təzahür forması kimi»^^ və s. izah edirlər. Bir sıra iqtisadçılar isə
mənafenin müstəqil kateqoriya olduğunu inlcar etməklə yanaşı,
onun hərəkətverici qüvvə kimi bütün kateqoriya və sosial-iqtisadi
foiTnaların tərkibinə nüfiız etdiyini, başqa sözlə, «hər yerdə»
olduğunu iddia edirlər^“*.
Sonuncu istisna olmaqla, yuxanda göstərdiyimiz təriflərin
əksəriyyəti marksizmə əsaslanır.
Fikrimizcə, mənafe anlayışı və onun sosial-iqtisadi inkişafda
rolu
və
yeri
haqqında
marksist
təlimlə
razılaşmaq
qeyri-mümkündür. Belə ki, əvvəla, marksist metodologiya
cəmiyyətin iqtisadi inkişaf qanunlarının obyektiv xarakterini
absolyuta yüksəltməklə yanaşı, onların realizasiyasının avtomatik
səciyyə daşımadığını bəyan edir. Bu qanunların insanların
fəaliyyəti, onların motivasiyası, başqa sözlə mənafeləri vasitəsi ilə
hərəkətə keçdiyini qəbul edirlər və nəticədə, paradoksal vəziyyət
yaranır. Marksist təlimin fikir ardıcıllığını olduğu kimi qəbul
etsək, onda məlum olur ki, iqtisadi qanunlar müəyyən istehsal
münasibətləri bazasında meydana çıxır və insanın şüurundan və
iradəsindən asılı olmayaraq ictimai istehsalın tələbatlarını əks
etdirir. Və «...hər bir cəmiyyətin iqtisadi münasibətləri hər şeydən
əvvəl, mənafelər kimi təzahür edİD>^\ Sonra. Cəmiyyətin tələbatı
çoxşaxəli olduğu üçün mənafelərin formalan da müxtəlifdir.
Məsləhət edirlər ki, cəmiyyətin tələbatım subyektlərin
tələbatı məcmusu kimi başa düşməyək. Belə ki, cəmiyyətin tələbatı
tamamilə obyektiv olaraq istehsal üsulunun xarakterindən doğur
və ayrı-ayrı fərdlər, qruplar, siniflər və s. Vasitəsilə realizə olunur.
Hətta, insanın fəaliyyətinin hərəkətverici motivi olan mənafenin
özünü belə subyektin şüunınun məhsulu hesab etmək olmaz.
Yalnız bizə belə gəlir ki.
И.Можайскова-Экономические интересы и материальное
стимулирование производства. «Проблемы политической экономии
социализма» М: 1961, стр. 204.
Yenə orada, стр. 204.
К.Маркс, Энгельс Ф. -Соч. Т.18, стр. 271.
58
«...mənafelərimiz ətraf mühitdən asılı deyil»’*’, əslində isə bu
illüziyadan başqa bir şey deyildir və s.
İkincisi, K.Märksm təhlil etdiyi bazar və ümumiyyətlə,
məcmu iqtisadi fəaliyyətin təşkili və sosial-mədəni inkişafın
səviyyələri arasında köklü fərqlər mövcuddur. Buna görə də,
obyektin bütün istiqamət və struktur səpgidə əsaslı surətdə
dəyişildiyi təqdirdə sözügedən baxışlann mexaniki tərzdə müasir
dövrdə tətbiqi sosial-iqtisadi determinasiyanın inkar edilməsi
demək olardı;
Üçüncüsü, marksist təlim çərçivəsində iqtisadi mənafelərin
milli bütövlüyü problemini araşdırmaq qeyri-mümkündür.
Ən yaxşı halda «ictimai mənafe» ön plana çəkilir və bir
qayda olaraq «ictimai» və «milli» olanlar arasında bərabərlik
işarəsi qoyulur. Bir sıra tədqiqatçıların qeyd etdiyi kimi,
marksizm daha çox qlobalistikaya meyllidir və obyekt kimi seçilən
mücərrəd sosium «milli, irqi və s. əlamətlər»’^ üzrə öyrənilmir.
Belə olan təqdirdə «...mənafe ümumiliyi olmayan yerdə
məqsəd birliyi də ola bilməz»’^ deyən F.Engelsi necə anlayaq?
Cəmiyyət tərkib ünsürləri, başqa sözlə mənafe qrupları
baxımından son dərəcə çoxsaylı və mürəkkəb quruluşa malikdir.
Ayrı-ayn mənafe subyektlərinin nə vaxtsa ümumiliyə gələ biləcəyi
sözün tam mənasında mümkünsüzdür. Və, buna görə də məqsəd
«eyniliyi», yaxud «birliyindən» danışmaq mənasızdır;
Dördüncüsü, hətta göstərilən mövqedən çıxış etdikdə də,
mənafelərin münasibətlər kompleksindəİd rolunun sanki siyasi
sifarişlə müəyyənləşdirildiyi qənaətinə gəlinir vo s.
Biz prof. T.Quliyevin belə bir fikri ilə tam şərikik ki,
«...mənafe anlayışına kompleks şəkildə baxılmalıdır»”.
В.И.Ленин-Полн. coop. соч. т.29, стр.171.
” Г.Хозин, В.Добрич-Глобалистика в марксизме. // «Экономические науки»,
№3, 1989, стр 3.
К.Маркс, Ф.Энгельс-Соч. т.8, стр.14.
” Т.А.Кулиев-Проблема интересов в социалистическом обществе. М:
«Мысль», 1967, стр.4.
59
Fikrimizcə, komplekslilik aşağıdakıları özündə ehtiva
etməlidir:
1)
Mənafe-idarəetmənm əsas obyekti və vasitəsidir;
2)
Mənafe müstəqil kateqoriyadır və hər cür fəaliyyətin
başlıca hərəkətverici qüvvəsidir.
3)
İqtisadi mənafe-sosial, siyasi, ideoloji və milli
mənafelərin ümumi məxrəcidir.
4)
İctimai münasibətlər sistemi mənafelər üzərindo
qurulur və mənafelər vasitəsi ilə realizə olunur (Şək. 2.2.).
Şək, 2.2. İqtisadi münasibətlər sistemində
mənafenin yeri və rolu.
Beləliklə, yuxanda deyilənləri ümumiləşdirməklə belə bir
qənaətə gəlmək olar ki, sosial-siyasi təşkili formasından vo iqtisadi
sistemindən asılı olmayaraq bütün cəmiyyətlərin (marksist
anlamında sosial-iqtisadi formasiyaların) əsas iqtisadi qanunu
mənafelərin tarazlığı qanunudur. Bu qanunun mahiyyəti və
məzmunu, eləcə də realizasiyası son dərəcə
inkişafının sırf materialist anlamı çərçivəsində tam dərk edilə bilməz.
Sosial
vo
60
Dostları ilə paylaş: |