
inteqrasiyanın əsasən və başlıca olaraq tədavül sferasını əhatə 
94 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə