aradan qaldırılmasında müstəsna rol oynamışdır. Real bazar
inhisarizmin iqtisadi əsaslarının formalaşması, onun dayanıqlıq
səviyyəsinin yüksəldilməsi, sosial və iqtisadi olanlar arasında
dialektik bütövlüyün yaranması üçün ideal zəmin hazırlamaqla,
eyni zamanda onun (inhisarizmin) «təbiiliyinin» əhəmiyyətli
dərəcədə qabardı İmasına rəvac vermişdir. İkincisi, problemin
qeyd etdiyimiz səpgidə qoyuluşu həm də ona dəlalət edir ki,
ümumiyyətlə, bazarın meydana gəlməsi mənafelərin daha tam
şəkildə ödənilməsi tələbinin yaxud həmin prizmadan ictimai
«sifarişin» nəticəsindən başqa bir şey deyildir. İqtisadi proseslərdə
əlahiddələşmə mənafelər mövqeyindən «xüsusiliyin» ön plana
çəkilməsi kimi də başa düşülə bilər. Yəni, iqtisadi səciyyə daşıyan
hadisələrdə «iqtisadi»nin mütləqləşdirilməsi, konkretləşdirilməsi
və öncüllüyünün birmənalı qəbulu heç də «sosial»ın
mücərrədləşdirilməsini, «simasızlaşdınlmasını» tələb etmir. Əksinə,
iqtisadi inkişaf qanunları və qanunauyğunluqlarının obyektiv
xarakteri ictimai «sifarişin» məntiqi əsaslarına söykənməklə qəbul
ediləndir. Həqiqətən də, «iqtisadi» olan «sosialın» maddiləşmiş
təzahüründən başqa bir şey deyildir. Eyni zamanda, «sosialın»
mövcudluğu və inkişafı «iqtisadi»dən funksional asılılıqdadır. Belə
olan təqdirdə mənafelərin daha tam ödənilməsi «ümumilik»
səciyyəsi daşısa da, elə həmin mənafelər müstəvisində
qıııplaşmaların meydana çıxmasını da şövqləndirir. Başqa sözlə,
inhisarizmin intişarı artıq dialektik bağlılıqda olan proseslərin
məntiqi yekunu, təbii nəticəsi kimi baş verir və əvvəlki, yəni bazara
qədərki dövrlə müqayisədə ikitərəfli səciyyə kəsb edir.
Üçüncüsü, bazarın özünün təkamülü tarixinin müxtəlif
mərhələlərinə uyğun olaraq, inhisarizmin təzahür formaları da
dəyişir. Demokratik prinsiplər bazasında formalaşan vətəndaş
cəmiyyətinin mövcudluğu inhisarizmin təklik, vahidlik aspektlərini
çoxluqla, müxtəlifliklə əvəz edir. Müxtəlif səviyyəli və imkanlı
mənafe qruplannm üz-üzə gəlməsi, sosial-siyasi mahiyyət daşıyan
islahat yaxud dəyişikliklərin aparılması ilə tənzimlənir. Bu heç də o
demək deyildir ki, sözügedən dəyişikliklər sosial qaydaların köklü
surətdə yeniləşməsi ilə nəticələnməlidir. Yəni, qeyd edilən problemə
marksist
«qlobalizmi»
mövqeyindən
baxış
tamamilə
yolverilməzdir.
46
Belə ki, sosial problemlər ümumbəşəri məzmuna paralel olaraq,
həm də milli-etnik mahiyyətə malikdir. Bu baxımdan biz D.Starkın
belə bir fikri ilə tam razıyıq ki, həqiqətən də sosial sferada həyata
keçirilən əsaslı dəyişikliklər heç də bir sosial qaydadan digərinə
keçid deyildir. Bu dəyişikliklər çoxsaylı sosial qaydalar arasında
qarşılıqlı əlaqələr
sisteminin yeniləşdirilməsidir, mövcud
strukturun
yeni
prinsiplər
əsasında
formalaşdırılmış
kombinasiyasıdır^\ Bazar fəaliyyətində milli spesifikliyin
mövcudluğu o deməkdir ki, istənilən səpgili dəyişiklildərin
nüvəsində tarixi-təkamül prosesinin formalaşdırdığı və əksər
hallarda mahiyyətcə sabit xarakter daşıyan milli qaydalar durur və
o, sosial sfcradakı dəyişikliklərin inqi- labiliyini qəbul etmir və
bütün gücü ilə müqavimət göstərir. Başqa sözlə, söhbət ən yaxşı
halda həmin milli qaydaların yeni prinsiplər əsasında təşkilindən
gedə bilər, onların məzmunca dəyişdirilməsindən yox! Məhz buna
görə də, cəmiyyətin idarə edilməsi sferasında xüsusi imtiyazların
bir yaxud bir neçə əldə cəmlənməsi yaxud inhisarizmin müxtəlif
səviyyəli və formalı təzahürü milli aspektdən birbaşa asılılıqdadır.
Və, nəhayət qeyd etmək lazımdır ki, müasir sosial- iqtisadi
situasiya çərçivəsində inhisarizmin formalaşması həm lokal, həm
də regional və qlobal mənafelərin uyğunlaşdırıl- ması istiqamətində
problematik məqamların meydana çıxmasına səbəb olur. Belə ki,
inhisarizm ictimai həyatın bütün sferalarına nüfuz etməklə,
ümummilli mənafeləri arxa plana keçirir və əksər hallarda
əlahiddələşmiş korporativ maraqların əsirinə çevrilir (şək. 1.7.).
Başqa sözlə, inhisarçı fəaliyyət göstərən iqtisadi subyekt
ölkənin iqtisadi inkişaf strategiyasından tutmuş, siyasi partiyaların,
seçki kompaniyalarının maliyyələşdirilməsinə qədər bütün ictimai
proses və hadisələrdə yaxından iştirak etməklə, xüsusi mənafenin
öncüllüyünün təminatına çalışır və nəticə etibarı ilə inhisarizm
doğurur.
Dünya
iqtisadiyyatının
qloballaşması
prosesinin
sürətlənməsi isə həmin «yaranışın» ümumbəşəri bəlaya
çevrilməsinə gətirib çıxarır.
Stark D. Recombinat Property in East European Capitalism-American
Joıu'nal of Sociolopy, 1996. Vol. 101 N4. p.993-1027
47
Şək.]. 7. Inhisarizmin formalaşmast mexanizmi
İstehsal və kapitalın transmilliləşməsi, milli mənsubiyyəti
bəlli olmayan beynəlxalq istehsal komplekslərinin, qapalı xarakter
daşıyan inteqrasiya bloklarının yaranması, sənayecə inkişaf etmiş
ölkələrin liberal ekstremizmi iqtisadi cəhətdən geri qalan əksər
inkişaf etməkdə olan ölkələrdə lokal inhisarizmi milli mənafelərin
yeganə təminatçısına çevirir və məcburi qaydada onun mövqelərini
möhkəmləndirir. Qeyd edilən proseslər beynəlxalq və regional
səviyyələrdə elə mürəlckəb simbioz formalı qarşılıqlı münasibətlər
formalaşdırmışdır ki, ayrıca götürülmüş hər hansı bir ölkənin
perspektiv inkişafı lokal səciyyəli problemlərin deyil, xarici iqtisadi
fəaliyyətin təşkili və tənzimlənməsinin səmərəlilik və optimallıq
dərəcəsindən birbaşa asılılığa düşmüşdür. Eyni zamanda,
transmilliləşmə və universalizm milli sərhədləri aşaraq yalnız
biznesin inkişaf qanunauyğunluqlarına əsaslanmaqla inhisarçı
birlik və qrupların meydana çıxmasına və həmin istiqamətdə hər
hansı bir tənzimləyici yaxud nəzarətedici orqanın, o cümlədən milli
hökumətin imkanlarını ifrat dərəcədə mohdudlaşdırılmasına sobəb
olmuşdur. Və, beləliklə, həm milli səviyyədə, həm do
milli->regional->qlobal mənafelər sistemində kəskin təzadların
yaranmasına, ümumbəşəri inkişafın sabitqədəmliliyinə çox güclü
əks-təsir göstərmişdir.
48
Dostları ilə paylaş: |