yarada
bilər.
Status-kvonun
dəyişməzliyinə
yönəldilən
yanaşmada dövlətin ümumiləşdirici və aparıcı xüsusiyyətləri
başlıca mövqeyə malik olurlar. Dövlət cəmiyyətin siyasi təşkili və
iqtisadi tənzimi forması olmaqla öz dinamikliyi ilə səciyyələnir.
Yəni, müəyyən zaman intervalmda dövlətlə bağlı məsələlər
müxtəlif istiqamətlərdə dəyişikliyə məruz qalırlar. Buna görə də,
milli mənafe və dövlət anlayışlarına statik xarakter vermək
müasir inkişaf dinamikasında heç bir praktiki əhəmiyyət kəsb
etmir.
^
2)f^ənafc-subyektiv
xarakter daşıyır. Sosial-iqtisadi
inkişafda siyasi, qüvvələrin və demokratiyanın üstün rolunu qeyd
edən tədqiqatçılar milli m^əhäfenin nəinki hər hansı bir siyasi
partiya, təşkilat, parlament, hətta ayrıca götürülmüş bir fərd
tərəfindən müəyyənləşdirilməsi imkanının mümkünlüyünü sübut
etməyə çalışırlar. Lakin bu halda daşıyıcıların (subyektlərin) milli
mənafeni adekvat ifadə edə bilmələri problemi yaranır. Bununla
belə,
subyektiv
yanaşma
onun
səsvermə
ilə
müəyyənləşdirilməsinin mümkünlüyünü qabarıq şəkildə ifadə
edir.
Araşdırmalarımız
göstərir
ki,
nəinki
bütövlükdə
ümummilli mənafelər, eləcə də sırf iqtisadi mənafelər öz xarakteri
etibarı ilə ikili yanaşmanın dialektik vəhdəti kimi başa
düşülməlidir. Yəni, bir tərəfdən o, obyektiv xarakterə malikdir və
buna görə də, onun müəyyənləşdirilməsi heç bir siyasi qüvvənin
inhisarında ola bilməz, digər tərəfdən, o, sözün tam mənasında
obyektiv deyildir, yəni nə mütləq sabitdir, nə də real subyektin
iradəsindən asılı olmur.
Beləliklə, qeyd etmək lazımdır ki, ümummilli mənafe
zaman və məkanca dəyişkəndir, dinamik səciyyəlidir. Onun
mütləq kəmiyyət ölçüsü yoxdur, eləcə də müəyyən tarixi dövr və
ölkələr bölgüsündə müqayisə olunan deyil. Ümummilli mənafenin
bütün ölkələr üzrə vahid, ümumi kriteriyasınm müəyyən edilməsi
həm nəzəri, həm də praktiki baxımdan qeyri-mümkündür. Belə
ki, hansısa hadisənin, yaxud prosesin ölkənin milli mənafeyinə
uyğunluğu çoxlu sayda dəyişənlərin kompleks təsiri altında
formalaşır. Başqa sözlə, daxili və xarici amillərin qarşılıcılı
təsirinin optimal nisbətlərinin müəyyənləşdirilməsi həmin ölkənin
sosial, iqtisadi, tarixi, siyasi, milli.
52
dini və s. cəhətlərinin özünəməxsus xüsusiyyətlərinin nəzərə alındığı
təqdirdə mümkündür.
Ayrı-ayrı sosial qrupların mənafe təminatı və onun dinamik
inkişafı baxımından milli mənafedə meydana çıxan xüsusiyyətlərin
nəzərə alınması və s.
Ümummilli mənafenin mahiyyətini araşdırarkən mütləq
nəzərə almaq lazımdır ki, o təkcə iqtisadi yox, çox geniş və dərin
təsir gücünə malik sosial-siyasi hadisədir və subyekt tərkibinin
çoxşaxəliliyi ilə səciyyələnir (şək. 2.1.).
Şək. 2.1. VmummiUi mənafenin təsnifatı və sosial-iqtisadi inkişaf
strategiyası ilə qarşılıqlı əlaqələrin sxematik modeli.
53
Modeldən göründüyü kimi, ümummilli mənafelərinin tam
həcmdə əhatə edilməsi və təminatı sonsuz sayda dəyişənlərin eyni
vaxt intervalında kompleks nəzərə alınmasını tələb edir. Əgər bu
problemin üzərinə keçid dövrünün spesifik çətinliklərini və
müharibə vəziyyətini də əlavə etsək, onda məsələnin nə dərəcədə
mürəkkəb olduğunu görə bilərik.
Sırf nəzəri mövqedən yanaşdıqda, şübhə yoxdur ki,
istənilən kriteriya müəyyən nəzəriyyəyə yaxud metodoloji
prinsiplərə əsaslanmalıdır. Məsələn, ən çox istinad olunan
ürnumiləşdirici kriteriya məhsuldar qüvvələrin inkişafıdır. Eləcə
də, sosial tərəqqinin iqtisadi inkişafdan funksional asılılığım
nəzərə alsaq, onda ikinci ümumiləşdirici kriteriya (humanizm,
fərdin mərkəzi fiqur kimi səciyyələndirilməsi, həyat səviyyəsinin
yüksəlməsi- və s.) məhz məhsuldar qüvvələrin inkişafı
prosesindən törəyir. Bununla yanaşı, hər iki kriteriya ümummilli
mənafenin
təminatına
yönəldilən
siyasətin
praqmatik
nöqteyi-nəzərdən istinad müstəvisi kimi çıxış etmək imkanında
deyildirlər. Ümumiyyətlə, milli mənafenin nisbi səciyyə daşıması
ikili mahiyyətə malikdir: l)Zaman etibarı ilə öncül istiqamətlərin
dəyişməsi; 2)Sosial xarakterli struktur dəyişiklikləri.
Eyni
zamanda,
ümummilli
mənafe
probleminin
qoyuluşundan ölkənin planetar inkişaf prosesində özünəməxsus
mənafeləri
baxımından
yerinin
və
xüsusi
çəkisinin
müəyyənləşdirilməsi həlledici əhəmiyyətə malikdir.
Beləliklə, milli və korporativ mənafelərin uzlaşdırılması
probleminin qoyuluşunda yuxanda deyilənlərin əsas kimi
götüriilməsini məqsədəuyğun hesab edirik.
54
Dostları ilə paylaş: |